18 İyun 2025 09:38
1546
COP29
A- A+
Bonnda İyun İqlim Sammitinin gündəliyi təsdiqlənib

Bonnda İyun İqlim Sammitinin gündəliyi təsdiqlənib


Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində sessiyanın gündəliyi tədbirin 2-ci günündə təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, SB62-nin gündəliyi ətrafında razılıq ikigünlük gərgin müzakirələrdən sonra məhz COP29 rəhbərliyinin vasitəçiliyi ilə əldə olunub.

İclası açan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə Köməkçi Orqanının (SBSTA) sədri Adonia Ayebare gündəliyin qəbul olunması istiqamətində ötən gün ərzində gərgin müzakirələrin aparıldığını, ancaq nəticə əldə etməyin mümkün olmadığını qeyd edib. Daha sonra çıxış edən UNFCCC-nin İcra üzrə Köməkçi Orqanın (SBI) sədri Yulia Qardiner gündəliyin qəbulu ilə bağlı yaranmış çıxılmaz vəziyyətdə dövlətlər və qruplarla danışıqlar aparıb konsensus əldə etmək üçün COP29 sədrliyi qismində Azərbaycana müraciət etdiklərini bildirib və danışıqların nəticələri barədə məlumat vermək üçün Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevə söz verib.

Y.Rəfiyev iki gün ərzində aparılan gərgin müzakirələrdən və məsləhətləşmələrdən sonra tərəflərin verdiyi qarşılıqlı güzəştlər əsasında ümumi qəbul edilə biləcək nəticənin əldə olunduğunu diqqətə çatdırıb və nəticələri elan edib.

SBI sədri Yulya Qardiner gündəliyin müxtəlif tərəflər arasında razılaşdırılmasında və qəbulu prosesində həlledici dəstəyinə görə COP29-un baş danışıqçısı Yalçın Rəfiyevə minnətdarlığını ifadə edib.

Yalçın Rəfiyev deyib: “Bu səhərdən etibarən, SB sədrlərinin dəvəti ilə, Azərbaycan COP29-un sədrliyi funksiyasında çıxış edərək, gündəliyin qəbulunda mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə tərəflərlə geniş məsləhətləşmələr apardıq.

Bütün nümayəndə heyətlərinə göstərdikləri konstruktiv yanaşmaya və qarşılıqlı güzəştlərə görə dərin təşəkkürümüzü bildiririk. Məhz bu yanaşma bizə ümumi şəkildə qəbul edilə bilən bir nəticəyə gəlməyə imkan verdi və mən bu nəticəni sizinlə bölüşməkdən məmnunam.

Çoxsaylı intensiv məsləhətləşmələrdən sonra tərəflər aşağıdakı nəticəyə gəliblər. Mən mətni yavaş şəkildə oxuyacağam ki, nümayəndə heyətləri onu dəqiq izləyə bilsin.

Paris Sazişinin 9.1-ci maddəsi ilə bağlı olaraq:

SB62 Gündəlik Maddəsi 2A – Gündəliyin qəbulu bəndinə aşağıdakı məzmunu əks etdirən bir qeyd əlavə ediləcəkdir:

SB və SBSTA sədrləri Paris Sazişinin 9.1-ci maddəsinin həyata keçirilməsi ilə bağlı əsas elementləri nəzərdən keçirmək məqsədilə əhatəli, məzmunlu məsləhətləşmələr aparacaqlar.

SB62 sessiyasında bu məsləhətləşmələrin gedişinə dair qiymətləndirmə aparılacaq və nəticələri SB63 sessiyasında tərəflərin müzakirəsinə təqdim olunacaq. Bu prosesin nəticəsində, məsələnin ayrıca bir gündəlik maddəsi kimi gündəliyə daxil edilməsi də daxil olmaqla, mümkün növbəti addımlar müəyyən ediləcək.

Bu anlaşma müvafiq sessiyanın rəsmi hesabatında əks olunacaqdır.

Birtərəfli tədbirlərlə bağlı olaraq – (Gündəlik maddəsi XX) - əlaqədar nömrə Katibliyin təqdim etdiyi sənəddə – SBI və alt gündəliklərə görə dəyişəcək).

Tərəflər əlavə gündəlik sənədində yer alan bu maddəni gündəlikdən geri çəkməyə razılıq verdilər. Bu, həmin məsələlərin əlaqədar gündəlik maddələri, o cümlədən Ədalətli Keçid üzrə İş Proqramı çərçivəsində müzakirə ediləcəyi anlayışı əsasında həyata keçirilib.

“Ədalətli keçid” gündəliyi ilə bağlı qəbul edilən sənədə bu anlaşmanı əks etdirən paraqrafa istinad edən bir qeyd kimi əlavə ediləcək.

Tərəflərlə aparılmış məsləhətləşmələrə əsasən, Əlavə Gündəlikdəki X gündəliyi üzrə gələcək müzakirələr COP26-nın 3/CMA.5 saylı Qərarında nəzərdə tutulan məsələləri də əhatə edəcəkdir. Bu müzakirələr davam edəcək”, - deyə Yalçın Rəfiyev vurğulayıb.

Sonra ilkin gündəlik ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə Çin, Boliviya, Hindistan, Rusiya, Avropa İttifaqı, Tanzaniya, Səudiyyə Ərəbistanı, Avstraliya, Nigeriya, Malavi, İsveçrə, Almaniya və digər ölkələrin nümayəndələrinin rəy və təklifləri dinlənilib.

BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil 1-ci plenar iclasda çıxış edərək bildirib: “Bəlkə də heç bir ölkə və ya qrup tam olaraq istədiyini əldə etmir, lakin beynəlxalq ictimaiyyət son illərdə hər dəfə müəyyən irəliləyişə mail olub. Eyni zamanda, aydındır ki, daha çox iş görülməli və daha sürətlə hərəkət edilməlidir. Biz dünyaya sübut etməliyik ki, beynəlxalq əməkdaşlıq nəticə verə bilər və bunu indi - gec olmadan etməliyik. Əgər biz COP30-da siyasi iradə ilə həqiqi dəyişiklik əldə etmək istəyiriksə, onda gündəlikdəki bütün əsas məsələlər üzrə ümumi irəliləyiş təmin olunmalıdır. Vaxt tükənir, ona görə, gəlin, birlikdə çalışaq”.

Qeyd edək ki, Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası (SB62) iyunun 26-dək davam edəcək. SB62 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən rəsmi texniki və siyasi işçi sessiyadır. SB62 çərçivəsində iki əsas orqan - Elmi və Texnoloji Yardımçı Orqan (SBSTA) və İcra üzrə Yardımçı Orqan (SBI) fəaliyyət göstərir.

Bonn İyun İqlim Sammiti qlobal iqlim diplomatiyasında növbəti kritik mərhələ kimi qiymətləndirilir. Yaxın iki həftə ərzində davam edəcək görüşlərdə 5 mindən çox hökumət nümayəndəsi və iqlim fəalı bir araya gələrək, həm COP29-un nəticələrini əsas götürəcək, həm də Braziliyada baş tutacaq növbəti böyük iqlim sammiti — COP30 üçün hazırlıq işləri aparacaq.

Bu sessiyanın əsas gündəmi iqlimə uyğunlaşma üçün qlobal hədəflərin göstəricilərinin yekunlaşdırılması, ədalətli enerji keçidi, karbon emissiyalarının azaldılması və ən əsası — “Bakıdan Belemə Yol Xəritəsi” çərçivəsində 1,3 trilyon dollarlıq iqlim maliyyəsinin səfərbər olunmasıdır.

Bu müzakirələrdə Azərbaycan nümayəndə heyəti, o cümlədən COP29 Sədrliyi fəal şəkildə iştirak edir. Diplomatik danışıqlar masasında və xüsusi sərgi korpusunda Azərbaycan nümayəndə heyəti təşəbbüskar mövqe sərgiləyir. SB62-nin gündəliyinin qəbulunda Azərbaycanın həlledici rolu ölkəmizin qlobal iqlim fəaliyyətində böyük nüfuzunun və hörmətinin daha bir göstəricisidir. Azərbaycanın iqlim fəaliyyətində fəal iştirakı BMT-nin aidiyyəti qurumlarının nümayəndələri və müxtəlif ölkələrdən olan iştirakçılar tərəfindən də xüsusi vurğulanmaqdadır.

Xüsusi qeyd etmək lazımdır ki, ötən noyabrda Azərbaycan COP tarixində bir sıra ilklərə imza atdı. İlk növbədə, Paris Sazişinin 6-cı maddəsi – karbon bazarlarının beynəlxalq miqyasda tənzimlənməsi və əməkdaşlıq mexanizmləri Bakı konfransında ciddi irəliləyişlərin əldə olunduğu əsas məsələlərdəndir. Bu, ölkələrin karbon ticarəti və emissiya azaldılmasını beynəlxalq şəkildə koordinasiya etməsinə imkan yaradacaq.

Bundan əlavə, “Bakı İqlim Fəaliyyəti Çərçivəsi” və “Bakı Maliyyə Hədəfi” kimi sənədlər iqlim tədbirlərində praktiki addımların sürətləndirilməsi üçün “Yol Xəritəsi” rolunu oynadı. İnkişaf etməkdə olan ölkələr üçün mühüm əhəmiyyət kəsb edən İtki və Zərər Fondunun işə salınması da məhz COP29 zamanı rəsmiləşdirildi və bu fond artıq real maliyyə öhdəlikləri ilə fəaliyyətə başlayıb.

Bonn görüşləri bu mühüm nailiyyətlərin davamını təmin etməli, COP30-da konkret qərarların qəbuluna zəmin yaratmalıdır. Nəhayət, tədbir iştirakçılarından BMT-nin Davranış Kodeksinə tam əməl olunması tələb olunur. Bu, qarşılıqlı hörmətə, inklüzivliyə və məhsuldar əməkdaşlığa əsaslanan dialoq üçün vacibdir. Bonn danışıqları təkcə texniki hazırlıq mərhələsi deyil, həm də Azərbaycanın qlobal iqlim siyasətində rolunun davamı kimi diqqət mərkəzindədir. COP29-un mirası burada yaşayır və COP30-a gedən yolda əsas istiqamətləri müəyyən edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!