30 Oktyabr 2026 08:45
808
Mədəniyyət
A- A+
Başıbəlalı sözlər

Başıbəlalı sözlər


Dilin zənginliyi xalqın tarixinin qədimliyindən, mənəvi dünyasının zənginliyindən, müdrikliyindən xəbər verir. O da doğrudur ki, zamanla dilə müxtəlif terminlər, sözlər əlavə olunur. Bu da qanunauyğun prosesdir. Bir şərtlə ki, o qrammatik qaydalara, deyim formasına, həyat tərzimizə uyğun olsun. 

Azərbaycan dilinin qrammatikasında omonimlər yer alır. Daha dəqiq desək, leksik omonimlər. Məsələn, alma, çəkmə, qaz və s. bunların ikinci mənası da var. Yəni deyilişə və yazılışa görə sözün çalarını müəyyənləşdirə bilirik. Bir də var antonimlər. Yəni sözün əksinin yazılışı. Amma sonradan yaranan bəzi sözlər ikibaşlı olsa da, heç bir dil qaydalarına uyğun gəlmir və nəinki dilimizin zənginliyinə, onun bəsitləşməsinə xidmət edir. Götürək "hörmət" sözünü. Amma bu sözün ikinci mənası daha populyardır. Rüşvət verərkən onu "hörmət" sözü ilə pərdələyirlər. "Hörmətini etmişəm", "hörmətindən çıxaram" və s. 

"Ayıb deyilmi", əgər bu söz işlədilirsə, mütləq onun içində bir kələk gizlənir.  "Xala" sözünü lap pis günə qoyublar. İkinci mənası birinci mənasının doğmalığını, səmimiyyətini elə günə qoyub ki, el arasında bir söz var ey, lap yanıb-yaxılırsan. "Xala" sözünü utancverici bir kəlməyə çeviriblər. Hələ ona "ka" artırıb eləyiblər "xalaşka". Ən acınacaqlı günə "müəllim" sözü qalıb. Müqəddəs, əziz, hamının həyatından keçən bu kəlmə az qala yavaş-yavaş öz mahiyyətini itirmək üzrədir. Çünki onu bir müraciət forması kimi gülünc günə qoyublar. Sosial platformada, sosial verilişlərdə bunu daha aydın görürük. Heç bir təhsili (yəni ali, pedaqoji) olmayana "müəllim" deyə müraciət olunur. Amma məsələnin digər tərəfi də var. Dilimizdə kişi cinsindən olanlara müraciət forması yoxdur. Əmi, dayı, qardaş və s. bəzən yerinə düşmür. Amma bu o demək deyil ki, ən müqəddəs sözlərimizdən biri olan "müəllim" sözünü abırdan salaq. 

Dilimiz bu günümüz, sabahımızdır! Bu işlə məşğul olan, işi birbaşa dilimizə xidmət etməkdən ibarət olan təşkilatlar bunu görmürlər?! Latın dili qədim bir dildir. Heç bir ölkədə ana dili kimi danışılmır. Ölü dil sayılsa da, elm, tibb və hüquqda yenə də işlənir. Bax dilimiz belə olmalıdır. Əsrlərlə cilalanıb gələn bu sözlərə nə yabançı qoşmalar, nə lağ, nə də lazımsız əks mənalar qoşulmamalıdır. Bu hər birimizin vətəndaşlıq borcudur.  Mənim də, sənin də, onun da!  


Rəfiqə SADIQOVA,

yazıçı-jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!