01 Sentyabr 2026 11:50
142
Mədəniyyət
A- A+
Folklorşünas-alim: Atüstü oyunlar xalqın həyat tərzini, dünyagörüşünü və fiziki hazırlığını əks etdirir

Folklorşünas-alim: Atüstü oyunlar xalqın həyat tərzini, dünyagörüşünü və fiziki hazırlığını əks etdirir


Atüstü oyunlar türk xalqlarının ortaq mədəni yaddaşının mühüm elementlərindən biridir. Bu oyunlar yalnız əyləncə vasitəsi deyil, həm də türk xalqlarının qədim həyat tərzini, dünyagörüşünü, fiziki hazırlıq sistemini və ritual təsəvvürlərini özündə əks etdirən zəngin mədəni irs nümunələridir. AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil AZƏRTAC-a müsahibəsində türk xalqlarının ortaq mədəni yaddaşında atüstü oyunların mühüm elementlərindən danışıb.

–Ümumtürk mədəniyyətində xalq oyunlarının, xüsusilə atüstü oyunların hansı yeri var? Nə üçün bu oyunlara yalnız əyləncə kimi yanaşmaq doğru deyil?

–Ümumtürk mədəniyyəti qədim və zəngindir. Bu zəngin mədəniyyət müxtəlifliyi içərisində at üstündə oyunların xüsusi yeri var. Əslində, atüstü oyunlar xalqın yalnız əyləncə dünyasını deyil, onun həyat tərzini, dünyagörüşünü, fiziki hazırlıq sistemini və ritual təsəvvürlərini əks etdirir. Türk xalqlarının tarixində atla bağlı həyat tərzi xüsusi əhəmiyyət daşıyıb. Türk xalqları dünya mədəniyyət tarixinə “atlı mədəniyyət”, “bozkır mədəniyyəti” kimi xüsusi fenomen bəxş ediblər. Bu baxımdan atüstü oyunlara həm də həmin mədəniyyətin qorunub saxlanılan elementləri kimi baxmaq lazımdır.

– Türk xalqlarında atın bu qədər mühüm mövqeyə sahib olmasının əsas səbəbi nədir?

– At türk həyatında və məişətində sadəcə nəqliyyat vasitəsi olmayıb. O, insanla birlikdə yaşayan, onun əmək fəaliyyətində, döyüşündə, mərasimlərində və mədəni həyatında iştirak edən bir varlıq olub. At türkün həyatında və məişətində onunla tam vəhdət təşkil etmiş, onun ayrılmaz hissəsi, dominant elementi olmuşdur. Bu münasibət folklorda da əksini tapıb. Türk dastanlarında qəhrəmanların atları çox zaman onların ayrılmaz obrazına çevrilir. “At igidin qardaşıdır” ifadəsi də təsadüfi deyil. “Dədə Qorqud” boylarında, eləcə də digər türk dastanlarında qəhrəmanın atı ilə birlikdə təqdim olunması atın türk mədəniyyətindəki statusunu göstərir. Əlimizdə olan yazılı və arxeoloji materiallar bunu göstərir.

Azərbaycan ərazisində atla bağlı oyunların qədimliyini təsdiqləyən müxtəlif qaynaqlar var. Mahmud Kaşğarinin ““Divanü Lüğat-it-Türk”ü, Nizami Gəncəvinin “Xəmsə”si, Firdovsinin “Şahnamə”si və başqa mənbələrdə atla oyunlar haqqında məlumatlara rast gəlirik. Nizaminin “Xosrov və Şirin” əsərinə illüstrasiya olaraq çəkilmiş XVI əsrə aid miniatürdə çövkən oyununun təsviri verilib. Beyləqan ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş şirəli qablar üzərindəki atüstü oyun təsvirləri də xüsusi əhəmiyyət daşıyır. Bu materiallardan iki mühüm nəticəyə gəlmək mümkündür: atüstü oyunların tarixi qədimdir və atüstü oyunların qədim məkanlarından biri Azərbaycandır.”

– Qarabağ bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarabağın atüstü oyunlarının fərqləndirici xüsusiyyəti nədən ibarətdir?

– Qarabağın atüstü oyunları Azərbaycan oyun mədəniyyətinin mühüm hissəsidir. Bu bölgə həm atçılıq ənənələri, həm də atla oyunların zənginliyi baxımından xüsusi mövqeyə malikdir.

Qarabağ həm də dünyada məşhur olan Azərbaycanın Qarabağ atının vətənidir. Qarabağ atının çevikliyi, sürəti və manevr qabiliyyəti atüstü oyunlar üçün mühüm şərtlər yaradıb. Buna görə də Qarabağ atçılıq mədəniyyəti ilə atüstü oyun ənənəsi arasında birbaşa əlaqə var. Biz Qarabağda apardığımız folklor toplama işləri zamanı da bunun canlı nümunələrini müşahidə etdik. 2012 və 2014-cü illərdə Qarabağda ezamiyyətdə olduğumuz zaman topladığımız folklor nümunələri içərisində xalq oyunları və onlar haqqında məlumatlar xüsusi yer tutur.

– Araşdırmalar zamanı hansı oyunlarla qarşılaşdınız?

– Bölgədə bir sıra xalq oyunlarının bu gün də uşaqlar və gənclər tərəfindən oynandığını müşahidə etdik. “Çövkən”, “Dirədöymə”, “Çilingağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bənövşə-bənövşəni” və başqa oyunlar haqqında məlumatlar topladıq. Atüstü oyunlar içərisində isə “Papaq oyunu”, “Dəsmal oyunu”, “Keçipapaq oyunu”, “Çoban oyunu” kimi nümunələr diqqəti cəlb edir. Mövcud tədqiqatlarda Qarabağın atüstü oyunları əsasən “Tərəkəmə oyunları” adı altında təsnif olunub. Hesab edirəm ki, bu oyunlar xarakterinə görə çoban oyunları qrupuna aid edilməli, təsnifat sistemində isə ayrıca “Atüstü oyunlar” kimi göstərilməlidir.

– Bu oyunların ümumtürk kontekstində maraqlı tərəfi nədir? Eyni və ya oxşar oyunlara başqa türk xalqlarında da rast gəlinirmi?

–Əlbəttə. Atüstü oyunlar türk xalqlarının müxtəlif coğrafiyalarında fərqli adlarla və müəyyən variantlarla bu günə qədər gəlib çatıb. Qazaxlar, qırğızlar, tatarlar, başqırdlar, çuvaşlar, altaylar və digər türk xalqlarında müxtəlif atüstü oyun nümunələri mövcuddur. Məsələn, “qızqovma”, “kokpar”, “audarsıpak”, “kume alu”, “alaman bayqa”, “sürpapaq” və digər oyunlar müxtəlif türk xalqlarının ənənəsində yaşayır. Burada mühüm məqam ondan ibarətdir ki, müxtəlif adlara və yerli xüsusiyyətlərə baxmayaraq, bu oyunların strukturunda və funksiyasında ciddi tipoloji yaxınlıqlar müşahidə olunur. Qarabağın atüstü oyunlarına ümumtürk kontekstində baxdığımız zaman bu oyunların vahid bir oyun mədəniyyətinin tərkib hissəsi olduğunu görürük. Bunlar eyni bir etnik-mədəni sistemin elementləri olaraq biri-birini tamamlayır, açır və izahına yardım edir. Bu tipoloji yaxınlıq genetik əsaslarla şərtlənir. Çünki oyunlar ortaq başlanğıcdan və ümumi arxetipdən gəlir. Sonrakı mərhələdə təbii-coğrafi şəraitə və sosial-mədəni mühitə uyğun olaraq müxtəlif şəkillər alır, variantlaşır. Mənim fikrimcə, bu oyunların müqayisəli şəkildə öyrənilməsi ümumtürk mədəniyyətinin ortaq qatlarını müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir. Çünki bir xalqda qorunub qalan element digər xalqın oyun ənənəsindəki müəyyən xüsusiyyətin izahına kömək edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Karina qasırğasının şiddəti 4-cü kateqoriyaya yüksəldi 

12:25
01 Sentyabr

Süni intellekt dezinformasiyasına qarşı standart yanaşma kifayət etmir

12:20
01 Sentyabr

Nyu Yorkun mərkəzində qadın ər-arvada bıçaqla hücum edib

12:15
01 Sentyabr

Lionel Messi Argentina milli komandasında karyerasını bitirdi  

12:10
01 Sentyabr

ANAMA: Ötən ay 7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib  

12:05
01 Sentyabr

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir YENİLƏNİB  

12:00
01 Sentyabr

Kəlbəcərdə qayıdışın ritmi: Sazlı-sözlü “Yallı” coşqusu 

11:55
01 Sentyabr

Folklorşünas-alim: Atüstü oyunlar xalqın həyat tərzini, dünyagörüşünü və fiziki hazırlığını əks etdirir

11:50
01 Sentyabr

Bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ  

11:45
01 Sentyabr

Qırğızıstan Prezidenti: “ŞƏT-in gələcək inkişafının əsasında birlik dayanır“

11:40
01 Sentyabr

Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib  

11:35
01 Sentyabr

Azərbaycanın voleybol millisi bu gün Avropa çempionatında Türkiyə ilə qarşılaşacaq

11:25
01 Sentyabr

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir  

11:20
01 Sentyabr

Akkan Suver: “Azərbaycan regional əməkdaşlığa istiqamət verən mühüm ölkə mövqeyinə yüksəlib“

11:15
01 Sentyabr

Bişkekdən görünən Azərbaycan: Coğrafiyanı strateji dividendlərə çevirən siyasət

11:10
01 Sentyabr

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək  

11:05
01 Sentyabr

Qızıl və gümüş bahalaşıb

11:00
01 Sentyabr

Neft qiymətləri artır

10:55
01 Sentyabr

Pakistanlı ekspert: “Azərbaycanın təcrübəsi ŞƏT-in əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyə bilər“

10:50
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub YENİLƏNİB 

10:45
01 Sentyabr

Robert Sekuta: “ŞƏT ölkələrə regionda müşahidə edilən tərəqqini daha da irəli aparmaq imkanı yarada bilər“

10:40
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!