01 Sentyabr 2024 13:51
101
SİYASƏT
A- A+

Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsində 516 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək

 

87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi 69 məntəqəni əhatə edir. Dairə üzrə səsvermə hüququ olan 50211 seçici ölkəmizin həyatında mühüm hadisə olan növbədənkənar parlament seçkilərində öz seçimlərini edir.

Dairə seçki komissiyasının sədri Xəyyam Nəzərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səsverməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb. 516 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Dairə üzrə yaşı 80-100 arası olan 927 nəfər, yaşı 100-dən çox olan 3 nəfər var.

Səhər saat 08:00-dan başlayaraq insanlar məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər.

Basqal qəsəbəsində 49 saylı seçki məntəqəsində də böyük qələbəlik var. Qəsəbə sakini Ələsgər Şirinov AZƏRTAC-a müsahibəsində məntəqədə səsvermənin azad, şəffaf keçməsi üçün təşkil edilən şəraitdən razılığını bildirərək, ölkəmizdə demokratik seçki sisteminin yaradıldığını deyib. O, səsvermədə iştirak edərək, istədiyi namizədə səs verib.

Qeyd edək ki, bütün məntəqələrdə səsvermənin gedişi yerli və xarici müşahidəçilər tərəfindən izlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video