08 Aprel 2025 00:51
1388
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə   704 (Cild I); 2024, № 3, maddə 262, № 7, maddə 827) ilə təsdiq edilmiş "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissənin on dördüncü abzası on beşinci abzas hesab olunsun və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

"dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin layihələrinə rəy bildirir;".

2. 6-cı hissə üzrə:

2.1. birinci abzasın ikinci cümləsi çıxarılsın;

2.2. ikinci abzasa "tərkibini" sözündən sonra "(sədrini və üzvlərini)" sözləri əlavə edilsin.

3. 8-ci və 9-cu hissələr aşağıdakı redaksiyada verilsin:

"8. İdarələrarası Komissiyanın sədri:

İdarələrarası Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

İdarələrarası Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;

İdarələrarası Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

İdarələrarası Komissiyanın qərarlarını, iclas protokollarını və İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

İdarələrarası Komissiyaya daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür; 

dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;

İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;

müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri  analitik-tədqiqat işlərinin aparılması üçün cəlb edir;

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Katibliyin rəhbərini, Katiblik rəhbərinin təqdimatı əsasında Katibliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

Katibliyin fəaliyyətinə nəzarət edir;

işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, fərqlənən işçiləri İdarələrarası Komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;

qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir.

9. İdarələrarası Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir.

Növbədənkənar iclaslar İdarələrarası Komissiya sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər. 

İdarələrarası Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri yazılı surətdə təqdim edilə bilər.

İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, İdarələrarası Komissiya sədrinin səsi həlledici hesab edilir.

İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir.".

4. 11-ci hissə ləğv edilsin.

5. 12-ci hissədə "əsaslar əsasında" sözləri "əsaslarla" sözü ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!