14 Noyabr 2026 13:26
633
SİYASƏT
A- A+
Bir gündə 10 təşəbbüs, 10 görüş...

Bir gündə 10 təşəbbüs, 10 görüş...


Dublin sammitində Avropa liderlərinin Bakı ilə dialoq istəyi Azərbaycanın artan geosiyasi çəkisini göstərir


     Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə Toplantısında Azərbaycan diplomatiyası sıx qrafiki ilə seçildi. Prezident İlham Əliyev gün ərzində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, həmçinin Ukrayna, Moldova, Bolqarıstan, Yunanıstan, Çexiya, Rumıniya, Litva, Böyük Britaniya və Ermənistanın dövlət və hökumət başçıları da daxil olmaqla, ümumilikdə 10 ikitərəfli görüş keçirdi. Bu görüşlərin hamısı məhz qarşı tərəflərin müraciəti əsasında reallaşdı. Qitənin fərqli qütblərini təmsil edən liderlərin bir gündə Bakı ilə təmas qurmağa can atması sammitin ən diqqətçəkən mənzərəsinə çevrildi. Çünki enerji təminatından tutmuş yeni ticarət yollarına və regional sabitliyə qədər Avropanı maraqlandıran əsas məsələlərin həlli məhz Bakı ilə əməkdaşlıqdan keçir.

Avropa paytaxtlarının Azərbaycana olan yüksək marağı həm də iqtisadi zərurətdən irəli gəlir. 2022-ci ildə Avropa İttifaqı ilə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumundan sonra Aİ məkanına qaz ixracını 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəldən Azərbaycan, hazırda 10 İttifaq üzvünün enerji təchizatında birbaşa rol oynayır. Bakıdan İtaliyaya uzanan boru kəmərinin tam gücü ilə işləməsi və Yunanıstan-İtaliya istiqamətində ötürücülük qabiliyyətinin 11,2 milyard kubmetrə çatdırılması Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, eləcə də Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldova liderləri ilə görüşlərdə xüsusi vurğulandı. Çünki enerji böhranından sonra Avropa üçün əsas məsələ yalnız resurs tapmaq yox, həm də sözünə sadiq tərəfdaşla işləməkdir.

    Lakin rəsmi Bakının təklifləri yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Gürcüstan, Türkiyə və Bolqarıstanla birgə icra olunan “yaşıl enerji” dəhlizi layihəsi və Naxçıvan dəmir yolu xətti üzrə Aİ-nin qiymətləndirmə prosesini yekunlaşdırmaq üzrə olması Azərbaycanı həm də Orta Dəhlizin əsas logistik qovşağına çevirir. Yəni, ölkəmiz Avropanın həm bugünkü enerji ehtiyaclarını qarşılayır, həm də gələcəyin yaşıl iqtisadiyyatı və ticarət marşrutları üçün əsas körpü rolunu oynayır.

      Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən digər mühüm faktor qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə bir-birinə zidd olan böyük güc mərkəzləri ilə eyni vaxtda qarşılıqlı hörmətə əsaslanan münasibətlər qura bilməsidir.  

Ötən il Çinlə Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, bu ilin fevralında isə ABŞ vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri zamanı iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın qəbul edilməsi və Dublin sammitində Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi bu çevik siyasətin nəticəsidir. Britaniya ilə 30 illik neft-qaz əməkdaşlığının artıq süni intellekt və yüksək texnologiyalar müstəvisinə keçməsi isə Azərbaycana olan uzunmüddətli etimaddan xəbər verir.

Dublin görüşləri həmçinin Cənubi Qafqazdakı yeni reallıqların artıq beynəlxalq gündəmin ayrılmaz hissəsinə çevrildiyini göstərdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın müraciəti əsasında baş tutan görüşdə 2025-ci ilin avqustunda əldə edilmiş Vaşinqton razılaşmaları və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) dəmir yolu və avtomobil yolu komponentlərinin layihələndirilməsi müzakirə edildi. Bu, regionda sülh gündəliyinin artıq müzakirə mərhələsindən praktik icra mərhələsinə keçdiyini təsdiqləyir. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanın göstərdiyi humanitar və enerji avadanlıqları dəstəyinə görə təşəkkür etməsi, rəsmi Kiyevin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq modelini öz ölkəsi üçün nümunə kimi dəyərləndirməsi Bakının həm də postmünaqişə dövründə bərpa təcrübəsi ilə dünyaya töhfə verdiyini göstərir. Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə start verən ölkəmiz “Böyük Qayıdış” Proqramını uğurla reallaşdırır.  

      Cari il ərzində Avropa İttifaqının ali rəsmiləri - Antonio Koşta, Kaya Kallas və Ursula fon der Lyayenin Bakıya ardıcıl səfərləri, Aİ ilə 2026-2030-cu illər üzrə Tərəfdaşlıq Prioritetlərinin razılaşdırılması və nəhayət, Dublin sammitindəki diplomatik fəallıq Azərbaycanın Avropa siyasətindəki yerini daha da möhkəmləndirdi.

Bütün bu proseslərin davamı olaraq 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 12-ci Zirvə toplantısına evsahibliyi etmək hüququnun yekdilliklə Bakıya həvalə olunması xüsusi məna daşıyır. Həmin dövrdə həm də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrlik edəcək Azərbaycan, eyni zamanda Avropanın ən böyük siyasi platformasını qəbul etməklə dünya diplomatiyasında nadir rast gəlinən bir missiyanı yerinə yetirəcək. 

Görünən odur ki, Şərqlə Qərbin, Asiya ilə Avropanın yolları bu gün təkcə coğrafi xəritədə deyil, həm də siyasi qərarların qəbul olunduğu Bakıda kəsişir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!