21 Sentyabr 2025 09:25
19659
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Yaşadığım məhəllədə uzun illərdir ki, tikinti işi dayandırılmış sahə mövcuddur. Həmin sahənin torpaq qatı qazılmasına baxmayaraq, özülü qoyulmamışdır. Qazılmış bünövrənin kifayət qədər dərin olmasına (10-12 metr) baxmayaraq, tikintini sifariş edən şirkət ("Statistika" MİK) həmin sahəni qoruyucu zona olaraq hasarlamamış, heç bir təhlükəsizlik tədbiri görməmişdir. Bu il martın 27-də avtomobilimi park edərkən torpaq qatının qaçması səbəbindən həmin boşluğa düşmüşəm. Nəticədə nəqliyyat vasitəm tamamilə sıradan çıxmış və özüm ciddi bədən xəsarəti almış, uzun müddət əmək qabiliyyətimi itirmişəm. Bu hal tibbi ekspert rəyi ilə təsdiq olunmaqdadır.  Hadisə ilə bağlı və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanlarına şikayət ünvanlasam da, fakt üzrə cinayət işinin açılması barədə rədd qərarı çıxarılmışdır. Bilmək istəyirəm, həmin qərardan hansı qaydada şikayət edə və hüquqlarımı necə bərpa edə bilərəm? Mənə dəymiş maddi ziyanı, müalicə xərclərini və mənəvi zərəri hansı qaydada tələb etmək mümkündür?


Rüstəm MÜTƏLLİBOV,

Bakı şəhəri


- Sualınızda qaldırılan məsələlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi əsasında tənzimlənir. Məcəllənin 212-ci maddəsinin tələbinə görə, cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda ibtidai araşdırma orqanının səlahiyyətli nümayəndəsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində törədilmiş cinayət haqqında məlumat vermiş fiziki şəxsə göndərilir. Həmin qərardan müvafiq olaraq prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Qeyd olunmalıdır ki, bu halda ən effektiv müdafiə vasitəsi, yəni cinayət işinin başlanılması barədə rədd qərarında  şikayətin məhz məhkəməyə verilməsidir. Bu halda məhkəmə göstərilən qərarı ləğv edir və yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Cinayət prosesini həyata keçirən orqanın rədd qərarından şikayətə onun daxil olduğu andan 10  gün müddətində qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxslərin məhkəmə iclasına gəlməməsi rədd qərarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclasının keçirilməsinə mane olmur. Hakim belə qərarın qanuni və əsaslı olub-olmaması barədə Azərbaycan Respublikasının qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Şikayət edilmiş qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür, şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabeçilik qaydasında yuxarı orqanın rəhbəri təqsirli şəxsin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll edir və şikayət vermiş şəxsə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilir. Hakimin qərarının surəti qərar çıxarıldıqdan sonra 3 (üç) gün müddətində şikayət vermiş şəxsə göndərilir. Əgər məhkəmə sizin şikayətinizi təmin etməsə, həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin məhkəmənin qərarı yekun qərardır və mübahisələndirilə bilməz.

Sizə vurulmuş maddi ziyanla bağlı isə bildiririk ki, məhkəmə nəzarəti qaydasında çıxarılmış məhkəmə qərarı əsasında cinayət işi başlanıldıqdan sonra siz məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an mülki iddia verə bilərsiniz. Yəni siz mülki iddianızı həm ibtidai araşdırma dövründə, həm də məhkəmə baxışı çərçivəsində tərəflərin çıxışı başlanılanadək vermək imkanına maliksiniz. Mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.


- Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətindəyəm və işimi qanunvericiliyin tələblərinə uyğun qurmaq istəyirəm. Xahiş edirəm, sahibkarlıq fəaliyyətinə başlamaq və onun təşkili prosesi barədə ətraflı məlumat verəsiniz.


Gəray CAHANGİRLİ,

Hacıqabul rayonu


- Sualınızla bağlı bildiririk ki, ölkəmizdə fərdi sahibkar, yəni fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdən irəli gələn bir sıra tələblər mövcuddur. Əvvəla, bunun üçün fəaliyyətin hüquqi forması seçilməlidir. Belə ki, əgər fəaliyyət genişhəcmli sahibkarlıq fəaliyyətini əhatə edəcəksə, bu zaman şirkətin təsis edilməsi daha məqsədəuyğundur. Əks halda fiziki şəxs olaraq da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Bunun üçün vergi uçotuna durmaq lazımdır.  Fərdi sahibkar vergi orqanına fiziki şəxsin sahibkarlıq fəaliyyəti üzrə uçota durması üçün ərizə ilə qeydiyyata alınmalıdır. Qeydiyyat onlayn olaraq e-taxes (e-taxes.gov.az) portalı və ya "ASAN" xidmət vasitəsilə mümkündür, hətta elektron imza (ASAN imza və ya digər gücləndirilmiş elektron imza) ilə məsafədən də qeydiyyat edilə bilər. Qeydiyyat dövlət rüsumundan azaddır və adətən 1-2 iş günü müddətində aparılır. Bu zaman qeydiyyat sizin şəxsiyyət vəsiqəniz əsasında həyata keçirilir. Qeydiyyat zamanı  hansı növ vergi ödəyicisi olmağınızdan asılı olaraq vergi növünü seçməlisiniz. Bu, ya sadələşdirilmiş vergi, ya gəlir vergisi və ya əlavə dəyər vergisidir. Bununla bərabər, fəaliyyətə başladıqdan sonra sizin sosial və tibbi sığorta ödənişlərini etməyinizlə bağlı öhdəlikləriniz də yaranır. Vergilər kimi bu sahədə də ödənişlərinizi müvafiq elektron portallar vasitəsilə həyata keçirirsiniz. Əgər sahibarklıq fəaliyyətiniz əczaçılıq, iaşə və sair bu kimi spesifik sahələrlə bağlıdırsa, bu zaman müvafiq lisenziyalar və icazələrin alınması zərurəti yaranacaqdır. Qeyd olunanlarla bərabər, siz VÖEN-inizə bağlı olan bank hesabı da açmalı olacaqsınız. Bundan sonra siz mühasibatlıq işini də qurmalısınız.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!