03 Sentyabr 2026 09:30
328
Mədəniyyət
A- A+
Görkəmli şəxsiyyətin ömür salnaməsi yeni nəşrdə

Görkəmli şəxsiyyətin ömür salnaməsi yeni nəşrdə


Vətənin tərəqqisinə çalışmış böyük şəxsiyyətlər heç zaman unudulmurlar. Onların ölkələrinin parlaq gələcəyi, soydaşlarının rifahı naminə gördükləri misilsiz işlər ehtiramla, minnətdarlıqla xatırlanır. Belə böyük insanların keçdikləri çətin, keşməkeşli ömür yolu, dəyərli fəaliyyəti öyrənilir, nümunə göstərilir. Yeni işıq üzü görmüş "Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi" kitabı da bu baxımdan diqqətə və təqdirə layiqdir.

Yeni nəşrdə dövlət və elm xadimi, professor Əziz Əliyevin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti, səhiyyə və tibb təhsilinin inkişafına verdiyi mühüm töhfələr, o cümlədən İkinci Dünya müharibəsi illərində göstərdiyi xidmətlər haqqında geniş məlumat əksini tapıb.

Kitabda qeyd olunur ki, Azərbaycanın çoxəsrlik tarixi görkəmli şəxsiyyətlərlə - hökmdarlar, dövlət xadimləri, alimlər, mədəniyyət və maarif xadimləri, eləcə də yaddaşlardan silinməyən digər böyük insanlarla zəngindir. Onlar öz dövrdaşlarının yalnız müasiri deyil, eyni zamanda yolgöstərəni olublar. Öz mənalı ömürləri, yüksək fəaliyyətləri ilə vətənin və soydaşlarının gələcəyinə işıq saçıblar. Azərbaycanın tanınmış dövlət xadimlərindən biri, alim, pedaqoq və həkim Əziz Əliyev (1897-1962) belə bir ömür yaşayıb. O, Azərbaycan tarixinin ən mürəkkəb və ziddiyyətli dövrlərindən olan XX əsrə mühüm iz qoymuş şəxsiyyətlərdəndir. "Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi" kitabında qeyd olunduğu kimi, onun taleyinə nəzər saldıqda həmin dövrün, demək olar ki, bütün tarixi mərhələlərini izləmək mümkündür - siyasi təlatümlər, inqilablar, siyasi quruluşların dəyişməsi, o cümlədən sovet hakimiyyətinin qurulması, azərbaycanlıların bugünkü Ermənistan Respublikasının ərazisindəki əzəli torpaqlarından zorla deportasiyası və soyqırımı, Stalin repressiyaları, İkinci Dünya müharibəsi...

Əziz Əliyevin həyatı və fəaliyyəti xalqımızın həmin çətin tarixi dövrü və İkinci Dünya müharibəsi illəri ilə sıx bağlı olub. "Əziz Əliyev. Görkəmli dövlət və elm xadimi" kitabında yazılır: "Bütün bu hadisələr Əziz Əliyevin keşməkeşli həyat yoluna təsir göstərmişdir. Onun həyatında nailiyyətlər, karyera yüksəlişi, eyni zamanda haqsız təqib də olmuşdur. Buna baxmayaraq, Əziz Əliyev hər zaman ləyaqətli, dürüst, vəzifəsinə sadiq insan olaraq qalmışdır. Təhsili üzrə həkim olsa da, o, yalnız ixtisası çərçivəsində fəaliyyət göstərən biri deyildi, əksinə, geniş dünyagörüşünə malik və dövlətçilik ruhunda düşünən bir şəxsiyyət idi. Hansı vəzifədə çalışmasından asılı olmayaraq - istər yüksək dövlət vəzifələrində, istərsə də həkimlik fəaliyyətində, o, həmişə peşəkarlığı, fədakarlığı, işinə sədaqəti, vətən və xalqın rifahı naminə xidməti ilə seçilirdi. Əbəs yerə demirdilər ki, Əziz Əliyevin diqqət mərkəzində hər şeydən əvvəl insan və onun rifahı dayanır". 

İllər ötüb keçir. Ancaq zamanın xalqının bu istedadlı və fədakar övladını uzaqlaşdırmağa gücü yetmir. Əziz Əliyev şəxsiyyətinin böyüklüyü daha aydın görünür. Kitabda vurğulandığı kimi, onun fəaliyyəti həm faciələrlə, həm də şanlı səhifələrlə dolu XX əsr Azərbaycan tarixinin ayrılmaz hissəsidir.

Kitabda xalqımızın bu dəyərli övladının həyat yolundan bəhs olunur. Əziz Əliyev İrəvan xanlığı torpaqlarından - Qərbi Azərbaycandan idi. Tarixi mənbələrdən də məlum olduğu kimi, XVIII-XIX əsrlərdə mövcud olmuş Azərbaycan dövlətlərindən biri olan İrəvan xanlığı ərazilərinə ermənilər sonradan köçürülüb. 1827-ci ildə İrəvan xanlığının işğalından, həmçinin 1828-ci və 1829-cu illərdə İran və Osmanlı imperiyaları ilə apardığı müharibələrdə əldə etdiyi uğurlardan sonra Rusiya yüz minlərlə ermənini Cənubi Qafqaza köçürmək, İrəvan və Naxçıvan xanlıqlarının torpaqları hesabına "erməni vilayəti" yaratmaq fürsəti qazandı. Regionun faciələrlə dolu günləri də elə o vaxtdan başladı. Azərbaycan qədim ərazilərinin bir hissəsini itirdi, Qərbi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradıldı. Sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı ədalətsizlik ən ağır şəkildə davam etdirildi.

Kitabda qeyd olunur ki, Əziz Əliyev Azərbaycanın İrəvan quberniyasının Hamamlı kəndində 1897-ci il yanvarın 1-də dünyaya gəlib. 1905-ci ildə onun ailəsi quberniyanın İrəvan şəhərinə köçüb. İrəvan gimnaziyasını qızıl medalla bitirən Əziz Əliyev 1917-ci ildə Rusiya imperiyasının nüfuzlu elm-tədris müəssisələrindən biri olan Petroqrad (indiki Sankt-Peterburq) Hərbi Tibb Akademiyasına qəbul olunub. Lakin 1918-ci ilin faciəli hadisələri səbəbindən təhsilini yarımçıq qoyub, vətənə qayıdıb.

1923-cü ildə Bakıya köçən Əziz Əliyev həm çalışıb, həm də ali təhsil almaq arzusunu həyata keçirib. O, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. Səhiyyə sahəsində məsul vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik edib. Onun təşəbbüsü ilə milli tibb kadrlarının hazırlanması və Azərbaycan dilində tibbi dərsliklərin nəşri geniş vüsət alıb.

İkinci Dünya müharibəsi illərində Şimali İranda xüsusi dövlət missiyasına rəhbərlik edən Əziz Əliyev, daha sonra Dağıstana rəhbər təyin olunaraq regionun müdafiəsinin təşkili və ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm xidmətlər göstərib. O, 1950-ci illərdə siyasi təzyiqlərə məruz qalsa da, sonradan bəraət alaraq elmi-pedaqoji fəaliyyətini davam etdirib və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik edib.

Əziz Əliyev 1962-ci il iyulun 27-də vəfat edib. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, iki dəfə "Lenin" ordeni, I dərəcəli "Vətən müharibəsi" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni və digər yüksək mükafatlarla təltif olunub. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Əziz Əliyevin çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm Azərbaycandan kənarda yüksək qiymətləndirilir". Onun adı bu gün də Azərbaycan və Dağıstanda elm, təhsil və səhiyyə müəssisələrində, küçələrdə və abidələrdə yaşadılır. 

Əziz Əliyev Azərbaycan tarixində dövlətə sədaqətin, yüksək peşəkarlığın və vətənpərvərliyin parlaq nümunəsi olan zəngin irsi ilə əbədi yer tutub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!