18 Iyul 2024 08:50
289
Oxucu məktubları
A- A+

İctimai nəqliyyatdakı nöqsanlar hələ də qalır

 

Ayağımda yaranmış problemlə əlaqədar ictimai nəqliyyatdan istifadə etməyə çətinlik çəkirəm. Bu səbəbdən qarşılaşdığım problemlə bağlı sizə müraciət etmək qərarına gəldim.  Paytaxtda xətlərə buraxılan avtobuslar müasir standartlara qismən uyğun deyil.

Düzdür, səliqəlidir, kondisionerlə təmin olunublar, oturacaqlar sınıq-salxaq deyil, sürücülər müəyyən olunmuş qaydalara nisbətən əməl edirlər, ümumiyyətlə, əvvəlki avtobuslarla müqayisə olunası deyil. Amma fiziki məhdudiyyətli vətəndaşların avtobuslardan istifadəsi üçün infrastruktur yaradılmayıb.

Avropa standartlarında avtobusların səkilərə yaxın saxlayaraq problemi olan şəxslərin nəqliyyata rahat minməsinə şərait yaradılması hər birimizə məlumdur. Bizdə isə əsa ilə belə avtobusa qalxmaq çətinlik yaradır, hələ əlil arabasını demirəm, oturacaqda əyləşməsini gözləmədən avtobusu hərəkət etdirən sürücüləri demirəm… Avtobusların onlar üçün ayrılmış xüsusi ciblərdə yox, dayanacaqdan kənarda saxlaması heç kəsə sirr deyil. Bu vəziyyətdə panduslardan söhbət belə gedə bilməz. Bir sözlə, kömək olmadan, təkbaşına ictimai nəqliyyatdan istifadə fiziki məhdudiyyətli insanlar üçün ciddi problemdir. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsindən sonra  ölkəmizdə qazilərimiz, fiziki qüsurlu vətəndaşlarımız var, bu ciddi məsələnin həllinə məsul olan şəxslərin maneələrin aradan qaldırılmasına kömək edəcəklərinə ümid edirik.  Ətrafdakı insanlar əlilliyi olan şəxslərə kömək edirlər, amma bu problemin həlli deyil. Fiziki məhdudiyyətli insanlara heç kimdən asılı olmadan sərbəst hərəkət etmələri üçün şərait yaratmaq lazımdır.

Nuranə ƏLİŞOVA,

Bakı şəhər sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video