14 May 2026 15:22
280
İDMAN
A- A+
Fərid Qayıbov: Beynəlxalq yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindiricı haldır  

Fərid Qayıbov: Beynəlxalq yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindiricı haldır  


Böyük velosiped yarışı yenidən Azərbaycana qayıtdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının sonuncu - V mərhələsindən sonra təşkil olunan brifinqdə deyib.

O bildirib ki, bu cür yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindiricı haldır: "Hazırda xüsusi hisslər yaşayırıq. Bildiyiniz kimi, Bakı dünyanın idman paytaxtı seçilib. Bununla bağlı bu il şəhərimiz cüdo, voleybol və sumo kimi böyük beynəlxalq yarışlara ev sahibliyi edəcək. Həmçinin də "Bakı-Xankəndi" veloyürüşü baş tutdu. Turnirdə yerli gənc velosipedçilərimiz da mübarizə aparırdılar. İnanıram ki, onlar gələcək yarışlarda daha uğurlu olacaqlar".

"Həqiqətən də bu yarışı təşkil etmək asan iş deyil. Hava şəraiti ilə yanaşı, yollar da yaxşı olmalıdır. Buna görə təşkilatçılara təşəkkür edirəm", - deyə nazir əlavə edib.

Qeyd edək ki, "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ilk mərhələsində Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələdə isə müvafiq olaraq, Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa 1-ci yeri tutublar. İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti IV etapın qalibi olub. Sonuncu – V mərhələdə finişə İspaniyanın "Burqos" komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett birinci çatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-Çin münasibətlərində yeni dövr

19:38
15 May

Almaniyada mənzil böhranı

19:30
15 May

Türkiyə Mərkəzi Bankı inflyasiya gözləntisini yüksəltdi

19:21
15 May

Kainatın ən böyük yeni xəritəsi 

19:12
15 May

Nazir müavini: Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb  

19:02
15 May

ABŞ Prezidenti: İranın son təklifinə baxdım

19:01
15 May

Premyer Liqa: Autsayderlərin duelindən “Qəbələ” qalib ayrılıb

19:01
15 May

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub  

18:58
15 May

Kəlbəcərin şəfa mənbəyi olan “Zülfüqarlı” suları

18:56
15 May

Türkiyə mediası: Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının mövqelərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb  

18:55
15 May

Nazir müavini: AŞPA-nın ölkəmizə qərəzli yanaşması Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirir  

18:54
15 May

Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:53
15 May

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

18:51
15 May

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

18:50
15 May

İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir

18:49
15 May

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb  

18:46
15 May

Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub  

18:43
15 May

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib  

18:42
15 May

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB 2

18:40
15 May

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib 

18:33
15 May

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib  

18:32
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!