01 Sentyabr 2024 15:49
103
SİYASƏT
A- A+

Muxtar respublikanın bölgələrində seçici fəallığı müşahidə olunur

 

Bu gün səhər 8:00-dan Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında Milli Məclisə, ümumilikdə, 6 dairə üzrə seçkilər keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə, ümumilikdə, 65 məntəqə fəaliyyət göstərir. Onlardan 60-ı daimi, 5-i isə yeni yaradılmış məntəqələrdir. Həmin məntəqələrin 29-u Babək rayonunda, 29-u Şahbuz rayonunda, 7-si isə Kəngərli rayonunda yerləşir. Seçki məntəqələrinin hamısına tam təmirli və müasir tipli binalarda yer ayrılıb. Seçkilərin şəffaf şəkildə keçirilməsi üçün isə hər cür şərait yaradılıb.

Seçki dairəsinin sədri Taməddin Hüseynovun verdiyi məlumata görə, dairə üzrə 47 min 576 seçici qeydə alınıb. Onlardan 24 min 613-ü Babək, 16 min 259-u Şahbuz, 6 min 704-ü isə Kəngərli rayonundan olan seçicilərdir. Qeydə alınmış seçicilərdən 701-i ilk dəfə səs verən vətəndaşlardır ki, onların da 371-i Babək rayonunun, 221-i Şahbuz rayonunun, 109-u isə Kəngərli rayonunun payına düşür. Ən yaşlı seçici 1928-ci il təvəllüdlü (96 yaşlı) Kiçikoba kənd sakini Ayna Muxtar qızı Qasımovadır.

Seçicilərdən 2 nəfər – 9 saylı məntəqədə qeydiyyatda olan Sadıqov Məhəmməd Elnur oğlunun və 39 saylı məntəqədə qeydiyyata alınan Zeynalov Abbas Şəmsi oğlunun doğum günləri də bu günə təsadüf edib.

1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə 12 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə seçicilərin sayı 13 min 248 nəfərdir ki, bunlardan da 185-i ilk dəfə səsvermə hüququndan istifadə edir.

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə, ümumilikdə, 58 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrin 43-ü Şərur rayonundadır. Dairələr üzrə seçkilərə yüksək hazırlıq işləri görülüb, məntəqələrdə veb-kameraların quraşdırılması seçkilərin gedişatını internet vasitəsilə izləmək imkanı yaradıb.

6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 65 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairənin əhatə etdiyi ərazilər üzrə 47 min 46 seçici qeydə alınıb ki, onların 512-si ilk dəfə olaraq seçkidə iştirak edir. Ordubad rayonu üzrə 42 məntəqədə seçicilər öz namizədlərinə səs verirlər. Burada seçici sayı 30 min 170, ilk dəfə səs verənlərin sayı isə 313 nəfərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video