Təbii fəlakətlər və texnogen qəzalar insanların psixologiyasına mənfi təsir göstərərək qorxu və təşviş yaradır. Araşdırmalar göstərir ki, təşviş pozuntusu olan insanlarda bu hallar özünü daha şiddətli şəkildə büruzə verir.
Bu cür travmalar özünü müxtəlif formalarda göstərir, insanların iş və həyat fəaliyyətinə ciddi təsir edir, onların həyat keyfiyyətinin aşağı düşməsinə və səmərəliliyinin azalmasına səbəb olan təbii və antropogen faktorlarla bağlı meydana gələn fəsadların baş verməsinin qarşısını almaq üçün mütəxəssislərin rəyinə və məsləhətlərinə ehtiyac yaranır.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, təbii və texnogen fəlakətləri birbaşa yaşayan, şahidi olan, bu haqda xəbərləri televiziya və sosial şəbəkələrdə mütəmadi izləyən insanlarda Post Travmatik Stres Pozuntusu (PTSP) əlamətləri yaranır. Bu da özünü kabuslar, geri dönən xatirələr (flashback), yuxuya getməkdə çətinlik və gündəlik həyat keyfiyyətinin aşağı düşməsi ilə göstərir. Bir qisim insanlar toplu yerlərə getməkdən çəkinir, səyahətlərdən imtina edir və daha çox təhlükəsiz mühitdə olmaq istəyirlər.
"Sosial şəbəkələr və xəbər portalları kollektiv psixoloji travmaların yayılmasında və dərinləşməsində mühüm rol oynayır. Bu platformalar hadisələrin real vaxtda geniş kütləyə çatdırılmasını təmin edir, fəlakətlərlə bağlı videolar, şəkillər və xəbərlər sürətlə yayılır, insanlar bu məlumatlara təkrar-təkrar məruz qalırlar. Bu isə travmatik təsiri artırır və qorxu hissini gücləndirir. Bəzən sosial şəbəkələrdə yalan və ya şişirdilmiş məlumatlar yayılır. Panika yaratmaq məqsədilə təqdim olunan dezinformasiyalar isə insanlarda daha çox təşviş və qeyri-müəyyənlik hissi yaradır. Nəzərə almaq lazımdır ki, psixoloji yoluxma fenomeninə görə, insanlar ətraflarındakı şəxslərin qorxusunu, təşvişini və emosional reaksiyalarını mənimsəyirlər. Sosial mediada davamlı olaraq qorxu dolu paylaşımlar edildikdə, bu duyğular kütləvi şəkildə yayılır və fərdi qorxular kollektiv psixoloji yükə çevrilir", - deyə psixoloq bildirib.
Bir qisim insanlar baş verən fəlakətlərlə bağlı hər şeyi izləmək ehtiyacı hiss edirlər. Xüsusilə, "nəsə qaçırmaq qorxusu" (FOMO) yaşayanlar davamlı olaraq xəbərləri izləyir, bu da onlarda narahatlıq və stres səviyyəsini yüksəldir. Mütəxəssis bildirib ki, sosial şəbəkələrdə yayılan fəlakət görüntüləri insanlarda empatiya hissini artırır. Lakin bu empatiya bəzən həddindən artıq yüklənməyə səbəb olur ki, nəticədə insanlar psixoloji olaraq çökə bilirlər. Belə hallara "ikincil travma" (secondary trauma) və ya mərhəmət yorğunluğu ("compassion fatigue") deyilir. Bəzi hallarda isə sosial mediada fəlakət xəbərləri siyasiləşdirilir və qorxular müəyyən maraq qrupları tərəfindən manipulyasiya olunur. Bu, ictimai panikanı daha da artırır və insanlar arasında ikifikirlilik yaradır.
Elnur Rüstəmov narahatlıq və stresin fiziki simptomlarla da müşahidə edildiyini bildirir: "Bunlara baş ağrıları, ürək döyüntüsünün sürətlənməsi, mədə-bağırsaq problemləri, təzyiq dəyişiklikləri və immun sisteminin zəifləməsi kimi halları misal göstərə bilərik. Uşaqlar və yeniyetmələr bu cür xəbərlərdən daha tez təsirlənir, qorxularını fərqli yollarla ifadə edirlər. Azyaşlılar baş verənləri tam anlamır, lakin böyüklərin reaksiyalarını mənimsəyərək təşviş hiss edirlər. Bu zaman yuxusuzluq, ayrılıq qorxusu, valideynlərə bağlılığın artması, davranış problemləri və diqqət dağınıqlığı kimi hallar müşahidə edilə bilər. Ailənin, işin və gündəlik həyatın məsuliyyətini daşıyan böyüklər fəlakətlərdən sonra daha çox stres və təşviş keçirirlər. Onlarda qorxu, depressiya, iş məhsuldarlığının azalması, diqqət və konsentrasiya problemləri yarana bilər. Yaşlı insanlar isə fiziki və psixoloji adaptasiya qabiliyyəti zəiflədiyi üçün fəlakətlərə qarşı daha həssas olurlar".
Psixoloq onu da vurğulayıb ki, mənfi təsirləri çox olan sosial şəbəkələrin insanlara psixoloji dəstək göstərmək üçün müsbət bir vasitəyə çevrilməsi də mümkündür. İnsanlar eyni problemi yaşayanlarla ünsiyyət qura, dəstək qruplarına qoşula və psixoloqların tövsiyələrindən yararlana bilərlər. Çıxış yolu kimi davamlı olaraq fəlakət xəbərlərinə baxmaq əvəzinə, məhdudlaşdırılmış və etibarlı mənbələrdən məlumat almaq tövsiyə olunur. Gündəlik həyat ritmini qorumaq da stresi azaltmağa kömək edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib
Premyer Liqa: “Neftçi” və “Sumqayıt”ın oyunları heç-heçə ilə yekunlaşıb
Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib
Azərbaycan mütəxəssisləri Qazaxıstanda robot texnikası üzrə məharətlərini nümayiş etdirir
Ankarada su anbarlarının səviyyəsi azalır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb
Ağsu çayı üzərində asma körpü və yeni tunel: magistral yol yenilənir
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazdan
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən
Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan
BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb
“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib
Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik
Kanak xalqının nümayəndəsi: Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar
Danışan fotolar: Fransa müstəmləkəçiliyinin ağır nəticələri...
Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!