02 Sentyabr 2026 16:20
412
Mədəniyyət
A- A+
Azərbaycan Rəssamlar İttifaqında Əli Seyran İmanzadənin əsərləri nümayiş olunur

Azərbaycan Rəssamlar İttifaqında Əli Seyran İmanzadənin əsərləri nümayiş olunur

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əli Seyran İmanzadənin fərdi sərgisinin açılışı olub. Sərgi sentyabrın 5-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı, professor Fərhad Xəlilov sərgi haqqında ətraflı məlumat verib, Əli Seyran İmanzadənin yaradıcılığının bədii əhəmiyyətini qeyd edib.

Bildirilib ki, Əli Seyran İmanzadə əsasən fovizm, kubizm və orta əsr Azərbaycan miniatürünün müasir yozumu üslubunda çalışan Azərbaycan rəssamıdır. O, Azərbaycanda təsviri sənət sahəsində peşəkar rəssamlıq təhsili alıb. Yaradıcılıq fəaliyyəti dövründə son 24 il ərzində Avropada yaşayıb və çalışıb. Yaradıcılığı Fransa (Dransi) və Belçika (Brüssel) ilə bağlıdır. Rəssam daha çox, ilk növbədə, mənzərə, interyer və portret janrlarında yaratdığı orijinal fovist və kubist əsərləri ilə tanınır.

Onun əsərlərində həndəsi formaların, parlaq rəng kontrastlarının və XX əsrin əvvəllərinin klassik avanqardının güclü təsiri hiss olunur. İmanzadənin əsərləri beynəlxalq platformalarda fəal şəkildə nümayiş etdirilir. Onun əsərləri Parisdə, o cümlədən tanınmış “Beauté Du Matin Calme” qalereyasında keçirilən sərgilərdə nümayiş olunub, həmçinin iri mədəniyyət layihələri, məsələn, Fransada Azərbaycan incəsənətinin təqdimatları çərçivəsində də sərgilənib.

Əli Seyran İmanzadənin əsərlərinin kompozisiya xüsusiyyətləri orta əsr Azərbaycan miniatürü ilə Qərbi Avropa avanqardının (kubizm və fovizmin) kəsişməsində yaranır. Onun silsilə və yaradıcılıq metodu əsasında müəllif kompozisiyalarının bəzi xüsusiyyətlərini qeyd etmək olar. İlk növbədə, Şərq miniatürü ilə kubizmin sintezi diqqəti çəkir. Rəssam Şərq miniatürünün ənənəvi dilini müasir vizual düşüncə prizmasından keçirərək incəliklə yenidən mənalandırır. Onun kompozisiyaları miniatürdən dekorativliyi, poetikliyi və təhkiyə xarakterini, kubizmdən isə sərt strukturu və həndəsiliyi mənimsəyir.

Bundan əlavə, formanın həndəsiləşdirilməsi və dekonstruksiyasını qeyd etmək lazımdır. İmanzadə insan bədənlərinin, sifətlərin və ətrafdakı əşyaların həcmlərini müstəvilərə, üçbucaqlara və trapesiyalara ayırır. Çoxsaylı rakurslar onun kətanlarında obyektin çox vaxt eyni anda bir neçə baxış nöqtəsindən göstərilməsi ilə ifadə olunur ki, bu da analitik kubizm üçün xarakterikdir, lakin bununla yanaşı, obyektin tanınan silueti qorunub saxlanılır.

Klassik perspektivdən imtina edilməsi hesabına məkanın müstəvi üzərində qurulmasını da qeyd etmək lazımdır. Arxa və ön planlar çox vaxt vizual olaraq bir-birinə qovuşaraq vahid ornamentli xalça təsiri yaradır. Fi¬qurlar sanki pazlın elementlərinə çevrilir. Personajlar və kompozisiyanın elementləri bir-birinə sıx şəkildə uyğunlaşdırılaraq kətanın demək olar ki, bütün səthini doldurur və mozaik quruluş formalaşdırır.

Rəng dinamikası və kompozisiya ritmi yalnız xətlərlə deyil, həm də parlaq, təmiz rənglərin kontrastı ilə müəyyən edilir. Lokal rəng ləkələri aydın konturlarla əhatələnir ki, bu da ilk baxışda statik görünən süjetin daxilindəki daxili gərginliyi və ekspressiyanı gücləndirir. Bununla yanaşı, İmanzadənin kompozisiyaları tarazlığı ilə səciyyələnir. Onun təsvir etdiyi insan fiqurları sükut və təfəkkür aləminə qərq olur, nəticədə dinamik həndəsi formalar harmoniya, poetiklik və meditativ xarakter qazanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!