19 İyun 2025 08:20
393
İQTİSADİYYAT
A- A+
Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tamhüquqlu üzv oldu 

Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tamhüquqlu üzv oldu 


İyunun 15-i və 16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Təqdirəlayiq haldır ki, Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrliyin Azərbaycana keçdiyi 2025-ci ildə Macarıstanın bu təşkilata tamhüquqlu üzv qəbul edilməsi məsələsinə baxılıb.

İyunun 16-da keçirilən İdarə Heyətinin növbədənkənar iclasında Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, fondun icraçı direktoru Ramil Babayev, Türk Ticarət və Sənaye Palataları Birliyinin fəxri prezidenti, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu, Türk Ticarət və Sənaye Palataları Birliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagi, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının prezidenti  Temir Sarıyev, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Davron Vaxabov, Türkmənistan Ticarət və Sənaye Palatasının sədri Mergen Qurdov, Qazaxıstanın "Atameken" Milli Ticarət Palatası sədrinin məsləhətçisi Kanat Akın, Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin İcraçı direktoru Balaj Hendrix iştirak ediblər. 

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari türk dövlətləri üçün imkanlara və çağırışlara diqqət çəkərək Macarıstanı türk dövlətləri üçün Avropaya açılan qapı kimi qiymətləndirib. O, ticarət sahəsində əməkdaşlıq potensialını, birgə iqtisadi komissiyalarda kənd təsərrüfatı və logistika da daxil olmaqla müxtəlif sektorlar üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda Türk İnvestisiya Fonduna (TIF) qoşulmaq səylərinin Macarıstanın iqtisadi əlaqələrin genişləndirilməsinə sadiqliyini nümayiş etdirdiyini bildirib. 

Daha sonra çıxış edən Türk Ticarət və Sənaye Palataları Birliyinin fəxri prezidenti, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu iştirakçıları Dünya Palatalar Federasiyası və türk iş adamları adından salamlayaraq, üzv palataları ticarət müharibələri, iqlim böhranları kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün birliyi gücləndirməyə və süni intellekt, logistika və enerji sahələrində imkanlardan istifadə etməyə çağırıb. 

Türk Ticarət və Sənaye Palataları Birliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qədim macar türk torpaqlarında keçirilən bu tədbirin də əməkdaşlıqda yeni imkanlar açmağa, gücləri birləşdirməyə və uğurlara nail olmağa yeni bir töhfə verəcəyinə inandığını söyləyib. 

O bildirib ki, 2024-cü ilin yekunlarına görə Türk Dövlətlər Təşkilatının üzv dövlətlərində ÜDM-in həcmi 2 trilyon 112 milyard, ticarət dövriyyəsi 1 trilyon 174 milyard dollar təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizi, əhalisinin 

3 faizə qədəri, qlobal ticarət dövriyyəsinin 3,5 faizi üzv ölkələrin payına düşür. Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib. Bu artım rəqəmləri təkcə türk dövlətlərinin iqtisadiyyatların dayanıqlığını deyil, həm də onların qlobal iqtisadi sistemə artan inteqrasiyasını göstərir.

Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagi, Türk Ticarət və Sənaye Palataları Birliyi üzvlərinin təkcə tərəfdaşlar kimi deyil, ortaq ambisiyaların və dinamik, gələcəyə baxışların birləşdiyi bir ailə kimi bir araya gəldiyini vurğulayıb. E.Nagi görüşün biznesyönümlü əməkdaşlığın qurulması, kiçik və orta biznesin dəstəklənməsi, peşə təhsilinin inkişafı və üzv ölkələrin şirkətlərini stimullaşdırmaq üçün kapital proqramlarının işə salınması, eyni zamanda bilik mübadiləsi, qarşılıqlı etimad və sarsılmaz qardaşlıq bağı vasitəsilə əlaqələri gücləndirmək istiqamətində önəmindən danışıb.  

Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev Macarıstan Palatasının tərəfdaşlıqların qurulmasında fəal iştirak etməsindən şad olduğunu, bu il fond və TCCI arasında Anlaşma Memorandumunun imzalandığını vurğulayıb. O, memorandumun Türk İnvestisiya Fonduna türk ölkələrindəki müəssisələrin real ehtiyaclarına daha yaxın olmağa kömək edəcəyini, Türk İnvestisiya Fondunun əsas işinin dəyər yaradan layihələri maliyyələşdirmək olduğunu qeyd edib. B.Amreyev Macarıstanın türk dünyası ilə Avropa arasında mühüm körpü rolu oynadığını bildirib.

ASK Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva türk dünyasında qadın sahibkarları birləşdirmək, gücləndirmək səylərindən bəhs edərək, əməkdaşlığın gücləndirilməsi üçün öz təkliflərini irəli sürüb. Dinamik platforma - bilik və imkanları bölüşmək üçün hibrid forumlar, illik sammitlər və rəqəmsal şəbəkələrin, məqsədli əməkdaşlıqlar - moda, kənd təsərrüfatı, turizm, texnologiya və sənətkarlıq (e-ticarət) sahələrində birgə müəssisələrin yaradılması, ideyaları fəaliyyətə çevirmək üçün inkubatorlar, hakatonlar və təlim proqramlarının təşkili, hər üzv dövlətdə koordinatorun seçilməsi ilə şəbəkənin yaradılması ideyalarını səsləndirib. 

Sonda üzv palataların yekdilliklə səs verməsi ilə Macarıstan Ticarət və Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinə tamhüquqlu üzv qəbul edilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Budapeştə rəsmi səfər çərçivəsində macar folklorunun mühüm simvolu olan möcüzəli maral heykəlinin açılışında iştirak edib. Macarıstan Mərkəzi Bankının rəhbəri Mixali Varqa konfederasiya prezidenti Məmməd Musayev ilə görüşərək, Asiyadan gələn macarların Karpat hövzəsinin fəthi zamanı bu simvolu özləri ilə gətirdiklərini qeyd edib, möcüzəli maralı Asiya ilə Avropa arasında ölkənin mədəni irsinin və kimliyinin bir hissəsi olan "körpü" adlandırıb.

Heykəlin açılışında çıxış edən Türk Ticarət və Sənaye Palataları Birliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev türk dövlətlərini artıq yalnız tarixi bağların deyil, həm də iqtisadi və ticarət əlaqələrinin sıx birləşdirdiyini qeyd edib.

Bu səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində həmçinin ASK Baş katibi Ziya Hacılı, ASK prezidentinin Baş məsləhətçisi Adil Qurbanov, ASK İdarə Heyətinin üzvü, "Fəxrəddin-K" MMC-nin icraçı direktoru Fəxrəddin Baxışov, ASK Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, ASK Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin müdiri Afət Məmmədova, "Scandens Pharmaceutical Industries" MMC-nin Kommersiya direktoru Aygün Musayeva, şirkətin PR mütəxəssisi Xeyransa Əhmədova təmsil olunublar.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!