25 Oktyabr 2024 09:30
2806
Səhiyyə
A- A+
Evdə beyin stimulyasiyası depressiyanı yüngülləşdirə bilər - TƏDQİQAT

Evdə beyin stimulyasiyası depressiyanı yüngülləşdirə bilər - TƏDQİQAT

Son klinik sınaq nəticələrinə görə, ev şəraitində beyin stimulyasiyası ağır və orta dərəcəli depressiyanın effektiv və təhlükəsiz şəkildə yüngülləşdirilməsinə kömək edə bilər.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri qeyri-invaziv beyin stimulyasiyası ilə müalicə olunan xəstələrdə depressiyanın remissiyası və müalicəyə cavab reaksiyasının üç dəfə daha yüksək olduğunu göstərir.

Texasdakı Mak Qovern Tibb Məktəbinin psixiatriya kafedrasının müdiri Ceyr Soares bu innovativ üsulun yaxın gələcəkdə depressiya kimi əhval pozğunluqlarından əziyyət çəkən xəstələr üçün ümidverici ola biləcəyini bildirib.

Tədqiqatda depressiya diaqnozu qoyulmuş 174 nəfər iştirak edib. İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb və 10 həftə ərzində müalicə kursu alıblar. Bir qrup transkranial birbaşa cərəyan stimullaşdırması (tDCS) ilə müalicə olunub, digəri isə bu müalicəni qəbul etməyib. Stimulyasiya alan xəstələr il üç həftədə beş dəfə 30 dəqiqəlik seans, sonrakı 7 həftə ərzində isə həftədə üç dəfə eyni müddətdə seans keçiriblər. Transkranial birbaşa cərəyan stimullaşdırılması baş dərisinə iki elektrod vasitəsilə 0,5-2 milliamper arasında cərəyanın tətbiqi yolu ilə həyata keçirilir. Bu zaman xəstələr yalnız baş dərisində yüngül qıcıqlanma hiss edirlər.

Maraqlıdır ki, bu terapiya ev şəraitində öz-özünə tətbiq edilib. Tədqiqat nəticələrinə əsasən, stimullaşdırma ilə müalicə alanların 45 faizi tamamilə sağalır, bu isə nəzarət qrupundakı şəxslərin yalnız 22 faizində müşahidə olunub.

London Kral Kollecinin professoru və baş tədqiqatçı Sintia Fu, bu üsulun antidepresantlar və terapiya ilə yanaşı, effektiv alternativ ola biləcəyini vurğulayıb.

Tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

General: 2017-ci ildən hazırki dövrədək 6 ton 928 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  

09:23
22 Noyabr

DSX: 2017-ci ildən indiyədək 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb  

09:22
22 Noyabr

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb  

09:21
22 Noyabr

Rusiya Prezidenti xüsusi əməliyyat zonasındakı hadisələrlə bağlı bəyanatla çıxış edib  

09:20
22 Noyabr

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti COP29-dan gözləntilərini açıqlayıb  

09:18
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!