08 Sentyabr 2026 18:50
1351
Mədəniyyət
A- A+
“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb


İçərişəhərdəki “Ədibin Evi”ndə “Azerbaijani Culture for Global Envoys” (Azərbaycan Mədəniyyətinin Qlobal Səfirləri) kurslarının rəsmi açılış mərasimi keçrilib.

Bu barədə AZƏRTAC-a “Ədibin Evi”ndən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov kurslarda dörd qitənin səkkiz ölkəsindən təmsil olunan geniş coğrafiyaya məxsus xarici korpus nümayəndələrinin iştirakından məmnunluğunu ifadə edib.

“Dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın prioritet istiqamətlərindən biri olan mədəniyyət diplomatiyasının inkişafına töhfə verəcək bu kurslar milli mədəniyyətimizin fundamental dəyərlərinin öyrənilməsinə xidmət edəcək. Tanınmış yazıçı Mark Tvenin təbirincə desək, insanları göz və intellektdən daha çox qəlblə tanımaq lazımdır. Hər bir azərbaycanlı Azərbaycan mədəniyyətini qəlbində daşıyır. Xarici diplomatların Azərbaycan mədəniyyəti ilə bağlı biliklərinin və məlumatlılığının artırılması ölkələrimiz arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcək”, – deyə nazir müavini əlavə edib.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva son beş il ərzində Fondun fəaliyyətində ədəbiyyatla yanaşı, mədəniyyətin digər istiqamətlərinin təbliği və tədqiqinə də yer verildiyini bildirib. O, diqqətə çatdırıb ki, müasir dövrdə mədəni diplomatiya ayrıca elmi istiqamət kimi formalaşıb. Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun üzvlərinin ölkəmizin mədəni irsini daha dərindən tanımaları və anlamaları yalnız ikitərəfli əməkdaşlığın deyil, qarşılıqlı hörmətin, məlumatlı beynəlxalq dialoqun və uzunmüddətli tərəfdaşlığın da güclənməsinə töhfə verəcək.

“Azerbaijani Culture for Global Envoys” proqramının rəhbəri, sənətşünas Nigar Axundova isə kurslar çərçivəsində diplomatların Azərbaycan musiqisi, ədəbiyyatı, təsviri incəsənəti, teatr və kino sənətini ayrıca modullar üzrə öyrənəcəklərini bildirib. N.Axundova vurğulayıb ki, müxtəlif mədəni təsirlərin qarşılıqlı sintezi əsasında formalaşmış zəngin və unikal mədəni mənzərəmiz diplomatlara mühazirələr, interaktiv sessiyalar, praktiki məşğələlər və müxtəlif mədəniyyət ocaqlarına təşkil olunacaq səfərlər vasitəsilə təqdim ediləcək.

Kursların açılış mərasimində “Ədibin Evi”nin həmtəsisçisi ədəbiyyatşünas professor Ədibə Paşayeva diplomatlara tədrislərində uğurlar arzulayıb, bu təcrübədən yararlanacaqlarına ümid etdiyini bildirib.

Açılış mərasimi gənc ifaçılar Lalə Bədəlbəyli və Müşfiq Quliyevin təqdim etdiyi beynəlmiləl musiqi proqramı ilə davam edib.

Daha sonra diplomatlar filologiya elmləri doktoru, professor Rahilə Qeybullayeva tərəfindən tədris edilən “Azərbaycan ədəbiyyatı” modulu üzrə dərslərə başlayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!