17 Fevral 2026 11:34
700
Mədəniyyət
A- A+
Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür  

Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür  


Əliağa Vahid Azərbaycan poeziyasında qəzəl janrının ən görkəmli nümayəndələrindən və XX əsrin parlaq klassiklərindən biridir. Onun həyatı, yaradıcılığı və ədəbi irsi milli poeziyamızda dərin iz qoyub, bir çox nəsillərə ilham verib. Əliağa Vahid həm klassik şeirin ənənələrini yaşadan, həm də ona yeni nəfəs gətirən sənətkar kimi Azərbaycan ədəbi mühitində həmişə yüksək qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan, Əliağa Vahidin anadan olmasından 131 il ötür.

“Qəzəl de ki, məşhuri-dövran ola” - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xəti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. O, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib

17:03
15 Aprel

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 3,4 milyard manatı ötüb

17:02
15 Aprel

2027-2030-cu illərdə azad olunmuş ərazilərin bərpasına 13,3 milyard manat xərclənəcək - PROQNOZ

17:01
15 Aprel

Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu təsdiqlənib - YENİLƏNİB  

16:54
15 Aprel

Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar

16:52
15 Aprel

Tramp: Bu vəziyyət bir daha təkrarlanmayacaq

16:50
15 Aprel

Məcnun Məmmədov: Azərbaycan ilə Latviya arasında ticarətin şaxələndirilməsi və dövriyyənin artırılması üçün geniş imkanlar var  

16:48
15 Aprel

Energetika naziri bp-nin regional prezidenti ilə görüşdə enerji sahəsində diversifikasiya siyasətinin davam etdirildiyini qeyd edib  

16:48
15 Aprel

Azərbaycan və Qazaxıstan arasında hüquq sahəsində əməkdaşlıq genişlənir  

16:47
15 Aprel

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub  

16:46
15 Aprel

Xarici dövlət borcu ÜDM-in 6,3 faizini təşkil edib

16:45
15 Aprel

Yerli məhsulların halal ixrac potensialı artırılır: Bakı və Ankara arasında təcrübə mübadiləsi aparılıb  

16:44
15 Aprel

İslamabaddakı mənbələr: Pakistan ABŞ-İran danışıqlarının 2-ci raunduna hazırlıqlara başlayır  

16:37
15 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti BPA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib

16:33
15 Aprel

Starmer: İran münaqişəsi ilə bağlı təzyiqlərə boyun əyməyəcəyəm

16:21
15 Aprel

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum olub YENİLƏNİB

16:14
15 Aprel

“Anadolu Ankası – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla icra olunub

16:08
15 Aprel

Aİ-də qaz ehtiyatları 30 faizdən aşağı səviyyədə qalır

16:01
15 Aprel

Asiya İnkişaf Bankı ilə Azərbaycanın nəqliyyat sektorunda icra olunan layihələr nəzərdən keçirilib  

15:56
15 Aprel

Britaniya Ukraynaya rekord sayda dron tədarük edəcək

15:47
15 Aprel

Akademik Zərifə Əliyevanın xatirəsi Ukraynanın İrpen şəhərində anılıb  

15:44
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!