26 İyun 2026 09:05
4823
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- İcarəyə götürülən torpaqda suvarma sistemi və digər xərcləri kim ödəməlidir, bir torpaq bir neçə nəfərə icarəyə verilə bilərmi və ümumiyyətlə, torpağın təyinatını (məsələn, əkinçilikdən tikintiyə) dəyişmək necə həyata keçirilir?

Bəhram HƏŞİMLİ,

Hacıqabul rayonu



- Sualınız torpaq münasibətlərinə dair üç əsas məsələni əhatə etdiyindən hər birini ayrıca izah etməyi məqsədəuyğun hesab edirik. İlkin olaraq, icarəyə götürülən torpaq sahəsinin suvarma sistemi və digər xərclərinin kim tərəfindən qarşılanması məsələsinə gəlincə, bu hal ilk növbədə tərəflər (icarəyə verən və icarəyə götürən) arasında bağlanmış torpaq sahəsinin icarə müqaviləsi ilə tənzimlənir. Tərəflər bu kimi halları imzaladıqları müqavilədə müəyyən şərtlər kimi müəyyənləşdirə və həyata keçirə bilərlər. Təcrübəyə nəzər yetirsək, adətən, icarə müqaviləsində torpağı yararlı vəziyyətdə təhvil vermək icarəyə verənin, onu qorumaq və cari saxlamaq isə icarəçinin vəzifəsi kimi müəyyən edilir. Odur ki, gələcəkdə bu kimi hallarla üzləşməmək üçün icarə müqaviləsi bağlanan zaman torpağın yararlı vəziyyətə gətirilməsi (suvarma sisteminin quraşdırılması və s.) və müvafiq xərclərin hansı tərəfdən qarşılanması mütləq şəkildə nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.1-ci maddəsinə əsasən, icarəyə verən torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və icarə müddəti ərzində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın.

Həmçinin məcəllənin 708.2-ci maddəsinin tələbinə görə, icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır.

İkincisi, torpaq sahəsinin bir neçə nəfərə icarəyə verilə bilməsi məsələsinə gəlincə, bəli, bu, mümkündür. Lakin burada icarəyə verilmənin fərqli hüquqi formaları mövcud ola bilər. Belə ki, torpaq sahəsinin bir neçə nəfərə icarəyə verilməsi müştərək formada (birgə icarə) ola bilər ki, burada torpaq sahəsi eyni vaxtda vahid bir müqavilə ilə və ya bir-biri ilə uzlaşdırılmış şəkildə bir neçə şəxsə (məsələn, şərikli təsərrüfat quran iki tərəfdaşa və s.) icarəyə verilə bilər. Bu halda hər bir icarəçinin hüquq və vəzifələri, torpaqdan istifadə sərhədləri icarə müqaviləsində dəqiq göstərilməlidir ki, gələcəkdə tərəflər arasında hər hansı bir anlaşılmazlıq yaranmasın. Həmçinin başqa bir forma da mövcuddur ki, burada icarəçi götürdüyü torpağı (və ya onun bir hissəsini) başqa bir şəxsə icarəyə verə bilər. Lakin bunun üçün mütləq şəkildə mülkiyyətçinin yazılı razılığı tələb olunur. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin icazəsi olmadan torpağı başqasına ötürmək müqavilənin ləğvini və zərərin ödənilməsini tələb etmək hüququ yaradır.

Mülki Məcəllənin 712.1.1-ci maddəsinə əsasən, icarəyə verənin razılığı olmadan icarəçi torpağı   üçüncü şəxslərin istifadəsinə verə bilməz. Məcəllənin 712.2-ci maddəsinə görə, əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır.

Üçüncüsü, torpağın təyinatının dəyişdirilməsi məsələsinə gəlincə, Mülki Məcəllənin 712.3-cü maddəsi ilə icarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçi tikinti aparmaq üçün  icarəyə verənin qabaqcadan icazəsini almalıdır. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz oluna bilər. Bu zaman dəyişiklik torpağın rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olmalı və icarəyə verənin qanuni mənafelərinə zidd olmamalıdır. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər. Məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!