13 Avqust 2025 08:50
414
DÜNYA
A- A+
Ermənistan prezidenti respublikanın yeni düşüncə tərzinə keçdiyini bildirir

Ermənistan prezidenti respublikanın yeni düşüncə tərzinə keçdiyini bildirir


Ancaq erməni kilsəsi, daşnaklar və radikal erməni diasporu bunu qəbul etmək istəmirlər


Bu günlərdə prezident Vaaqn Xaçaturyan respublika vətəndaşlarına bildirib ki, Ermənistan Azərbaycanla münasibətləri, nəhayət, normallaşdırmaq niyyətini bəyan etməklə öz siyasi təfəkkürünü yenidən qurmağı öhdəsinə götürüb.

Avqustun 9-da ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşünün yekunlarını şərh edən Vaaqn Xaçaturyan deyib ki, respublika indi öz xarici siyasəti haqqında yeni formada düşünəcək. O, əmin olduğunu bildirib ki, siyasi təfəkkür paradiqmasının dəyişməsində çətinliklərə baxmayaraq, Ermənistan hakimiyyətinin iradəsi olduğu üçün İrəvan bunu bacaracaq. V.Xaçaturyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması faktını xüsusi qeyd edib: "Sülh sazişinin paraflanması təkcə diplomatik sənəd deyil, həm də tərəflərin etimadı və qarşılıqlı anlaşmanı rəhbər tutduqları halda xalqa və gələcək nəsillərə dinc yanaşı yaşamanın mümkünlüyü barədə mesajdır".

Ermənistan prezidenti vətəndaşların diqqətinə çatdırıb ki, İrəvan Bakı ilə təmaslarda "etimad körpüləri" qurmaq və qarşıdurma anlayışını iki ölkə arasında əməkdaşlıq ideyası ilə əvəz etmək niyyətindədir: "Biz təkcə yeni siyasi səhifəyə deyil, həm də yeni düşüncə tərzinə keçid edirik. Sübut edirik ki, sülh sadəcə razılaşma deyil, gələcək naminə cəsarətli seçimdir". Bununla bağlı o, Azərbaycanla münasibətlərin normallaşmasına yardım edən Ermənistan rəsmilərinə və siyasətçilərinə, həmçinin danışıqların bütün digər iştirakçılarına, o cümlədən vasitəçi ölkələrə təşəkkür edib.

Lakin Ermənistanda Azərbaycanla sülh sazişlərinə qarşı çıxan müəyyən qruplar və şəxslər də var. Sülhün bu əleyhdarları tez-tez öz fikirlərini etiraz aksiyaları, ictimai müzakirələr və siyasi bəyanatlarla ifadə edirlər. Onlar, daha doğrusu, revanşistləri qruplar və əsas motivləri üzrə bir neçə kateqoriyaya bölmək olar. Məsələn, millətçilər və radikal qruplar  hesab edirlər ki, "Azərbaycana istənilən güzəştlər milli maraqlara və tarixi ədalətə xəyanətdir". Onlar tez-tez uydurduqları miflərə əsasən Ermənistan ərazisi bildikləri ərazilərin qaytarılmasını tələb edir və istənilən formada kompromislərə qarşı çıxırlar.

Digər qrup ölən və itkin düşənlərin yaxınları və qohumlarıdır. İkinci Qarabağ müharibəsindən bəri bir çox erməni öz yaxınlarını itirib və sülh müqaviləsinin ölənlərin xatirəsinə təhqir olduğunu düşünürlər. Onlar müharibədə kapitulyasiyaya imza atanların məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Bundan əlavə, bəzi siyasi partiyalar və liderlər öz elektoratını səfərbər etmək üçün antisülh ritorikasından istifadə edir və mövcud hökuməti, xüsusən də baş nazir Nikol Paşinyanı suçlayır, onu təslim olmaqda ittiham edir və istefasını tələb edirlər.

Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında sülhün əsas əleyhdarları isə erməni kilsəsi, erməni daşnak millətçiləri və radikal erməni diasporudur. Amma bütün bu sülh düşmənləri müstəqil deyillər, onlar əsasən Rusiyadan, Avropadan, İrandan və bəzi hallarda ABŞ-dən olan qüvvələrin dəstəyi ilə hərəkət edirlər.

Uzun illərboyu zombiləşdirilən erməni əhalisinin beyninə indi də "Məğlubiyyət adı altında xəyanət", "Sünik (Zəngəzur dəhlizi) - qəbirə gedən yol", "Xalqın bir millət kimi ləğvi",  "Xəyanətin qiyməti Ermənistanın yoxa çıxmasıdır" və digər qorxunc narrativlər yeridilir. Əhaliyə təlqin edilir ki, 2018-ci ildən bəri ölkədə yeni demokratiya və sülh adı altında sakit, lakin düşünülmüş şəkildə milli kimliyin ləğvi prosesi gedir. "Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan yavaş-yavaş, amma şübhəsiz ki, ruhu, yaddaşı və müqavimət göstərmək istəyi olmayan əraziyə çevrilir. Bizi nəinki xarici düşmənlər sındırır, hətta bizi qorumalı olanlar da bizə xəyanət edirlər". 

Məhz belə səbəblərə görə, Ermənistan cəmiyyətinin müəyyən bir hissəsi sülhə hazır deyil. İndi ölkə rəhbərliyinin əsas vəzifəsi xalqın düşmənləri tərəfindən fasiləsiz həyata keçirilən anti-Azərbaycan və anti-Türkiyə siyasəti nəticəsində zəhərlənmiş beyinləri sağlamlaşdırmaq üçün titanik səylər göstərməkdir. Amma bunun öhdəsindən gəlmək mümkün olacaqmı?

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!