15 Aprel 2026 16:33
353
CƏMİYYƏT
A- A+
Baş Prokurorluğun nümayəndə heyəti BPA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib

Baş Prokurorluğun nümayəndə heyəti BPA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib


Çinin Şanxay şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) idarəetmə orqanı olan İcraiyyə Komitəsinin 61-ci iclası işə başlayıb. Çində işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də İcraiyyə Komitəsinin iclasında iştirak edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dünyanın müxtəlif regionlarını əhatə edən 170-dən artıq ölkəni təmsil edən 350 mindən artıq prokuroru bir araya gətirən assosiasiya dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatıdır.

Assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında kökləri uzun illərə dayanan, geniş və faydalı əməkdaşlıq əlaqələri formalaşıb, təsis edildiyi gündən Azərbaycan Prokurorluğu qurumun fəaliyyətinə mühüm töhfələr verib. Ölkəmiz 2002, 2018 və 2024-cü illərdə qurumun İcraiyyə Komitəsinin iclaslarına, 2024-cü ildə, həmçinin İllik İclas və Ümumi Yığıncağına ev sahibliyi edib.

Tədbirdə çıxış edən assosiasiyanın vitse-prezidenti Kamran Əliyev ölkəmizin hüquq sistemində həyata keçirilən son yeniliklər barədə iştirakçılara ətraflı məlumat verib, eləcə də gündəlikdə duran məsələlərə dair mövqe bildirərək İcraiyyə Komitəsinə yeni üzvlərin namizədliyini irəli sürüb, keçirilmiş səsvermə nəticəsində Komitəyə yeni üzvlər qəbul edilib.

Hazırkı iclasda, həmçinin təşkilatın idarəedilməsi ilə bağlı bir sıra vacib məsələlər müzakirə edilib, struktur qurumların fəaliyyəti nəzərdən keçirilərək hesabatlar müzakirə olunmaqla qəbul edilib, həmçinin qurumun təsis sənədlərinə yenidən baxılaraq mühüm dəyişikliklər edilib.

Bununla yanaşı, assosiasiyanın gələcək strategiyası və fəaliyyəti, təşkilatın şəbəkəsinin genişlənməsi, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər müzakirə olunub. Eləcə də iclasda cari il noyabrın 15-18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək assosiasiyanın İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib. Yekunda BPA-nın 32-ci İllik Konfransı və Ümumi Yığıncağının 2027-ci ildə Efiopiyada keçirilməsi barədə ilkin qərar qəbul olunub.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə bir sıra ölkələrin təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi

13:32
26 May

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər kənd təsərrüfatında inkişafı daha da sürətləndirəcək  

12:54
26 May

Keçmiş məcburi köçkün: Demişdim ki, mən Ağdama qonaq kimi yox, birdəfəlik qayıdanda gedəcəyəm 

10:51
26 May

Ağdam sakini: Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür 

10:50
26 May

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

10:49
26 May

Rubio və Lavrov Ukrayna, İran və ABŞ-Rusiya münasibətləri barədə fikir mübadiləsi aparıblar

10:16
26 May

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

10:14
26 May

Rubio: ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması bir neçə gün çəkə bilər

09:51
26 May

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

08:35
26 May

Avropa Parlamenti reallıq hissini çoxdan itirib

08:30
26 May

WUF13-ün tarixi zəfəri

08:27
26 May

WUF13 bir çox ilkə imza atdı

08:25
26 May

Daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

08:20
26 May

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

08:15
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!