12 Fevral 2025 08:20
379
SİYASƏT
A- A+
"Azərbaycanla müharibə etmək Ermənistan üçün faciə olar"

"Azərbaycanla müharibə etmək Ermənistan üçün faciə olar"


"Ermənistanın baş naziri Nikol Paşinyan yenə köhnə ampluasındadır. O, ikibaşlı oyun oynamaqla məşğuldur. Paşinyanın ABŞ-yə təxminən 7 günlük səfərinin iki günü "fəal" keçib. O, özünü "sülhsevər göyərçin" kimi göstərməyə çalışıb. ABŞ-nin Tramp Administrasiyasının Cənubi Qafqaza ən böyük dəstəyinin regiona sülh gətirilməsinə töhfə verməsi olduğunu qeyd edib. Sülhdə bu qədər maraqlı olduğu fonu yaradıb, bununla Prezident Donald Trampın diqqətini cəlb etmək istəyib. Ancaq bu arzusu da gözündə qalıb". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elman Nəsirov deyib. O bildirib ki, ABŞ Prezidenti onu heç qəbul da etməyib, yüksəksəviyyəli görüşlər də baş tutmayıb. Paşinyan diasporla görüşündə də təəccüblü və sensasion fikir səsləndirib. O deyib ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistanın müstəqilliyi və suverenliyi üçün imkanlar yaradır. 

Deputatın sözlərinə görə, Ermənistan və rəhbərliyi indi diasporun da yuxusuna haram qatan fikir səsləndirir. Diasporun gecə-gündüz fəaliyyəti, maliyyə resursları məhz "miatsum" ideologiyasının müdafiəsinə yönəlirdi. İndi isə Paşinyan onları məyus edib. "Yeri gəlmişkən, Paşinyan başqa bir maraqlı fikir də səsləndirib. O bildirib ki, ATƏT-in Minsk qrupunun buraxılmasına etiraz etmir. Aİ missiyası Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya olunan hissələrində yerləşdirilməyə bilər. İlk baxışdan diqqəti cəlb edən fikirdir, ancaq burada ciddi bir məsələ var. Belə ki, ABŞ-nin köhnə administrasiyası ilə imzaladığı strateji tərəfdaşlıq sazişinə görə Ermənistanda Amerikanın hərbi təmsilçiliyi də genişləndiriləcək. Bu, özündə hərbi komponenti ehtiva edir. Xüsusilə də bu, İran, Türkiyə sərhədlərinə Amerikanın məhdud hərbi kontingentinin gəlişini təmin edə bilər", - deyə deputat əlavə edib. 

Deputat bildirib ki, digər tərəfdən Ermənistan sülhdən danışarkən Fransadan hücum silahları alır. Həmçinin məlum oldu ki, Ermənistan müdafiə naziri Hindistana səfər edib və iki ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Məlumdur ki, Ermənistan Hindistanın ən çox silah satdığı üçlüyə daxil olan ölkədir. Eyni zamanda o da sirr deyil ki, 2024-2025-ci maliyyə ili üçün Ermənistan Hindistandan 600 milyon dollarlıq hərbi silah-sursat almaq üzrə razılıq əldə edib. Onun böyük hissəsi artıq Ermənistana çatdırılıb. 

E.Nəsirov vurğulayıb ki, sülhdən danışan Paşinyan 2025-ci ilin dövlət büdcəsində hərbi xərcləri 70 faiz artırıb: "O xərcləri 1,7 milyard dollara çatdırıb. Bu, onun "sülh göyərçini" olmadığını, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını təsdiqləyir və Ermənistanın ciddi şəkildə müharibəyə hazırlaşdığını göstərir. Azərbaycan prosesləri diqqətlə izləyir. Prezident İlham Əliyev bu məsələlərlə bağlı dəfələrlə mövqeyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistana silah verənlər onları geri alsınlar və bu sahədə imzaladıqları müqavilələri ləğv etsinlər. Çünki bu silahlanma müharibəyə aparır. Müharibə olsa, bu, Ermənistanın sonunun başlanğıcı olacaq. 1,9 milyard dollarlıq hərbi büdcəsi ilə Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü. İndi isə bizim hərbi büdcəmiz 5 milyard dollara çatıb. Nikol Paşinyan papağını qarşısına qoyub düşünməlidir ki, Azərbaycanla hərb yolunu seçmək Ermənistan üçün hansı faciələrə gətirib çıxara bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!