13 Noyabr 2026 08:20
410
Mədəniyyət
A- A+
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub


Filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib


Noyabrın 12-də Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri və filmin yaradıcı heyəti iştirak ediblər.

Qonaqlar əvvəlcə filmin mövzusunu, minatəmizləmə fəaliyyətini və bu sahədə çalışan qadınların gündəlik həyatını əks etdirən sərgi ilə tanış olublar.

Filmin nümayişindən əvvəl çıxış edən hərbi jurnalist Heydər Mirzə mina təhlükəsinin Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olduğunu vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinin əhəmiyyətindən, bu prosesdə iştirak edən insanların həyata keçirdikləri missiyadan danışıb.

Qeyd olunub ki, 2021-ci ildə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olublar. Bu faciə mina təhlükəsinin hərbçilər, mülki şəxslər və jurnalistlər üçün nə dərəcədə ciddi təhdid yaratdığını bir daha nümayiş etdirib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında bildirib ki, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 444 nəfər mina qurbanı olub, onlardan 73-ü həyatını itirib. O qeyd edib ki, aparılan təhlillərə əsasən, mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib. Bu fakt işğaldan azad edilmiş ərazilərin nizamsız şəkildə minalandığını göstərir.

Vüqar Süleymanovun sözlərinə görə, hazırda azad edilmiş ərazilərin 11 min 667 kvadratkilometri mina və digər partlayıcı sursatlarla çirklənmə baxımından şübhəli ərazilər kateqoriyasına daxildir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev çıxışında filmin mina probleminin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdəki mövcud mina təhlükəsi yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətində qalmalı olan ciddi humanitar problemdir. Belə ekran əsərləri həm bu təhlükənin miqyasını göstərir, həm də mina təmizləyən insanların, xüsusilə qadınların fədakarlığını və gündəlik mübarizəsini geniş auditoriyaya çatdırır. Sonra qonaqlar "Sükut içində addımlar" tammetrajlı sənədli filmini izləyiblər.

Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupdur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli, riskli bir işlə məşğul olsalar da, evdə hər şeyi unudub bir ana, bir həyat yoldaşı kimi sevdiklərinin yanında olurlar.

Ekran əsərinin artıq ilk uğurları da var. Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində filmin ilk dünya premyerası keçirilib. Burada film "Ən yaxşı təsvir həlli" mükafatına layiq görülüb. 

Film sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı "Modern Times Review" platformasında da yer alıb. Xarici auditoriya bu beynəlxalq platformadan da film haqqında ətraflı məlumat ala bilər.  Bununla yanaşı, ekran əsəri Polşanın Qdınya şəhərində keçirilən və Avropanın nüfuzlu kino platformalarından biri olan NNW Beynəlxalq Film Festivalında "Münsiflər heyətinin xüsusi qeydi" mükafatı ilə təltif edilib, Rumıniyada keçirilmiş "Astra Film Festivalı"nda beynəlxalq ictimaiyyətə təqdim olunub.

Bu uğurlar "Sükut içində addımlar"ın ("Steps in Silence") davamlı şəkildə beynəlxalq auditoriya qarşısına çıxmasına və filmdə əks olunan mühüm hekayənin daha geniş coğrafiyada izləyicilərə çatmasına yeni imkanlar yaradır. Nizami Kino Mərkəzindəki təqdimat zamanı film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin ssenari müəllifi Fariz Əhmədov və quruluşçu operatoru Mateuş Çuxnovski çıxışlarında ekran əsərinin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə baş prodüser, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva başda olmaqla, layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, "Drygas Film Production" və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, həmprodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.

Xatırladaq ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq yarandığı ilk gündən Bakı Media Mərkəzi üçün böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz" və "Şuşa, sən azadsan!", "Tağıyev" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.

"Sükut içində addımlar" filminin treylerini aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=EE9l5z_QahQ


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!