25 Aprel 2025 09:48
385
CƏMİYYƏT
A- A+
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib  

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib  


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn formatda görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.

Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut qeyd edib ki, kənd təsərrüfatı iki ölkə arasında əsas əməkdaşlıq istiqamətlərindən biridir. O, Rusiya tərəfinin Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, biznes subyektləri və iş adamları arasında işgüzar əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Oksana Lut, eyni zamanda, Rusiyanın Azərbaycanın taxıl məhsullarına olan tələbatını tam qarşılamağa hazır olduğunu qeyd edib. O, may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfər edəcəyini bildirib. Rusiyalı nazir balıqçılıq da daxil olmaqla, kənd təsərrüfatının digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, bu istiqamətdə böyük potensial mövcuddur. O, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında aktiv iştirakına görə xanım Oksana Luta təşəkkür edib, Rusiya şirkətlərini gələn ay Bakıda keçiriləcək və Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” sərgisində fəal iştiraka çağırıb.

Görüş zamanı tərəflər kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Rusiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramlarının həyata keçirilməsi, bitki seleksiyası və toxumçuluqda yeni texnologiya və metodların tətbiqi, heyvan xəstəliklərinə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib, bu istiqamətdə əlaqələrin genişləndirilməsi məqsədilə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!