19 İyun 2025 19:18
1578
Elm və texnika
A- A+
Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər  

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər  

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.

İnfoturda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, deputatlar, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, nazirlik yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şura üzvləri, nazirlik və MÜTDA rəsmiləri iştirak ediblər.

İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesinin gedişatı ilə yaxından tanış olub, müəllimlərlə söhbət edərək təəssüratlarını öyrəniblər.

Daha sonra dəyirmi masa ətrafında davam edən müzakirələr zamanı tədbir iştirakçılarına sertifikatlaşdırma prosesi barədə ətraflı məlumat verilib, prosesin şəffaflıq prinsipləri əsasında təşkil olunduğu, imtahanlara ictimai nəzarətin təmin edildiyi vurğulanıb. Qeyd edilib ki, imtahanlar ölkə üzrə vahid sistem vasitəsilə izlənilir və bu sistem müasir texnoloji infrastrukturla təmin olunub, ədalətli, şəffaf, o cümlədən etibarlı imtahan mühiti yaradır.

Aparat rəhbəri Mətin Kərimli sertifikatlaşdırma prosesinin müəllimlərin ixtisas üzrə əsas kompetensiyalarını müəyyənləşdirməyə imkan verdiyini, bu mexanizmin müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırdığını və onların peşəkar inkişafına təkan verdiyini infotur iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkarlığının və əməkhaqqının artımına səbəb olmaqla yanaşı, onların nüfuzuna da müsbət təsir göstərdiyini əlavə edib.

Dəyirmi masa ətrafında davam edən müzakirələr zamanı deputatları maraqlandıran çoxsaylı suallar cavablandırılıb, sertifikatlaşdırmanın müəllimlərin peşəkarlıq səviyyəsinin və peşəyə yararlılığının qiymətləndirilməsi məqsədi daşıdığı bir daha diqqətə çatdırılıb.

Sonda deputatlar sertifikatlaşdırma prosesini dəstəklədiklərini vurğulayıb, bu təhsil islahatına ictimai və siyasi dəstəyin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!