26 May 2026 08:05
215
SİYASƏT
A- A+
Müstəqilliyimiz güclü və əbədidir

Müstəqilliyimiz güclü və əbədidir


"Xalqımız tarix boyunca dəfələrlə yadelli qəsbkarların hücumlarına məruz qalsa da, heç vaxt azadlıq ideallarından geri çəkilməyib və zaman-zaman bu ideallar uğrunda mücadilə aparıb. Bu mücadilələrin məntiqi nəticəsi olaraq Azərbaycan xalqı 28 may 1918-ci ildə öz müstəqilliyini elan edib və milli dövlətini - Azərbaycan Xalq Cümhuriyyətini yaradıb". 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, AXC-nin yaradılması dövlətçilik tariximizdə çox mühüm mərhələni təşkil edir: "Həmin dövrdə yeni dünya nizamı formalaşırdı. Belə bir şəraitdə 1918-ci il mayın 28-də Milli Şuranın Azərbaycanın İstiqlaliyyəti haqqında Bəyannaməni qəbul etməsi xalqımızın azadlıq ideyalarına, dövlətçilik ənənələrinə nə qədər sadiq qaldığının əyani təcəssümü idi. Biz qürur duyuruq ki, müsəlman Şərqində ilk parlamentli respublika qurmuşuq. Azərbaycan Xalq Cümhuriyyəti böyük coğrafiyada demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib, qısa dövr ərzində parlament, milli hökumət yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol  oynayıb. Bura Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, Milli Ordunun yaradılması kimi faktları da əlavə edə bilərik. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Cümhuriyyət bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Himn qəbul olundu, bayraq, gerb təsis edildi. Milli Ordu qurularaq Qafqaz İslam Ordusu ilə birlikdə Bakı bolşevik-daşnak işğalçılarından azad edildi. 1918-ci ilin avqustunda "Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında" qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanması, 1919-cu ilin sentyabrında parlament tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edilməsi böyük nailiyyət idi. Təəssüf ki, AXC-nin ömrü az oldu - cəmi 23 ay mövcudluqdan sonra 1920-ci il aprelin 28-də bolşevik istilası nəticəsində süqut etdi".

Millət vəkilinin sözlərinə görə, sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşatdı və müstəqil dövlətini qurmağa can atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı. Ali Sovet 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Müstəqilliyimizin bərpasında və sonrakı mərhələdə onun qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. "Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndər hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə milli mədəniyyətimizə, ədəbiyyatımıza, dilimizə sonsuz qayğı göstərməklə, soydaşlarımız arasında əlaqələri gücləndirməklə, sənayeni və kənd təsərrüfatını inkişaf etdirməklə, azərbaycanlı gənclərin keçmiş ittifaqın qabaqcıl ali məktəblərində mükəmməl təhsil almalarına şərait yaratmaqla gələcək müstəqilliyimizin iqtisadi və ideoloji təməllərini yaratmışdı.  Tam qətiyyətlə deyə bilərik ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası da Heydər Əliyevin səyləri və cəsarəti sayəsində qədim diyarda - Naxçıvanda qoyulub. Muxtar respublikanın Ali Sovetinin 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə çağırılan sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar verildi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı", - deyə deputat bildirib.

Samir Vəliyev deyib ki, tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da özü yerinə yetirdi. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi  səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-"Müsavat" iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Müstəqilliyimizin, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü ilin  iyununda Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində hadisələr tezliklə müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu və respublikamız sabitliyə, inkişafa istiqamətləndi. Xalq Cümhuriyyətinə hər zaman ehtiramla yanaşan Ulu Öndərimizin "28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur" fikirləri bu reallığı bir daha təsdiqləyir.

Samir Vəliyev qeyd edib ki, Ulu Öndərimizin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına və getdikcə daha da möhkəmlənməsinə güclü təminatdır. Müqayisələr apardıqda aydın şəkildə görünür ki, bəzi ölkələr müstəqilliklərini de-yure bəyan etsələr də, de-fakto forpostdurlar, başqa dövlətlərin dəstəyi olmadan yaşamaq iqtidarında deyillər. Azərbaycanın müstəqilliyi isə real səciyyə daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız zirvələrə yüksəlib. Ölkənin iqtisadi müstəqilliyi tam təmin edilib. Bu gün dünyada elə bir güc mərkəzi yoxdur ki, ölkəmizlə hansısa təzyiq dili ilə danışsın. Azərbaycan tam müstəqil siyasət aparır, dostlarını özü seçir, qərarlarını da Bakıda özü verir.

"Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Bu, müzəffər ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı şanlı qələbələr sayəsində mümkün oldu. Bu zəfərlər son 200 illik tariximizin ən böyük qələbələridir. Bütün bunlar, həmçinin "Böyük qayıdış" proqramının uğurla reallaşdırılması müstəqil Azərbaycanın gücünün və əzminin təntənəsidir!", - deyə deputat vurğulayıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

08:35
26 May

Avropa Parlamenti reallıq hissini çoxdan itirib

08:30
26 May

WUF13-ün tarixi zəfəri

08:27
26 May

WUF13 bir çox ilkə imza atdı

08:25
26 May

Daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

08:20
26 May

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

08:15
26 May

Ağdam şəhərinə növbəti köç yola salınıb

08:12
26 May

Regional liderlikdən qlobal aktorluğa 

08:10
26 May

Müstəqilliyimiz güclü və əbədidir

08:05
26 May

Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi 

08:00
26 May

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!