15 Avqust 2026 13:09
3066
İQTİSADİYYAT
A- A+
Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  


Azərbaycanda arıçılıq sahəsində müasir yanaşmaların tətbiqi, arı sağlamlığının qorunması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində “Arı xəstəliklərinin idarə edilməsi: müasir çağırışlar və biotəhlükəsizlik” mövzusunda genişmiqyaslı təlim proqramı keçirilir. Proqramın növbəti sahə sessiyası Zaqatala rayonunun Yuxarı Tala kəndinin dağlıq ərazisində Azərbaycanda ilk dəfə “Boz Qafqaz” dağ arılarının genefondunun öyrənilməsi və damazlığının inkişaf etdirilməsi üçün təşkil edilən təcrid zonada davam etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli və beynəlxalq ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin, baytarlıq mütəxəssislərinin və arıçıların iştirak etdiyi sahə təlim-təcrübə sessiyasında arı xəstəliklərinin effektiv idarə olunması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və praktik biliklərin artırılması mövzusu ətrafında praktik və təcrübi mövzularda müzakirələr aparılıb.

Zaqataladan olan arıçı, boz- qafqaz dağ arıları təcrid zonasının layihə rəhbəri Mövləddin Qurbanəliyev iştirakçılara həyata keçirilən işlər barədə məlumat verib. Tarixi mənbələrdə göstərilir ki, “Boz Qafqaz” dağ arı cinsinə ilk dəfə Böyük Qafqazın cənub yamaclarında rast gəlinib və yerli əhali onun balından istifadə edib. Daha sonralar əhali həmin arı ailələrini yaşayış məntəqələrinin yaxınlığına köçürməklə özlərinin əsas qida mənbəyinə çevirib, sonrakı mərhələlərdə isə sataraq ailə gəlirlərini formalaşdırıblar. Bu arının məhsulu keyfiyyətinə və tərkibinin zənginliyinə görə bütün zamanlarda digər arı məmulatlarından fərqlənir.

İqlim, flora və faunasına eləcə də təbii minerallara görə ölkəmizin iqtisadi rayonları arıçılıq üçün əlverişli sayılır. Lakin son illər ölkəmizdə arı ailələrində müşahidə olunan kütləvi xəstəlik və ölüm halları mütəxəssis və tədqiqatçıları ciddi narahat edir.

Arıçılıq üzrə elmi tədqiqatçı Rəfiqə Qazi bildirib ki, son zamanlar Azərbaycanda kütləvi arı itkiləri müşahidə olunur. Bunun bir neçə səbəbi ola bilər ki, arılara mənfi təsir göstərir. Arılarda itkilər olduğu zaman məhsuldarlıq da azalır:”Məsələn, bu il havaların yağıntılı keçdiyini müşahidə edirik ki, iqlim amilinin məhsuldarlığa təsiri az deyil. Yaxud yüksəkdərəcəli quraqlıq dövrü keçən zaman arıların qida ehtiyatları olmadığı üçün gedib çiçək tozu, nektar toplaya bilmədiklərindən bu amil də məhsuldarlığa təsir göstərir və əksər hallarda arılarda problemlər yaşanır”. Tədqiqatçı əlavə edib ki, belə hallarda arı ailələrində zərəvericilər, əsasən də gənələr xəstəliklərə tez yol açır və qarşısını almaqda arıçılar çətinlik çəkirlər.

Beynəlxalq ekspert, professor Mustafa Necati Muz ölkəmizdə arıçılığın inkişafı üçün zəngin flora və fauna olduğunu, lakin bundan səmərəli istifadə etməyin vacibliyinə diqqəti çəkib. Professor bildirib ki, Zaqataldakı “Boz Qafqaz” dağ arı cinsinə məxsus damazlıq təsərrüfatı ilə tanışlıq və burada aparılan tədqiqatlar deməyə əsas verir ki, bu arı növü məhz Azərbaycana məxsusdur. “Azərbaycana gəlməkdə məqsədimiz Azərbaycanın dünya miqyasında olan, ancaq dəyəri hələ də verilməyən saf qanlı, “Boz Qafqaz” dağ arı növünün incəliklərinin araşdırılması və haqq etdiyi dəyərin bütün dünya ilə paylaşılmasıdır. Azərbaycanın bu milli sərvəti bir an öncə gün işığına çıxarılmalı, insanlara bu saf qanlı arının genetik özəllikləri anladılmalıdır”. Ekspert əlavə edib ki, atalarımızdan qalan sadəcə torpaq deyildir, arılar da bizim milli sərvətimizdir və milli sərvətimizi də mütləq qorumaq gərəkdir. “Bu baxımdan, bir an öncə Azərbaycanın bu milli sərvətinin, milli genetik sərvətinin haqq etdiyi yerə gətirilməsi vacibdir”, - deyən professor bu istiqamətdə bütün imkanlarını səfərbər edərək fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə bildirib ki, təlim proqramı arıçılığın dayanıqlı inkişafına, arı ailələrinin sağlamlığının qorunmasına, xəstəliklərin qarşısının alınmasına və müasir biotəhlükəsizlik tədbirlərinin tətbiqinə yönəlib.

Sahə təlim-təcrübə proqramı zamanı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə arıçılıq sahəsində aktual mövzular üzrə fikir mübadiləsi aparılıb. Arı xəstəliklərinin diaqnostikası, müasir mübarizə və profilaktika üsulları, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, xəstəliklərin yayılmasının qarşısının alınması, düzgün baytarlıq yanaşmaları və beynəlxalq təcrübədə istifadə olunan effektiv idarəetmə metodları barədə ətraflı müzakirələr aparılıb, təcrübələr paylaşılıb.

Üç gün davam edən proqram çərçivəsində əldə olunan nəzəri və praktiki biliklərin iştirakçıların gündəlik fəaliyyətində tətbiqi, eləcə də onların öz bölgələrində digər arıçılara biliklərin ötürülməsi, paylaşılması nəzərdə tutulur.

Yuxarı Tala kəndində keçirilən sahə görüşü fermerlərin maarifləndirilməsi, arıçılıqda müasir və elmi əsaslı yanaşmaların təşviqi, xəstəliklərə qarşı effektiv mübarizə mexanizmlərinin təbliği və təsərrüfatlarda biotəhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından faydalı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!