01 May 2022 00:31
2678
SİYASƏT
A- A+
Bizi qələbəyə aparan dualar...

Bizi qələbəyə aparan dualar...

 

Aylar da insanlar kimidir. Öz ömürləri, taleləri olur. Ramazan ayı bəxti mübarək yazılan, xoşbəxt aydır. İnsanların ruhuna, qəlbinə işıq saçan, mənəvi dünyamızı təmizləyən, ruhumuzu paklaşdıran aydır. Ramazan Allahın qüdrətindən pay verib, insanların yoluna nur çilədiyi, Tanrının dörd müqəddəs səmavi kitabını, "Zəbur"u, "İncil"i, "Tövrat"ı və "Quran"ı göndərdiyi aydır. Ramazan xoş niyyət, xoş arzu, xoş dilək ayıdır. Xeyrin şərlə, nəfsin imanla mübarizə aparıb paklaşdığı, imanla iradənin vəhdəti, saflığın kamilliyə, insan ruhunun Tanrıya tapındığı aydır. Ramazan imanın sınağa çəkildiyi, duaların qəbul olunduğu aydır.

İllər idi ki, dilimizdən Qarabağ nidası əskik olmurdu. Dualarımız Qarabağla başlayıb, Qarabağla bitirdi. Möminlərimiz, inanclı insanlarımız haqq işi uğrunda mübarizədə Alladan imdad dilər, illərin Qarabağ həsrətinə son qoyulması üçün Tanrıya dualar edilərdi. Həm də bu duaları təkcə azərbaycanlılar etməzdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri - yəhudilər, ruslar, udilər, bir sözlə, canını vətənimiz Azərbaycan üçün fəda etməyə hazır olan, dinindən, dilindən asılı olmayaraq hər bir namuslu Azərbaycan vətəndaşı öz etiqadı ilə Tanrıya tapınardı.

İşimiz haqq, niyyətimiz hasil olduğu üçün Allah dualarımızı qəbul etdi. Artıq iki ildir ki, niyyətimizdə nisgil, ürəyimizdə həsrət yoxdur. Artıq fərəhlə deyə bilirik ki, bir zamanlar erməni vandallarının dağıdıb viran qoyduqları, xarabazarlığa çevirdikləri yurd yerlərimizdə həyat bərpa olunur. İllərdir insanlığın, təmiz ruhun, müqəddəs niyyətlərin aclığını çəkən ibadətgahlarımıza, müqəddəs məkanlarımıza, tarixi abidələrimizə can verilib, yenidən həyata qaytarılır.

 Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ramazan bayramı münasibətilə xalqa ünvanladığı təbrikdə bir məqam xüsusi olaraq qeyd edilir: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəlir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir".

Ədalət naminə qeyd edək ki, bütün bunlar təkcə möminlərimizin etdikləri duaların hesabına deyil. Eyni zamanda polad iradənin, qətiyyətin, illərdir aparılan düzgün ardıcıl siyasətin, vaxtında qəbul edilmiş qətiyyətli və dürüst qərarların, xalqımızın hakimiyyətlə sarsılmaz birliyinin, Azərbaycan Ordusunun qüdrətinin, dəmir intizamın və bütün bunların sayəsində 44 günlük Zəfər müharibəsində düşmən üzərində çalınan qələbənin məntiqi nəticəsidir.

Hər zaman xalqımızı qələbəyə aparan, bizlərə əsl bayram sevincini yaşadıb Tanrı dərgahına üz tutan Vətən oğullarının unudulmaz xatirəsini əziz tutan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev "Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirələrini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm"  deməklə ovqatlarına bayram ovqatı qatdı.

İnsan gördüyü işlər, xeyirxah əməlləri, xoş niyyəti ilə insan olur. İnsan qazandığını bölməyi bacaranda, başqalarının qəlbini sevindirəndə, yalnız torpaq üstə deyil, qəlblərdə saraylar ucaldanda, özündən imkansızların ürəyində yurd salanda insan olur. Ramazan bölüşməyi bacaran, varından keçib kasıbı, kimsəsizi, imkansızı sevindirə bilən bayram olur. Oruc təkcə mədənin aclığı deyil. Nəfsinə, gözünə-könlünə toxluq verməyi bacaran saf niyyətli insanların bayramıdır. Bu bayramın əsas məntiqi nəticəsi aclığı həyatında yaşayıb, ac qalmağın nə olduğunu öz həyatında hiss edib, yoxsula əl tutmaqla, malından fitrə və zəkat verməklə yekunlaşır. Bəzən insanlarımız sədəqəni mal-mülkün varlığı ilə ölçür. Hesab edirlər ki, sədəqə yalnız maddi nemətlərdən verilə bilər. Müqəddəs kitabımız "Qurani-Kərim"də qeyd edilir ki, "Xoş o adamın halına ki, elmi olub, elmindən sədəqə verə". İnsanların kamilləşməsi üçün deyilən hər söz, edilən hər xoş niyyət özü ən qiymətli sədəqədir.

Ramazan birlik, bərabərlik, xoş niyyət, barış bayramıdır. Ramazan sevgi bayramıdır. Hamımız bu vətənin övladları olduğumuz üçün ilk dualarımız bu vətənə, onun yolunda canlarını fəda edənlərə olmalıdır. Onda nemətimiz bərəkətli, süfrəmiz bol, dualarımız qəbul olar. Bu müqəddəs Ramazan günlərində Tanrı niyyətlərimizi xoş, əməllərimizi saf, orucumuzu qəbul etsin...

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!