14 Noyabr 2026 08:35
720
SİYASƏT
A- A+
Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir


Lakin prosesi sona çatdırmaq üçün İrəvan öz öhdəliklərini icra etməli, məsuliyyətdən yayınmamalıdır


Cənubi Qafqaz regiondakı hər bir ölkə üçün ən vacib məsələlərdən biri bölgədə sülh və sabitliyin qorunması, sərhədlərin təhlükəsizliyi və qonşu ölkələr arasında normal iqtisadi-ticari əlaqələrin qurulmasıdır. Qarşılıqlı etimadın yaranması, bölgədə ticarətin canlanması, əməkdaşlığın genişlənməsi birbaşa regionun ümumi inkişafına xidmət edir. Məhz bu səbəbdən Azərbaycan və Ermənistan rəhbərliyi arasında hər bir təmas, atılan praktiki addımlar həm cəmiyyətlər, həm də beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü sülh prosesinin dinamikasını qiymətləndirmək baxımından xüsusi diqqət çəkir. Nüfuzlu beynəlxalq platforma çərçivəsində baş tutan budəfəki görüş tərəflərin dialoqu davam etdirmək və regional gündəliyi irəli aparmaq niyyətini nümayiş etdirir. Tərəflər arasında aparılan müzakirələr  göstərir ki, sülh prosesi konkret infrastruktur, iqtisadi və humanitar istiqamətlər üzrə praktiki müstəviyə keçib. 

Görüş zamanı liderlərin 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparması danışıqların hüquqi-siyasi bazasının qorunduğunu təsdiqləyir. Məhz bu tarixi razılaşmalar Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması üçün əsas yol xəritəsi rolunu oynayır. Vaşinqton sənədlərinə istinad edilməsi əldə olunmuş ilkin siyasi konsensusun konkret hüquqi mexanizmlərlə möhkəmləndirilməsi və yekun sülh müqaviləsinə gedən yolun sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müzakirələrin gündəliyində sülhün möhkəmləndirilməsinə yönəlmiş praktiki addımların, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərinin yer alması prosesin çoxşaxəli xarakter daşıdığını göstərir. Sərhədlərin delimitasiyası dövlətlərin suverenliyi və ərazi bütövlüyünün yerində dəqiqləşdirilməsinə xidmət edirsə, etimad quruculuğu tədbirləri uzun illərin qarşıdurmasından sonra cəmiyyətlər və qurumlar arasında normal ünsiyyət mühitinin formalaşmasına zəmin yaradır. Bu istiqamətlərin paralel şəkildə irəli aparılması sülhün kağız üzərində deyil, real həyatda dayanıqlı olmasını təmin edən əsas amillərdir.

Bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişlərin, xüsusilə onun dəmir yolu və avtomobil yolu hissələrinin planlaşdırılması və layihələndirilməsinin müzakirə edilməsi regional kommunikasiyaların açılması yönündə ciddi mərhələyə keçildiyini sübut edir. TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərinin nəzərdən keçirilməsi Cənubi Qafqazın beynəlxalq nəqliyyat-logistika xəritəsində rolunu əhəmiyyətli dərəcədə artırır. Bu layihələrin reallaşması həm region ölkələrinin tranzit gəlirlərini yüksəldəcək, həm də qlobal ticarət axınlarının təhlükəsiz və sürətli şəkildə hərəkətinə töhfə verəcək.

Ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistanda ümumilikdə 105 min ton yükün daşınması faktının müsbət hal kimi qeyd olunması iqtisadi əməkdaşlığın artıq real nəticələr verdiyini göstərən ən bariz nümunədir. Yüklərin fasiləsiz və təhlükəsiz tranziti nəqliyyat dəhlizlərinin açılmasının hər iki tərəfin iqtisadi maraqlarına tam cavab verdiyini praktikada təsdiqləyir. Bu rəqəmlər qarşılıqlı iqtisadi faydanın siyasi etimadın güclənməsində və regional inteqrasiyanın dərinləşməsində nə qədər təsirli vasitə olduğunu aydın şəkildə ortaya qoyur. 

Tərəflərin iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları çərçivəsində gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələsini müzakirə etməsi enerji təhlükəsizliyi və texniki inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Enerji sistemlərinin sinxronlaşdırılması və elektrik enerjisi mübadiləsi imkanları ölkələr arasında uzunmüddətli iqtisadi əməkdaşlıq körpüləri quraraq regional sabitliyə əlavə təminat yaradır. Belə infrastruktur təşəbbüsləri gələcəkdə Cənubi Qafqazda vahid və rəqabətqabiliyyətli enerji bazarının formalaşması üçün möhkəm bünövrə ola bilər.

Görüşdə ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətinin vurğulanması, eləcə də transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasının alqışlanması ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinin də gündəliyə daxil edildiyini göstərir. Regionun su resurslarının birgə və ədalətli idarə edilməsi kənd təsərrüfatının inkişafı, əhalinin içməli su ilə təminatı və ekoloji tarazlığın qorunması üçün həyati əhəmiyyət kəsb edir. İşçi qrupların fəaliyyətə başlaması mütəxəssislər səviyyəsində mütəmadi koordinasiyanın qurulmasına və ortaq ekoloji problemlərin birgə həllinə şərait yaradır.

Nəticə etibarilə liderlərin sülh prosesində müsbət dinamikanın qorunub saxlanılması və dialoqun davam etdirilməsi barədə ortaq mövqe nümayiş etdirməsi gələcəyə nikbin baxmaq üçün əsas verir. Lakin bu prosesin dönməz xarakter alması konkret əməli addımlardan birbaşa asılıdır. Rəsmi Bakı regionda davamlı sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və yekun sülh müqaviləsinin imzalanması istiqamətində öz qətiyyətli mövqeyini və hazırlığını başdan nümayiş etdirib və üzərinə düşən bütün öhdəliklərə sadiq qalır. İndi əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. 

Regionda tam sabitliyə nail olmaq üçün ilk növbədə İrəvan Vaşinqtondakı razılaşmaları və ikitərəfli danışıqlar çərçivəsində qəbul etdiyi öhdəlikləri ardıcıl şəkildə icra etməli, sülh gündəliyindən yayınmamalı və yekun sazişin imzalanmasını ləngidən bütün hüquqi-siyasi maneələri aradan qaldırmalıdır. Yalnız tərəflərin qarşılıqlı iradəsi və öhdəliklərin tam yerinə yetirilməsi Cənubi Qafqazı əbədi sülh, sabitlik və ortaq rifah məkanına çevirə bilər.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!