03 Sentyabr 2026 20:20
206
SİYASƏT
A- A+
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 


Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb. Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə olunan hibrit informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrit müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir: “Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşib.

Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və BBC teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.

Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

19:08
03 Sentyabr

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

19:01
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

18:54
03 Sentyabr

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

18:47
03 Sentyabr

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

18:40
03 Sentyabr

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

18:33
03 Sentyabr

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

18:26
03 Sentyabr

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

18:19
03 Sentyabr

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

18:12
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!