21 Sentyabr 2026 22:47
185
İQTİSADİYYAT
A- A+
“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

Sentyabrın 21-də “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə SOCAR və “ART Zone” incəsənət platformasının birgə həyata keçirdiyi “SOCART” layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şərəfli neftçi peşəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin XX əsrdə Azərbaycanın enerji tarixində ilk uzunmüddətli beynəlxalq neft sazişi olmaqla ölkənin yeni neft strategiyasının təməlini qoyduğunu bildirib. “Prezident İlham Əliyevin həmin strateji kursu yeni dövrün reallıqlarına uyğun davam etdirməsi nəticəsində isə “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadıldı, Azəri-Mərkəzi-Şərqi və AÇG-nin sərbəst qaz layihələri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, 1994-cü ildə verilmiş tarixi qərarın miqyası bir müqavilənin müddətini də, bir əsrin sərhədlərini də aşdı. AÇG XX əsrdə Azərbaycanın yeni neft tarixini başladan, XXI əsrdə isə yeni layihələr və yeni enerji imkanları ilə inkişafını davam etdirən, iki əsri əhatə edən mühüm strateji enerji layihələrindən birinə çevrildi”, - deyə nazir diqqətə çatdırıb.

İyirmi beş il əvvəl Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə təsis edilən Neftçilər Gününün Azərbaycan neftçilərinin çoxillik zəhmətini və neft-qaz sənayesinin keçdiyi şanlı inkişaf yolunu təcəssüm etdirdiyini söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf neftçiləri Dövlət Suverenliyi Günü və peşə bayramı münasibətilə təbrik edib.

Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycanın dayanıqlı inkişafındakı rolundan bəhs edən SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji resurslarından əldə edilən gəlirlərin məqsədyönlü şəkildə ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, müasir infrastrukturun, yeni istehsalat sahələrinin yaradılmasına və rəqabətli insan kapitalının formalaşdırılmasına möhkəm zəmin yaratdığını qeyd edib.

Rövşən Nəcəf çıxışında Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni enerji strategiyasına uyğun olaraq SOCAR-ın beynəlxalq enerji şirkəti kimi mövqeyinin daha da gücləndirilməsi, fəaliyyət coğrafiyasının genişləndirilməsi və investisiya portfelinin şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. SOCAR prezidenti cari ildə “Italiana Petroli” şirkətinin səhmlərinin “API Holding”dən alınması, eləcə də “Baleine” layihəsi üzrə iştirak payının əldə olunması proseslərinin uğurla tamamlandığını deyib. SOCAR prezidenti, həmçinin Özbəkistanın “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi çərçivəsində genişmiqyaslı seysmik kəşfiyyat və qazma işlərinə başlanıldığını, habelə Özbəkistanda SOCAR brendi altında beş yeni yanacaqdoldurma məntəqəsinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə regional prezidenti Cio Kristofoli çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə təbrik edib, bp-nin əməliyyatçısı olduğu nəhəng Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin Azərbaycanın aparıcı enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. O, bu layihələrin təhlükəsiz və uğurlu icrasında əməyi olan bütün neftçilərə, eləcə də Azərbaycan hökumətinə, SOCAR-a və bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra veteran neftçi Eldar Mehdiyev neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub.

Daha sonra “Açıqcalarda yazılan talelər” sənədli filminin tanıtım videoçarxı nümayiş olunub.

Tədbir geniş bədii hissə ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!