16 Sentyabr 2026 17:49
860
İDMAN
A- A+
“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

Rumıniyanın nüfuzlu “Eurosport” idman nəşri Formula 1 Azərbaycan Qran-Prisinin tarixində ilk dəfə şənbə günü keçirilməsinə geniş məqalə həsr edib.

AZƏRTAC xəbər verir ki, nəşrin Rumıniya redaksiyasında dərc olunan “Azərbaycan Qran-Prisi şənbə günü keçiriləcək! Bakı Qran-Prisi tarixində ilk dəfə baş verəcək bu dəyişikliyin səbəbi” sərlövhəli məqalədə yarışın təqvimindəki yeniliyin səbəbləri, Azərbaycanın milli anım günü və Formula 1 çempionatının qarşıdakı mərhələsi barədə məlumat verilib.

Məqalədə bildirilir ki, 2026-cı il Azərbaycan Qran-Prisi əvvəlcə sentyabrın 25–27-də keçirilməli idi. Lakin yarışın son gününün Azərbaycanda Anım Gününə təsadüf etməsi səbəbindən təqvimə dəyişiklik edilib. Beləliklə, Bakı şəhər halqasında yarış həftəsonu sentyabrın 24–26-da təşkil olunacaq, əsas yarış isə sentyabrın 26-da baş tutacaq.

“Eurosport” yazır ki, bu qərar Bakı Qran-Prisinin tarixində bir ilkdir. Azərbaycan paytaxtında indiyədək keçirilmiş Formula 1 yarışlarının əsas mərhələləri bazar gününə təsadüf etdiyi halda, 2026-cı ildə pilotlar dünya çempionatının növbəti mərhələsində şənbə günü mübarizə aparacaqlar.

Rumıniya nəşri yarışın tarixinin dəyişdirilməsinin səbəblərini izah edərkən sentyabrın 27-sinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırır. Bildirilir ki, həmin tarix Azərbaycanda Anım Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində həlak olmuş hərbi qulluqçuların xatirəsi hər il bu gündə ehtiramla yad edilir.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi məlumatına əsasən, Azərbaycan Qran-Prisinin tarixinin dəyişdirilməsi yerli təşkilatçıların və müvafiq dövlət qurumlarının müraciəti əsasında razılaşdırılıb. Nəticədə yarış həftəsonunun proqramı bir gün əvvələ çəkilib.

“Eurosport”un məqaləsində Azərbaycan Qran-Prisinin 2026-cı il Formula 1 mövsümündəki yeri barədə də məlumat verilir. Bakı mərhələsi dünya çempionatının 15-ci yarışı olacaq. Pilotlar Azərbaycan paytaxtına İspaniya Qran-Prisindən sonra gələcəklər.

Nəşr Bakı yarışının özünəməxsus xüsusiyyətlərinə də diqqət yetirir. Şəhərin mərkəzi küçələrindən keçən Bakı Şəhər Halqası Formula 1 təqvimindəki ən fərqli traslardan biri hesab olunur. Tarixi memarlıq abidələrinin yaxınlığından keçən dar döngələr, uzun düzlüklər və yüksək sürət imkanları yarışın gedişində pilotlar üçün müxtəlif çətinliklər yaradır.

Formula 1-in rəsmi məlumatına görə, Bakı Şəhər Halqasının uzunluğu 6,003 kilometrdir. Pilotlar əsas yarış zamanı 51 dövrə vuraraq ümumilikdə 306 kilometrdən çox məsafə qət edəcəklər. Sentyabrın 24-də sərbəst yürüşlər, sentyabrın 25-də üçüncü sərbəst yürüş və sıralama turu, sentyabrın 26-da isə əsas yarış keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!