14 Noyabr 2026 09:00
761
SİYASƏT
A- A+
Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır


"Azadlıq, bərabərlik, qardaşlıq" şüarını dünyaya bəyan edən Fransada bu gün küçələr yenidən qaynar qazanı xatırladır. Bahalaşmaya, təhsil sistemindəki çatışmazlıqlara və polis zorakılığına etiraz edən yüz minlərlə insan meydanlara axışır. Lakin son ayların aksiyaları kütləviliyi ilə yanaşı, Parisin etirazçılara qarşı tətbiq etdiyi yeni və mübahisəli nəzarət sistemi ilə diqqət çəkir. İndi rəsmi Paris narazı səsləri susdurmaq üçün antiterror qanunvericiliyini işə salıb.

2015-ci ilin noyabrında Parisdə törədilən qanlı terror aktlarından sonra ölkədə fövqəladə vəziyyət elan edilmiş və təhlükəsizlik qüvvələrinə geniş səlahiyyətlər verilmişdi. Həmin dövrün mirası olan və "MICAS" adlanan inzibati nəzarət sistemi, əslində, terrorçuluqda şübhəli bilinən şəxslərin qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Bu qanun Daxili İşlər Nazirliyinə məhkəmə qərarı olmadan belə, "ciddi təhlükəsizlik riski" yaradan şəxslərin hərəkət azadlığını məhdudlaşdırmaq imkanı verir. Lakin bu gün həmin qanunların hədəfində tələbələr, fəallar və ekoloqlar dayanır. Heç bir məhkumluğu olmayan, terrorizmlə yaxından-uzaqdan əlaqəsi təsdiqlənməyən onlarla vətəndaş sadəcə nümayişlərdə iştirak etməsin deyə gündə bir neçə dəfə polis bölməsinə gedib qeydiyyatdan keçməyə məcbur edilir. Qaydanı pozanları isə 3 il həbs və 45 min avro cərimə gözləyir. 2024-cü il Paris Olimpiadası zamanı təhlükəsizlik bəhanəsi ilə 500-dən çox insanı ev dustaqlığına məhkum edən hökumət, görünür, bu "rahat" üsuldan siyasi etirazları boğmaq üçün də yararlanmağa qərar verib.

Hüquqşünaslar və vətəndaş cəmiyyəti təmsilçiləri bu addımı açıq şəkildə hakimiyyətdən sui-istifadə və qanunların təhrif edilməsi adlandırırlar. Vəkil Jan-Batist Sufronun vurğuladığı kimi, qərarlar aksiyalara saatlar qalmış verilir ki, məhkəmələr onlara vaxtında baxa bilməsin. Daxili işlər naziri Loran Nunyes 100-dən çox belə qərar imzaladığını və hədəfdə "xüsusi təhlükəli şəxslərin" olduğunu iddia etsə də, "Le Canard enchaine" nəşri bu iddianı alt-üst edib. Məlum olub ki, siyahıdakıların böyük əksəriyyəti kəşfiyyatın maraq dairəsində belə olmayan şəxslərdir.

Ən maraqlısı isə budur ki, bu prosesdə hüquq-mühafizə orqanlarının kəşfiyyat məlumatlarından daha çox siyasi iradə rol oynayıb. Təşəbbüsün müəllifi kimi ədliyyə naziri Jerald Darmanenin adı hallanır. Vaxtilə ekoloji fəallara "ekoterrorçu" damğası vuran nazir indi də sosial etirazları "üsyan" və "terror təhdidi" kimi təqdim etməyə çalışır. Lakin Paris məhkəməsinin müstəqil hakimi hökumətin bu məntiqini rədd edərək bildirib ki, hakimiyyətə qarşı yönələn hər bir siyasi qəzəb terror aktı sayıla bilməz.

Görünən odur ki, büdcə kəsiri və sosial gərginlik qarşısında aciz qalan Fransa hökuməti panikaya düşərək əlindəki bütün inzibati vasitələrə əl atır. Təkcə üç həftə ərzində aksiyalarda 6800-dən çox insanın saxlanılması və onların 86 faizinin məktəblilər olması vəziyyətin ciddiliyindən xəbər verir. İnsan Haqları Liqasının təmsilçilərinin dediyi kimi, bu mənzərə ölkədə artıq "daimi fövqəladə vəziyyətin" hökm sürdüyünü göstərir. Siyasi müxalifəti və sosial etirazları "terror" anlayışı ilə eyniləşdirmək isə sadəcə vətəndaşların sərbəst toplaşmaq azadlığını əlindən almır, həm də həqiqi terror təhlükəsi ilə mübarizənin mahiyyətini ucuzlaşdırır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!