03 Sentyabr 2026 08:40
4988
SİYASƏT
A- A+
Sülh, müttəfiqlik və çoxtərəflilik 

Sülh, müttəfiqlik və çoxtərəflilik 


Bakının qlobal siyasətdə yaratdığı yeni əməkdaşlıq və təhlükəsizlik modeli bundan ibarətdir


Azərbaycanın  öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Cənubi Qafqazda tamamilə yeni geopolitik reallıqlar yaradıb. Bu tarixi Zəfər ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırmaqla yanaşı, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində strateji təşəbbüslərlə çıxış etməsinə imkan verib. Bu gün ölkəmiz dünyanın mühüm iqtisadi, logistik və siyasi mərkəzlərindən birinə çevrilib. Yürütdüyü sülh diplomatiyası ilə yeni və ədalətli dünya nizamının qurulması prosesində fəal iştirak edən, qlobal problemlərin həllinə birbaşa töhfə verən Bakı, indi də Avrasiya qitəsinin ən nəhəng siyasi-iqtisadi bloku olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrini sürətlə dərinləşdirir.


Avrasiyanın mərkəzində strateji mövqe


Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq üzrə tərəfdaşı statusuna malikdir. ŞƏT dünyada əhalinin yarısına yaxınını, həmçinin qlobal iqtisadiyyatın böyük bir hissəsini özündə cəmləşdirən nəhəng platformadır. Bakı üçün bu təşkilatla əməkdaşlıq öz iqtisadi, nəqliyyat və təhlükəsizlik imkanlarını genişləndirmək anlamına gəlir. ŞƏT-in aparıcı ölkələrini Avropa ilə birləşdirən ən təhlükəsiz və səmərəli marşrut olan Orta dəhliz Azərbaycandan keçir. Bu reallığı göz önünə gətirdikdə, Azərbaycanla əməkdaşlığın ŞƏT-ə üzv olan ölkələr üçün də böyük əhəmiyyət kəsb etdiyini aydın görmək olur. Eyni zamanda Azərbaycanın ŞƏT platformasındakı yeri və rolu onun bu təşkilatın əsas üzvləri ilə qurduğu yüksəksəviyyəli ikitərəfli strateji münasibətlərdən qaynaqlanır.

Məsələn, ölkəmizin dünyanın iqtisadi nəhəngi olan Çinlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. O cümlədən Mərkəzi Asiya dövlətləri ilə həm dərin tarixi-mədəni bağlar, həm də strateji tərəfdaşlıq sazişləri var. O cümlədən Azərbaycan-Qırğızıstan münasibətləri də dinamik inkişaf edir. 

Sentyabrın 1-də Bişkekdə keçirilən "ŞƏT plyus" formatındakı görüşdə Prezident İlham Əliyevin çıxışı iki qardaş ölkənin - Azərbaycan ilə Qırğızıstanın arasında münasibətlərin artıq keyfiyyətcə tamamilə yeni - müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi: "Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı. Həmin tarixi sənəd Azərbaycanla Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı".

Ölkəmizin rəhbəri vurğuladı ki, Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstəyi nümayiş etdirir. 

Prezident İlham Əliyevin "ŞƏT plyus" formatındakı görüşdə toxunduğu ən mühüm məsələlərdən biri Cənubi Qafqazda yaranmış yeni reallıqlar və beynəlxalq hüququn tətbiqi mexanizmləri ilə bağlı oldu. Ölkəmizin rəhbəri tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi artıq sülh zonasına çevrilir: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq". 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və düz 30 il boyunca kağız üzərində qalan dörd qətnaməsini özü icra edərək ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. 

Bişkekdəki çıxışında, "Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib", - deyən Prezident İlham Əliyev bu nüfuzlu platformadan dünyaya bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. 


Prinsipial mövqe


Azərbaycan, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına üzv olduğu ilk gündən etibarən bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasət həyata keçirir və hərəkatın bütün təşəbbüslərinə çox fəal cəlb olunub. Hərəkata sədrlik etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib. 2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlər adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

Dövlət başçısı Bişkekdəki çıxışını məhz Azərbaycanın qlobal diplomatiyadakı prinsipial mövqeyini nümayiş etdirən mühüm bəyanatla yekunlaşdırdı: "Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək".

ŞƏT mühitində bu təcrübəyə istinad edilməsi göstərir ki, Azərbaycan bütün Avrasiya məkanında çoxtərəflilik və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini müdafiə edir. Bakı üçün beynəlxalq münasibətlərinı qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulması mühüm əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyevin Bişkek görüşündə çıxışı Azərbaycanın həm regional, həm də qlobal müstəvidə keçdiyi uğurlu diplomatik yolun yekun mənzərəsini ortaya qoyur. Bu göstərir ki, ölkəmiz bir tərəfdən, Cənubi Qafqazda real sülhün və iqtisadi inteqrasiyanın bünövrəsini qoyur, digər tərəfdən, bərabərhüquqlu əməkdaşlıq modeli ilə ŞƏT kimi nəhəng platformalarda, eləcə də Qırğızıstan daxil olmaqla, Mərkəzi Asiya ölkələri ilə,  türk dünyası ilə müttəfiqlik əlaqələrini zirvəyə qaldırır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!