04 Sentyabr 2025 08:30
1223
İQTİSADİYYAT
A- A+
Çinin enerji şirkətlər qrupu "Powerchina Group" güvənli tərəfdaşdır

Çinin enerji şirkətlər qrupu "Powerchina Group" güvənli tərəfdaşdır


Prezident İlham Əliyevin şirkətin icraçı vitse-prezidenti ilə Tiencin şəhərində keçirdiyi görüşdə əməkdaşlığımızın daha da genişlənəcəyinə əminlik bildirilib


Prezident İlham Əliyev Çinin Tiencin şəhərində bu ölkənin bir sıra tanınmış şirkətlərinin rəhbərləri ilə görüşüb. Bu sırada "Powerchina Group" şirkətlər qrupunun özünəməxsus yeri var. Təsadüfi deyil ki, dövlətimizin başçısının "Powerchina Group"un icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşündə də şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

"Powerchina Group" Azərbaycanın enerji tərəfdaşıdır. Ötən ilin payızını xatırlayaq. Bakıda  COP29-un davam etdiyi günlərdə Energetika Nazirliyi ilə Çinin "Powerchina Resources Limited" şirkəti arasında "yaşıl enerji" sahəsində anlaşma memorandumu imzalandı. "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə "Powerchina Resources Limited" arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu" sənaye miqyaslı günəş PV layihələri, quruda-dənizdə külək-elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akkumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş" ağıllı enerji" və "yaşıl hidrogen" istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.

İmzalanma mərasimindən əvvəl isə energetika naziri Pərviz Şahbazovla "Powerchina Group"un vitse-prezidenti Xu Pengcheng və "Powerchina Resources Limited" şirkətinin prezidenti Yang Tianfu arasında görüş oldu. Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərində bərpaolunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd olunub. Həyata keçirilən "yaşıl enerji"nin istehsalı və ixracı ilə bağlı meqalayihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirildi.

"Powerchina Resources Limited"in xaricdə bərpaolunan enerji sahəsində sərmayə qoyuluşu həyata keçirən, geniş potensial və təcrübəyə malik bir şirkət kimi  Azərbaycanda bu sahədə layihələrə sərmayə qoyuluşu,  onların  planlaşdırılması, layihələndirilməsi, tikintisi və istismarında əməkdaşlığa maraqlı olduğu qeyd edildi.

Prezident İlham Əliyevin bu ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən çoxsaylı sənədlər imzalandı. Təkcə "yaşıl enerji"yə aid imzalanan sənədlərin sayı 6 idi. O cümlədən  Energetika Nazirliyi, "Powerchina Resources Limited" və "SOCAR Green" arasında 160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış icra müqaviləsi mübadilə edildi. Stansiyanın 2028-ci ildə istismara verilməsi planlaşdırılır və  obyektdə  illik təxminən 332 milyon kilovatsaat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.

Layihənin həyata keçirilməsi üçün xüsusi layihə şirkətinin və rəhbər komitənin yaradılması nəzərdə tutulur. Sənəddə layihənin texniki-iqtisadi əsaslandırılması, layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi, istismarı və texniki xidməti kimi istiqamətlər əks olunub. Energetika Nazirliyinin layihə üçün torpaq sahəsinin ayrılması, müvafiq icazələrin verilməsi və yerli resurslardan istifadə olunmasına dəstək göstərməsi planlaşdırılır. Layihə həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir.

Bir neçə kəlmə də "Powerchina Resources Limited" şirkəti haqqında. Bu şirkət Çində ən böyük enerji istehsalçılarından biridir. 25 yaşına qədəm qoyan şirkət Honkonq şəhərində yaradılıb və mənzil qərargahı da bu şəhərdə yerləşir. "Powerchina Resources Limited"in aktivləri 37 kömür, 3 qaz-istilik, 119 külək, 25 günəş və 2 su-elektrik stansiyası təşkil edir ki, bunların da ümumi gücü 43,4 giqovatdır. Şirkət Çinin əsasən şərq, cənub və mərkəzi regionlarında fəaliyyət göstərir. 

Dövlətimizin başçısının bu günlərdə Tiencin şəhərində "Powerchina Group"  şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşü bir daha göstərdi ki, əməkdaşlığımız və tərəfdaşlığımız davam edir. Belə ki, görüşdə "yaşıl enerji", ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və "yaşıl hidrogen" layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda günəş və külək-elektrik stansiyalarının inşası, "ağıllı enerji sistemləri"nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb. Göründüyü kimi, bu enerji qrupu ilə daha çox sahədə və daha geniş miqyasda əməkdaşlıq üçün perspektivlər var.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!