22 May 2025 08:10
401
CƏMİYYƏT
A- A+
GlobE Şəbəkəsinin 6-cı Plenar İclasında vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edilib

GlobE Şəbəkəsinin 6-cı Plenar İclasında vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edilib


Xəbər verildiyi kimi, 2025-ci il 19-23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network - çərçivəsində Altıncı Plenar İclasa evsahibliyi edir. Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.

Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir. İclas çərçivəsində yüzdən artıq çıxışın təqdim olunması planlaşdırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü ilə Plenar İclas çərçivəsində "Hüquqi şəxslərin xeyrinə vəzifəli şəxslər tərəfindən törədilmiş ekoloji cinayətlərin qarşısının alınması və istintaqı" mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin sədrliyi ilə keçirilən həmin tədbirdə BMT-nin təşkilatçıları, xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində mütəxəssisləri, Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları da daxil olmaqla ümumilikdə 50-yə yaxın iştirakçı olub.

Sədrlik edən Elnur Musayev tərəfindən iclasın açılış nitqində 2020-2025-ci illər ərzində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş işlərin nəticələri səsləndirilib, o cümlədən ekoloji sahədə ixtisaslaşdırılmış qurum olaraq Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 602 cinayət işinin başlandığı, 16 milyon manata yaxın vurulmuş ziyanın ödənildiyi, 229 inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə 160 təqdimat verildiyi, qanun pozuntularından çəkindirmək məqsədilə 55 rəsmi xəbərdarlıq verildiyi bildirilib.

Qeyd olunub ki, ətraf mühitin mühafizəsi sahəsində ildən-ilə qanunvericiliyin təkmilləşməsi, vətəndaşların sayıqlığının artması, hüquq-mühafizə orqanlarının və bu sahədə ixtisaslaşmış qurumların əlaqələndirilmiş fəaliyyəti nəticəsində effektiv mübarizə gedir, ictimaiyyət daim məlumatlandırılır.

Bununla belə, bu qəbildən olan hüquqpozmaların qarşısının alınması sahəsində məsul qurumların, o cümlədən qanunla nəzarət və monitorinqin həyata keçirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində qüsurlar mövcuddur. Bu da baş verən ətraf mühit əleyhinə olan cinayətlərin korrupsiya xarakterli olmasına işarə edir.

Sessiya çərçivəsində aparılan müzakirələrin gəldiyi əsas nəticələr ondan ibarət olmuşdur ki, insanların və canlıların həyat və sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə törədən bu cinayətlər beynəlxalq miqyasda korrupsiya və transmilli cinayətlər kimi əhəmiyyətinə görə önə çəkilməli, bu sahədə əməkdaşlıq gücləndirilməlidir. Qabaqcıl ölkələrin təcrübəsinə əsasən hər bir ölkə miqyasında ekoloji pozuntulara və cinayətlərə qarşı mübarizə vahid strategiya şəklində həyata keçirilməli, iştirakçılar müəyyən edilərək effektiv əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır.

Bununla yanaşı, qabaqlayıcı qurumlar, təhqiqat, istintaq və maliyyə kəşfiyyatı qurumlarının daimi fəaliyyət göstərən əlaqələndirmə qurumları qabaqcıl ölkələrin ən yaxşı nəticələrini göstərən nümunələrdir və bunlar beynəlxalq miqyasda öyrənilməlidir.

Tədbirdə ən əsası ətraf mühitin qorunmasının sosial cavabdehliyin təməlində durması vurğulanaraq, əhalinin və vətəndaş cəmiyyətinin bu sahədə biliklərinin artırılmasının vacibliyi xüsusi qeyd edildi.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!