03 Aprel 2025 09:00
267
CƏMİYYƏT
A- A+
Daha 28 ailə Sarıcalıya qayıtdı

Daha 28 ailə Sarıcalıya qayıtdı


Otuz ilə yaxın erməni vandallığına məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində azadlığına qovuşmuş digər ərazilər kimi, Ağdam rayonuna da həyat yenidən qayıdır, uzun illər yurd həsrəti çəkən ağdamlılar tədricən torpaqlarına qovuşurlar.

Ağdam rayonunun bərpa edilmiş birinci kəndi - Sarıcalıda tikintinin ilk mərhələsi artıq yekunlaşıb. Dünən daha 28 ailənin, 110 nəfərin kənddə daimi məskunlaşması təmin edilib. Bununla Sarıcalı sakinlərinin sayı 146 nəfərə çatıb. Kəndə birinci mərhələ üzrə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.

Təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhalinin yaşayışı üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Artıq 203 fərdi ev inşa olunub. Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Sarıcalıda yaşayış evləri ilə yanaşı, bütün sosial infrastruktur da qurulub, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, o cümlədən klub-icma mərkəzi, çoxfunksiyalı inzibati bina, bazar kompleksi, ticarət və məişət xidməti obyektləri, tam orta məktəb, körpələr evi-uşaq bağçası tikilib. Kənddə inşa edilmiş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik enerjisinə ehtiyacları təmin ediləcək. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Kənddə inşa edilmiş çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq.

Sarıcalıda uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində də mühüm addımlar atılıb. Bunun bariz nümunəsi isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə martın 27-də açılışı olan Ağdam rayon Sarıcalı kənd körpələr evi-uşaq bağçasıdır. Müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait yaradılıb. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək.

Bu ilin sonuna qədər Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə də qayıdış nəzərdə tutulub. Hazırda inşaat işlərinin getdiyi bu kəndlər sürətlə yenidən qurulur.

Qürurla deyə bilərik ki, Zəfərdən qısa müddət keçməsinə baxmayaraq, dədə-baba torpaqlarına qovuşan insanların sayı artıq 12144 nəfərə (3042 ailə) çatıb, 5 şəhər və 8 kənd olmaqla 13 yaşayış məntəqəsində həyat axarına qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 371 ailə (1396 nəfər) Şuşa şəhərində, 52 ailə (204 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, Xocalı rayonunun Ballıca kəndində 136 ailə (660 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində  50 ailə (166 nəfər), Ağdərə rayonunun Suqovuşan kəndində 20 ailə (54 nəfər), Ağdam rayonunun Sarıcalı kəndində 37 ailə (146 nəfər) məskunlaşıb. 

Böyük qayıdışın birinci mərhələsi bitənədək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin məskunlaşması nəzərdə tutulub. Qüdrətli dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və genişmiqyaslı quruculuq işlərinə nəzər yetirib əminliklə deyə bilərik ki, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı ilə bağlı qarşıya qoyulan hədəflər uğurla gerçəkləşdiriləcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

15:46
06 Aprel

Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb

15:32
06 Aprel

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq  

15:27
06 Aprel

Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

15:19
06 Aprel

Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər  

15:18
06 Aprel

Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq

14:03
06 Aprel

Ağdam rayonunda mina hadisəsi baş verib

13:22
06 Aprel

Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır

13:09
06 Aprel

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib  

13:01
06 Aprel

ANAMA-nın əməkdaşı minaya düşüb

12:41
06 Aprel

Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib

11:35
06 Aprel

“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:01
06 Aprel

Almaniyanın ən məşhur gölü quruyur

10:37
06 Aprel

HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb  

10:19
06 Aprel

Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur

10:13
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!