23 Avqust 2024 08:10
1226
SİYASƏT
A- A+
Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalar yaradır

Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalar yaradır

 

Rusiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün hər zaman mühüm məsələlərdən olub. Rusiya regionun ən böyük ölkələrindən biridir, Azərbaycan bu ölkə ilə tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi çoxqütblü dünya nizamında xüsusi rol oynayır.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi yüksəksəviyyəli görüş və müzakirələr ölkəmizin regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasətinin nailiyyətlərini, bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini növbəti dəfə göstərdi.
Son onilliklər ərzində Azərbaycan və Rusiya münasibətlərinin uğurunu təmin edən əsas amillərdən biri budur ki, ölkələrimiz arasında əlaqələr dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurularaq inkişaf etdirilməkdədir. Ona görə də Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətləri mövcuddur, dövlətlərarası dialoq yüksək səviyyədədir.

 

Böyük ticarət tərəfdaşı

 

Ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri kimi Rusiya Azərbaycanın istehsal etdiyi bir çox məhsul üçün böyük ənənəvi istehlak məkanıdır. Eyni zamanda Azərbaycanla iqtisadi-ticari əməkdaşlıq Rusiya üçün də xüsusi önəm daşıyır. Bunu nəzərə alaraq, mövcud imkanlardan qarşılıqlı şəkildə faydalanmaq, ticarət proseslərini daha da asanlaşdırmaq üçün son illər gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşımaların həcminin artırılması və digər bu kimi mühüm istiqamətlərdə ardıcıl addımlar atılır. Bu tədbirlərin müsbət effekti statistik göstəricilərdə də öz əksini tapmaqdadır. Belə ki, təkcə 2017-ci illə müqayisədə 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard dollara çatıb. Bu ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar olub. 
İki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib və 2024-cü ildə daha yüksək nəticə gözlənilir. 
İqtisadi-ticari əlaqələrdə sənaye, kənd təsərrüfatı, turizm və tranzit axınının, yük daşımalarının həcminin artması xüsusilə mühümdür. Eyni zamanda burada məxsusi vurğulanmalı bir məqam da var: Azərbaycan Rusiya ilə münasibətlərdə beynəlxalq normaların tələblərinə yüksək həssaslıqla əməl edir, qlobal əməkdaşlıq mühitindəki etibarlı tərəfdaş imicini hər zaman qoruyub saxlayır. Rusiyaya qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaların müəyyən etdiyi çərçivələri, bəzi məhsulların ixracı ilə bağlı məhdudiyyətləri nəzərə alır. Bu baxımdan Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin yüksəlməsi hər hansı kənar amillərə deyil, məhz iki ölkənin mövcud potensialına əsaslanır. Bu, Azərbaycanı Rusiya ilə ticarət dinamikasını beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına yüksəldən Ermənistandan fərqləndirir. 

 

Azərbaycan regionun əsas logistika mərkəzinə çevrilir

 

Rusiya Prezidentinin Bakıya səfəri zamanı ən çox diqqət yönələn məsələlərdən biri də ölkələrimiz arasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq perspektivləri oldu. Belə bir dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətinin azaldılmasıdır. Azərbaycan son onilliklərdə qurduğu mükəmməl nəqliyyat infrastrukturu, logistika mərkəzləri ilə bu dəhlizin reallaşmasında, effektiv şəkildə işlənməsində çox mühüm rol oynayır. Bu dəhlizin potensialından layihəyə qoşulmuş başqa dövlətlər kimi birgə istifadə, bu istiqamətdə əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərində mühüm əhəmiyyət kəsb edir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və digər bu kimi məsələlərlə bağlı konkret layihələr var və onlar ardıcıl şəkildə icra olunaraq Azərbaycanla Rusiya arasında nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivlərinə işıq salır. 
Azərbaycan digər qlobal və regional əhəmiyyətli iqtisadi layihələrdə olduğu kimi, bu layihə üzrə də üzərinə düşən öhdəlikləri qısa müddət ərzində yüksək səviyyədə yerinə yetirib. "Şimal-Cənub" nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində həm dəmir yolu, həm də avtomobil yolu marşrutları ilə bağlı işlər tam yekunlaşıb. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bu barədə bildirdi: "Deməliyəm ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər".
Müasir tarixi reallıqlar dövründə bu dəhliz layihədə iştirak edən ölkələr və ümumilikdə beynəlxalq iqtisadiyyat üçün strateji önəm daşıyır. Dünyada mövcud olan qlobal nəqliyyat dəhlizləri arasında bu dəhlizin xüsusi yeri var və zaman keçdikcə  "Şimal-Cənub" marşrutunun oynadığı rol daha da güclənəcəkdir. 
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuata verdikləri bəyanatlarda humanitar əməkdaşlıq sahəsinə də xüsusi diqqət yetirilir. Qeyd olunub ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Bir sözlə, humanitar əlaqələr fəal şəkildə genişlənir. İyun ayında  Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri oldu. Rusiya Prezidentinin bəyanatında xüsusi vurğulandı ki, Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir. 
Geniş tərkibdə görüş əsnasında müzakirə olunan məsələlərdən biri də Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü idi. Azərbaycan rəhbərliyi tərəfindən bu ideya dəstəklənib. Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır. Rusiya Prezidenti bildirdi ki, xoş ənənəyə uyğun olaraq, azərbaycanlı dostlarımızı sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət edirik.

 

Müstəqil siyasətin uğurları

 

Rusiya ilə əməkdaşlıq nümunəsi də göstərir ki, Azərbaycan müstəqil siyasətini uğurla davam etdirir, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığın inkişafına nail ola bilir. Bu gün Azərbaycan çox az sayda ölkələrdəndir ki, eyni zamanda həm Qərb ölkələri ilə, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələrə, qarşılıqlı faydalar yaradan münasibətlərə malikdir. Azərbaycan həm sürətlə inkişaf edən 5 ölkədən ibarət qrupun - Braziliyanın, Rusiyanın, Hindistanın, Çinin, Cənubi Afrika Respublikasının yaratdığı BRİKS təşkilatının fəaliyyətində, eləcə də ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və digər aparıcı Qərb institutları ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Eyni zamanda ölkəmiz Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi hər hansı hərbi-siyasi platformalardan kənar durmağı bacarır.
Azərbaycan münaqişə edən ölkələrə münasibətdə də neytrallığını, obyektivliyini qoruyur. Bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü prinsipi, ədalət meyarları əsasında həllinin tərəfdarı kimi çıxış edir. Ölkəmizin hazırda həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərə malik olması Azərbaycan rəhbərliyinin belə məsələlərdə yüksək diplomatik məharətlə davranmasına nümunədir. Bu mövqe beynəlxalq səviyyədə də təqdir olunur və Azərbaycan kimi ölkələrin, cənab İlham Əliyev kimi liderlərin varlığı bir çox halda münasibətlərin nizama salınmasında böyük fayda verir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Təklif ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirilib. 
Azərbaycanın müasir dünya nizamındakı bu əhəmiyyətli rolunu şərtləndirən amil həm də ondan ibarətdir ki, ölkəmizlə tərəfdaşlıq edən bütün dövlətlər, qurumlar, liderlər Prezident İlham Əliyevə güvənirlər. Sözünə də imzası qədər dəyər verən Azərbaycan Liderinin öz prinsiplərinə, ölkəmizin qarşılıqlı razılaşmalara, etibarlı tərəfdaş imicinə nə qədər sadiqliyinin fərqindədirlər. Ona görə də hər kəs Azərbaycanla tərəfdaşlığa əminliklə maraq göstərir, bu münasibətlərdən, əməkdaşlıqdan qarşılıqlı şəkildə faydalanmağa çalşır.   

 

Dialoq məkanı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu siyasəti, şəxsi nüfuzu, səriştəsi, vəziyyətləri fürsətlərə çevirmək qabiliyyəti, regionda maraqlı olan dövlətlərlə, o cümlədən Rusiya ilə qurulmuş düzgün münasibətlər  sayəsində Azərbaycanı son əsrlərin ən böyük strateji hədəfinə çatdırdı. Xalqımız uzun illərdən bəri qarşımızda duran tarixi vəzifələrin həllinə nail oldu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Hazırda ukraynalı ekspertlərin də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirmələri, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd etmələri, bunu yüksək qiymətləndirmələri reallıqdır. 
Bu gün Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində həm Rusiya, həm də Ukrayna ilə xoş münasibətlərə malik ölkə kimi Azərbaycanın imkanlarından istifadə olunması istisna deyil. Bütün dünyada dialoq məkanı kimi tanınan Azərbaycan bununla daha bir münaqişənin, insan itkilərinin, dağıntıların başa çatmasına töhfə verə bilər.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!