05 Oktyabr 2026 14:36
1675
Elm və texnika
A- A+
İşıq beyinin qapılarını açdı

İşıq beyinin qapılarını açdı


Bəzən elm əsrlərdir qaranlıqda qalan bir sualın cavabını işıqda tapır. Bu dəfə isə söhbət məcazi işıqdan deyil, canlı hüceyrələrin fəaliyyətini birbaşa idarə edə bilən işıqdan gedir. 2026-cı il Fiziologiya və ya tibb üzrə Nobel mükafatına amerikalı alim Karl Deisseroth, alman alimlər Peter Hegemann və Georg Nagel layiq görülüblər. Nobel Komitəsinin qərarına əsasən, alimlər işıqla idarə olunan ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə mükafatlandırılıblar. 

Bəs optogenetika nədir? Ən sadə ifadə ilə, bu, alimlərə sinir hüceyrələrinin fəaliyyətini işıq vasitəsilə idarə etməyə imkan verən elmi üsuldur. Başqa sözlə, işıq burada sadəcə görmək üçün deyil,  hüceyrəyə “işə düş”, “dayan”, “siqnal göndər” deyən bir açara çevrilir. Bu texnologiyanın təməlində işığa həssas zülallar, xüsusilə kanalrodopsinlər dayanır. Peter Hegemann və Georg Nagel bu zülalların xüsusiyyətlərinin araşdırılmasında mühüm rol oynayıblar. Onların işi işıqla idarə olunan ion kanallarının mexanizmini anlamağa yol açıb. 

Karl Deisseroth isə bu fundamental kəşfləri neyroelm üçün güclü bir alətə çevirən alimlərdən biridir. Onun rəhbərlik etdiyi tədqiqatlar işığa həssas zülallar vasitəsilə ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini yüksək dəqiqliklə idarə etməyə imkan verən optogenetikanın inkişafına böyük töhfə verib. Beləliklə, alimlər beynin mürəkkəb elektrik siqnalları arasında yeni bir “dil” tapıblar: işıq dili.

Karl Deisseroth  amerikalı nevroloq, psixiatr və Stanford Universitetinin professorudur. Onun araşdırmaları beynin fəaliyyətini hüceyrə səviyyəsində öyrənmək üçün optogenetikadan istifadəyə böyük imkanlar yaradıb. Bu üsul sinir dövrələrinin davranış, emosiyalar və müxtəlif nevroloji proseslərdə rolunu araşdırmaq üçün istifadə olunur. 

Peter Hegemann alman biofiziki və Berlin Humboldt Universitetinin professorudur. O, mikroorqanizmlərdə işığa həssas zülalların, xüsusilə kanalrodopsinlərin araşdırılmasında mühüm kəşflərə imza atıb. Onun tədqiqatları işığın hüceyrə membranında ion axınını necə idarə edə bildiyini anlamağın əsasını qoyub. 

Georg Nagel  alman biofiziki və Vürtsburq Universitetinin professorudur. Hegemannlə birlikdə kanalrodopsinlərin işıqla aktivləşən ion kanalları kimi fəaliyyət göstərdiyini müəyyənləşdirən araşdırmalara mühüm töhfələr verib. Bu iş sonradan optogenetikanın inkişafı üçün fundamental əhəmiyyət daşıyıb. 

İnsan beyni milyardlarla sinir hüceyrəsinin bir-biri ilə yaratdığı mürəkkəb əlaqələrdən ibarət nəhəng bir şəbəkədir. Düşüncələrimiz, xatirələrimiz, qorxularımız, sevinclərimiz və davranışlarımız bu şəbəkədə yaranan elektrik və kimyəvi siqnalların mürəkkəb rəqsindən doğur. Optogenetika alimlərə bu rəqsin ayrı-ayrı notlarını dinləməyə, hətta müəyyən hüceyrələri işıq vasitəsilə aktivləşdirib və ya susduraraq onların funksiyasını sınaqdan keçirməyə imkan verir.

Bu səbəbdən 2026-cı il Nobelinin arxasında sadəcə yeni bir laboratoriya metodu deyil, beynin sirrlərinə daha dərindən nüfuz etmək üçün açılan yeni bir qapı dayanır. İşıq bu dəfə gözümüzə deyil, birbaşa hüceyrəyə toxunur. Və elm göstərir ki, bəzən insan beyninin ən mürəkkəb suallarına aparan yol bir işıq zərrəsindən başlayır.

Xatırladaq ki, 2025-ci ildə Fiziologiya və ya tibb üzrə Nobel mükafatına Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi layiq görülmüşdülər. Onlar periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə mükafatlandırılmışdılar. 

 Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!