16 İyun 2026 10:47
212
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb


Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə Monqolustanın Yol və Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Siyasətinin Əlaqələndirilməsi Departamenti arasında beynəlxalq avtomobil daşımaları sahəsində tarixdə ilk ikitərəfli görüş keçirilib.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və milli daşıyıcıların nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycan və Monqolustan arasında beynəlxalq avtomobil yük daşımalarının mövcud vəziyyəti, tranzit potensialı, əməkdaşlığın genişləndirilməsi və daşıyıcıların qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda beynəlxalq yük daşımalarının inkişafına təkan verəcək mühüm razılaşmalar əldə olunub. Qərara əsasən, 2026-cı il üçün əlavə olaraq ikitərəfli daşımalar üzrə 2000, tranzit daşımalar üzrə 250, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 400 icazə blankının mübadiləsi həyata keçiriləcək.

Bununla yanaşı, 2027-ci il üzrə ilkin icazə kvotası ikitərəfli daşımalar üçün 2000, tranzit daşımalar üçün 250, üçüncü ölkəyə/ölkədən daşımalar üçün 450 ədəd müəyyən edilib. Beləliklə, iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı mübadilə olunan icazə blanklarının sayı əvvəlki dövrlə müqayisədə 10 dəfə artırılıb.

Tərəflər, həmçinin cari və növbəti illər ərzində daşıyıcıların icazə blanklarına olan tələbatının tam təmin ediləcəyini bildiriblər.

Görüş çərçivəsində icazə blanklarının mübadiləsi və istifadəsinin elektronlaşdırılması istiqamətində də mühüm razılıq əldə olunub. Bu məqsədlə birgə texniki işçi qrupunun yaradılması və iyulun 1-dən layihə üzrə işlərə başlanılması planlaşdırılır.

Elektron sistemin tətbiqi icazələrin əldə olunması və istifadəsi prosesini sadələşdirəcək, əməliyyat xərclərini və vaxt itkilərini azaldacaq, daşımaların daha şəffaf və operativ həyata keçirilməsinə imkan yaradacaq.

Beynəlxalq yük daşımaları zamanı yaranan məsələlərin operativ həlli üçün aidiyyəti qurumlar arasında birbaşa və çevik əlaqələndirmə mexanizminin tətbiqi barədə də razılığa gəlinib.

Keçirilən görüş Azərbaycanla Monqolustan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsinə, beynəlxalq yük daşımalarının həcminin artırılmasına və daşıyıcılar üçün daha əlverişli fəaliyyət mühitinin formalaşdırılmasına xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

12:43
16 İyun

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

12:42
16 İyun

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

12:41
16 İyun

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

12:40
16 İyun

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

12:39
16 İyun

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

12:38
16 İyun

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

12:38
16 İyun

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

12:37
16 İyun

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır  

12:36
16 İyun

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

12:35
16 İyun

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır  

12:34
16 İyun

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

12:33
16 İyun

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

12:32
16 İyun

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur  

12:32
16 İyun

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

12:31
16 İyun

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

12:30
16 İyun

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib  

12:09
16 İyun

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir  

12:08
16 İyun

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir  

12:07
16 İyun

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

12:06
16 İyun

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb  

11:58
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!