14 Noyabr 2026 14:41
479
CƏMİYYƏT
A- A+
QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də Oman Sultanlığına səfərə yola düşəcək.

Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şeyxülislam A.Paşazadə noyabrın 15-16-da Omanın paytaxtı Maskat şəhərində baş tutacaq Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək.

Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən təqdim olunmuş “Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı”na həsr olunmuş beynəlxalq platformadır.

Forum BMT-nin Beynəlxalq Tolerantlıq Gününə təsadüf edir. Bu, Maskat Fəaliyyət Planının əsasında dayanan dialoq, qarşılıqlı hörmət, inklüzivlik və dinc birgəyaşayış dəyərlərini bir daha təsdiqləmək üçün münasib fürsətdir. Forum ənənəvi və yerli liderləri, habelə xalqları, dini liderləri, hökumət nümayəndələrini, BMT qurumlarını və sülh quruculuğu sahəsində çalışan mütəxəssisləri bir araya gətirəcək. Burada mədəniyyətlərarası və dinlərarası dialoqun ənənəvi və yerli liderlərin, habelə xalqların öncül rolu və birgə səyləri ilə parçalanmaların aradan qaldırılmasına, sosial həmrəyliyin möhkəmləndirilməsinə, daha dinc və dayanıqlı cəmiyyətlərin qurulmasına töhfələri müzakirə ediləcək.

Şeyxülislam A.Paşazadə Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş yüksəksəviyyəli açılış hissəsində çıxış edəcək. QMİ sədrinin Omanda bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!