10 Fevral 2025 22:19
295
SİYASƏT
A- A+
Bakıda İranın milli bayramı qeyd olunub  

Bakıda İranın milli bayramı qeyd olunub  


Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan ölkəsinin inqilabdan ötən 46 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar qazanıldığını vurğulayıb. Bildirib ki, İran Azərbaycanın COP29-a ev sahibliyi etməsini, eləcə də Azərbaycanın D8 qrupuna üzv seçilməsini dəstəkləyib. Bu, iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsidir.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev qeyd edib ki, bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Bununla yanaşı, bir çox istiqamətlərdə - iqtisadiyyat, nəqliyyat, ticarət, investisiya, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.

Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub  

10:59
20 Mart

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

10:57
20 Mart

KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir

09:20
20 Mart

Novruz bayramı rənglər dünyasında

09:15
20 Mart

Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi

09:10
20 Mart

Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü

09:05
20 Mart

İrəvan çıxılmaz durumdadır

09:00
20 Mart

Zəfər coşqulu Novruz

08:55
20 Mart

Ermənistan sülh prosesinə təxribatla cavab verir

08:50
20 Mart

Ermənistan sülhlə yox, odla oynayır

08:45
20 Mart

Hayastana etibar yoxdur

08:40
20 Mart

Novruz ənənələrində hər bölgənin izi var

08:35
20 Mart

Ağdamda bayram tonqalları şölələndi

08:30
20 Mart

Tərtərdə bayram sevinci yaşandı

08:25
20 Mart

Maskalar yırtılır, həqiqətlər üzə çıxır

08:20
20 Mart

Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiqli sonu

08:15
20 Mart

USAID casus şəbəkəsi ifşa olundu

08:10
20 Mart

USAID ABŞ ilə etibarsız əməkdaşlıq imici formalaşdırırdı 

08:05
20 Mart

Son 5 ilin Novruzu

08:00
20 Mart

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 

01:51
20 Mart

"Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında

01:50
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!