20 Dekabr 2024 15:36
232
SİYASƏT
A- A+
Bəhreyn qəzeti Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Bəhreyn qəzeti Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Bəhreyn Krallığının “The Daily Tribune News of Bahrain” qəzetinin 15 dekabr nömrəsində Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyn Krallığındakı səfiri Şahin Abdullayevin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan görkəmli liderin xatirəsini anır” sərlövhəli məqalədə ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi dərin iqtisadi və siyasi problemlərin hökm sürdüyü mürəkkəb və ziddiyyətli dövrdə Heydər Əliyevin xalqın etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi və qısa müddətdə ölkədə sabitliyi bərpa etdiyi və bununla ölkənin gələcək inkişafının əsaslı təməlinin qoyulduğu bildirilir.

Bəhreyn oxucularına Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verən diplomat qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dini azadlıqların təmin olunmasına, ölkədə insanların sülh, əmin-amanlıq şəraitində yaşamasına xüsusi diqqət yetirib.

Məqalədə, həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası otuz il ərzində böyük iqtisadi potensiala malik azad və müstəqil ölkəyə çevrilib, əmin-amanlıq, sabitlik təmin edilib.

Vurğulanıb ki, Heydər Əliyevin prezidentliyi dövründə ölkəmiz balanslaşdırılmış xarici siyasət xətti yürüdüb. Azərbaycanın digər ölkələrlə, o cümlədən ərəb dünyası ilə ikitərəfli əlaqələri möhkəmlənib, beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlər inkişaf edib. Onun 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar açıb və iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair ilk saziş imzalanıb.

Müəllif məqalənin sonunda diqqətə çatdırır ki, Heydər Əliyevin ideyalarını, müdrik siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və öz nüfuzunu daha da artırır. Qeyd olunur ki, Qarabağın işğaldan azad edilməsi ilə bağlı Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi fəaliyyət Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində uğurla nəticələnib və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!