06 Avqust 2026 11:10
2501
Oxucu məktubları
A- A+
Günəş, dəniz, qum...

Günəş, dəniz, qum...


Yay ilin ən sevilən və səbirsizliklə gözlənilən fəslidir. Bu fəsil insanlara yalnız isti hava deyil, həm də istirahət etmək, gündəlik həyatın yorğunluğundan uzaqlaşmaq və təbiətlə daha çox ünsiyyətdə olmaq imkanı yaradır. Günəşli günlər, uzun axşamlar və təmiz hava insanın həm fiziki, həm də mənəvi cəhətdən özünü daha yaxşı hiss etməsinə kömək edir. 

Yayın ən gözəl tərəflərindən biri isə çimərliklərdə keçirilən vaxtdır. Çimərliklər yay mövsümünün ayrılmaz hissəsidir. İnsanlar ailələri, dostları və yaxınları ilə birlikdə dəniz sahilinə gedərək həm istirahət edir, həm də yaddaqalan xatirələr toplayırlar. Dənizin sərin suyu yayın istisindən qorunmağın ən xoş yollarından biridir. Qumda oynayan uşaqlar, günəş vannası qəbul edərək dəniz suyunda sərinlənən böyüklər yayın yaratdığı fürsətdən zövq alırlar. Belə anlar insanın əhvalını yüksəldir, stresini azaldır və onu gündəlik qayğılardan bir müddət uzaqlaşdırır.

Çimərliklər istirahət məkanı olmaqla yanaşı, həm də sağlam həyat tərzini təşviq edən mühitdir. Dəniz havası və günəş şüaları düzgün vaxt və ölçüdə qəbul edildikdə sağlamlıqdır. Təbii ki, günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq və günəşdən qoruyucu vasitələrdən istifadə etmək şərti ilə. Üstəlik, çimərliklərdən istifadə edərkən məsuliyyətli davranmaq lazımdır. 

Eyni zamanda ətraf mühiti çirkləndirməmək, tullantıları xüsusi qutulara atmaq, dənizi və sahili təmiz saxlamaq da unudulmamalıdır. Təbiəti qorumaq gələcək nəsillərin də bu gözəlliklərdən istifadə edə bilməsi üçün vacib şərtdir.

Yay mövsümü insanlara yeni enerji, xoş emosiyalar və unudulmaz xatirələr bəxş edir. Çimərliklər isə bu mövsümün ən çox üz tutulan ünvanlarından biri kimi insanların bir araya gəlməsinə, istirahət etməsinə və yayın ləzzətindən dadmağa imkan yaradır. Dəniz ləpələrinin səsi, qumun istiliyi və günəşin parlaq şüası yayın özünəməxsus gözəlliyini tamamlayır. Məhz buna görə də yay fəsli insanlara həmişə sevinc, rahatlıq və xoş anlar bəxş edir.


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!