15 May 2026 18:33
84
CƏMİYYƏT
A- A+
IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib 

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib 


IDEA İctimai Birliyinin təşəbbüsü ilə Kür çayının sahilində və Xəzər dənizinə qovuşduğu ərazidə ənənəvi təmizlik aksiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin dəstəyi ilə Neftçala rayonu ərazisində keçirilən aksiyada IDEA könüllüləri iştirak ediblər.

Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş könüllülər Kür çayını və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizləyiblər. Nəticədə bir tona yaxın tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib.

Çaylara atılan məişət və sənaye tullantılarının artması Kür çayının və Xəzər dənizinin ekoloji vəziyyətinə, eləcə də su hövzələrində canlı aləmin təbii inkişafına mənfi təsir göstərir. Bu baxımdan Kür çayının Xəzər dənizinə qovuşduğu ərazinin təmiz saxlanılması Xəzərin bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

IDEA İctimai Birliyi tərəfindən Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və ictimaiyyət arasında ekoloji məsuliyyət hissinin gücləndirilməsi məqsədilə bu cür təmizlik aksiyaları mütəmadi olaraq həyata keçirilir. Kür çayı sahillərində təşkil edilən bu tədbirlər təbii balansın qorunması, ətraf mühitin sağlamlaşdırılması, çayların mühafizəsi istiqamətində cəmiyyətin səfərbər edilməsi, həmçinin insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

IDEA İctimai Birliyi hər kəsi təbiətin mühafizəsinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə və gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı mühitin formalaşmasına öz töhfəsini verməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:53
15 May

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

18:51
15 May

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

18:50
15 May

İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir

18:49
15 May

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb  

18:46
15 May

Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub  

18:43
15 May

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib  

18:42
15 May

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB 2

18:40
15 May

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib 

18:33
15 May

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib  

18:32
15 May

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!