26 May 2026 08:45
130
İQTİSADİYYAT
A- A+
"Yaşıl dünya"nın xilaskarları

"Yaşıl dünya"nın xilaskarları


Onlar gələcək nəslə təmiz və sağlam dünya ötürmək üçün çalışırlar


Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları öz peşə bayramlarını qeyd etdilər. Təbiətin qorunması, ekoloji tarazlığın təmin olunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində mühüm və məsuliyyətli missiyanı həyata keçirən ekoloqlar  gələcək nəsillərin "yaşıl Azərbaycan"da yaşamasına xidmət edirlər.

Ekoloqlar ətraf mühitin vəziyyətinə nəzarət edir və təbii sərvətlərin istifadəsini nəzarətdə saxlayırlar. Qanunsuz meşə qırılması, ağacların kəsilməsinə qarşı  mübarizə aparır,  ağacəkmə aksiyaları vasitəsilə meşələrin məhv olmasına yol vermir və bu istiqamətdə  müvafiq proqramlar həyata keçirirlər. Endemik və nəsli kəsilməkdə olan növlərin qorunması üçün xüsusi tədbirlər görür, qoruq ərazilər yaradır, flora və fauna müxtəlifliyini izləyir, ekosistemlərin sağlamlığını təmin etmək üçün  genişmiqyaslı işlər görürlər. Təbiət qoruqlarının yaradılması, təbii parkların qorunması və nadir növlərin mühafizəsi üçün xüsusi layihələr üzərində çalışırlar. Göllərin, çayların, müalicəvi bataqlıqların qorunması üçün layihələri reallaşdırırlar.

Təbii sərvətlər, sözsüz ki, iqtisadiyyatın inkişafı və ekosistemlərin tarazlığının qorunması üçün vacibdir. Bərpaolunan və bərpaolunmayan resurslar arasındakı düzgün balansı qorumaq təbiətin gələcəkdə də var olmasını təmin edəcək yeganə yoldur. Bu səbəbdən ETSN ətraf mühitin mühafizəsi, meşə fondunun qorunması, su və hava ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi, torpaq erroziyasının qarşısının alınması və biomüxtəlifliyin saxlanılması kimi sahələrdə sistemli fəaliyyət göstərir. Qurum Xəzər dənizinin  Azərbaycana  mənsub olan bölməsində təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

2001-ci ilə kimi müxtəlif adlarla fəaliyyət göstərən ETSN ötən 25 ildə bir çox beynəlxalq konvensiyaya qoşularaq, Azərbaycanın qlobal ekoloji təşəbbüslərdə fəal iştirakını təmin edib. Bu dövr ərzində ölkədə ekoloji siyasətin daha sistemli və məqsədyönlü şəkildə formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, təbiətin mühafizəsi və bərpası sahəsində yeni yanaşmalar tətbiq olunub. Meşə fondunun qorunması və bərpası, biomüxtəlifliyin saxlanılması, eləcə də xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, sənaye müəssisələrində ekoloji nəzarətin gücləndirilməsi və ekoloji maarifləndirmə işlərinin genişləndirilməsi də ETSN-nin prioritetlərindəndir. Son illər isə "yaşıl enerji" keçidi, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf istiqamətləri daha da aktuallaşıb və bu sahədə beynəlxalq əməkdaşlıq genişlənib.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyətin qiymətləndirilməsi, təbiətin bərpası sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, burada meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar təşkil edir. İşğala qədər bu ərazilərin 228-230 min hektara yaxını meşə ilə örtülü olub. Təəssüf ki, işğal dövründə meşə sahələri ciddi zərər görüb, böyük hissəsi məqsədli şəkildə məhv edilib və istismar olunub. Nəticədə 54 min hektardan artıq meşə örtüyü tamamilə sıradan çıxarılıb, seyrəldilmiş ərazilər isə minlərlə hektarı əhatə edir.

Bu itkilər nəzərə alınaraq, ETSN tərəfindən Qarabağ və Şərqi Zəngəzurda meşəbərpa işlərinin həyata keçirilməsi əsas vəzifə kimi müəyyən edilib. Eyni zamanda biomüxtəlifliyin qorunması məqsədilə yeni və xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, qoruq və yasaqlıqların bərpası, eləcə də bəzi heyvan növlərinin reintroduksiyası (yenidən təbii mühitə buraxılması) və su bioresurslarının artırılması istiqamətində kompleks tədbirlər görülür.

Bu sahədə görülən işlərin daha geniş mənzərəsini təsəvvür etmək üçün Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salmaq kifayətdir. Belə ki, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların erroziyaya uğramasının və ekosistemin deqradasiyasının qarşısının alınması, eləcə də ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2025-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 7381,3 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib. 

Görülən meşəbərpa tədbirləri ilə yanaşı, ölkədə flora və faunanın qorunması və təkrar istehsalının təmin edilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin də fəaliyyəti diqqətəlayiqdir. Flora və faunanın mühafizəsi, eləcə də  təkrar istehsalı məqsədilə Azərbaycanda ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, 421,4 min hektar sahəni əhatə edən 10 milli park və 350,8 min hektar əraziyə məxsus 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Aydın olur ki, ölkə ərazisinin 10,3 faizi xüsusi mühafizə olunan təbiət ərazilərindən ibarətdir.

Bu rəsmi statistikaya söykənərək, deyə bilərik ki, ekoloqlar  tərəfindən həyata keçirilən ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması tədbirləri iqlim dəyişmələrinin təsirlərini azaltmağa, bu istiqamətdə müsbət nəticələr əldə etməyə kömək edir. ETSN işçiləri "yaşıl infrastruktur"un inkişafına xüsusi önəm verirlər. Özəlliklə də son illər enerji effektivliyini artırmaq, karbon emissiyasını azaltmaq üçün şəhərsalma və infrastruktur layihələrində "yaşıl dam"lar, ağacı bol olan parklardan istifadənin artırılması kimi təşəbbüslər həyata keçirilir.

Ekologiyanı və təbii sərvətləri qoruyan insanların əməyi gələcək dünya üçün  böyük əhəmiyyət kəsb edir. Bu gün təbiətdən gələn səs məhz bu insanların  fədakarlıq nəğməsidir. Onlar "yaşıl dünya"nın xilaskarıdırlar.  Gözlərindəki "yaşıl ümid",  ürəklərindəki "yaşıl arzu" gələcək nəslə sağlam planet ötürməyə stimul verir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

08:35
26 May

Avropa Parlamenti reallıq hissini çoxdan itirib

08:30
26 May

WUF13-ün tarixi zəfəri

08:27
26 May

WUF13 bir çox ilkə imza atdı

08:25
26 May

Daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

08:20
26 May

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

08:15
26 May

Ağdam şəhərinə növbəti köç yola salınıb

08:12
26 May

Regional liderlikdən qlobal aktorluğa 

08:10
26 May

Müstəqilliyimiz güclü və əbədidir

08:05
26 May

Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi 

08:00
26 May

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!