09 Avqust 2026 15:06
2075
SİYASƏT
A- A+
“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov ilə görüşü iki ölkənin ortaq tarixi-mədəni köklər üzərində yüksələn qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdi. 

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri eyni zamanda ölkəmizin türk dünyasının mənəvi birliyinə,  inteqrasiyasına verdiyi önəmin və güclü dəstəyin növbəti vacib təzahürüdür.

Dövlət səfərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycan ilə Qırğızıstanın mədəni-humanitar əməkdaşlığının möhkəmləndirilməsinə, xalqlarımızın qədim ənənələrinin yaşadılmasına  dövlətimizin xüsusi münasibətini əks etdirir”.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva açıqlamasında deyib.

Millət vəkili iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının əhəmiyyətindən söz açıb.  O, səfər zamanı keçirilən birgə mətbuat bəyanatında Azərbaycan Prezidentinin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" sözlərini xatırladıb.

Günay Əfəndiyeva səfərin məhsuldar gündəliyini, qarşılıqlı iş birliyinin genişləndirilməsinə dair yekun nəticələrini yüksək dəyərləndirib: “Müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika, maliyyə, rəqəmsal təhlükəsizlik sahələrini əhatə edən çoxsaylı sənədlər mübadilə olundu. Artıq əlaqələrimiz regional səviyyədə inkişaf edəcək”. 

Deputat Qırğızıstanın türk dünyasının tarixi-mədəni irsində önəmli yerə sahib olduğunu vurğulayaraq, qeyd edib: “Qırğızıstan türk xalqlarının qəhrəmanlıq ruhunu yaşadan "Manas"ın Vətənidir. Böyük yazıçı Çingiz Aytmatovu türk dünyasına və bütün bəşəriyyətə bəxş edən torpaqdır. Qırğızıstanın incisi İssık-Kul əsrlər boyu ümumtürk sivilizasiyasının qədim mərkəzlərindən biri olub”. 

Millət vəkili ölkəmizin ilk müstəqillik illərində Qırğızıstanla əlaqələrindən söz açıb. O, Ümumilli Lider Heydər Əliyevin türk dünyasının ortaq gələcəyinə hesablanmış uzaqgörən siyasətini, nəhəng fəaliyyətini vurğulayaraq, bildirib: “Ulu Öndər Heydər Əliyev 1995-ci ildə Bişkekə səfər edərək, “Manas” dastanının minillik yubiley mərasimində iştirak etmişdir. Tədbirdəki çıxışı zamanı Ulu Öndər hərzamankı zəngin, dərin məzmunlu nitqi ilə Azərbaycan–Qırğızıstan dostluğunun tarixi və mənəvi əsaslarına diqqət çəkmişdir”.

Son illərdə iki dövlətin mədəni-humanitar əlaqələrinin möhkəmləndirilməsi yönündə əhəmiyyətli addımların atıldığını qeyd edən Günay Əfəndiyeva bildirib: “Ölkələrimizdə ənənəvi şəkildə təşkil olunan qarşılıqlı mədəniyyət günləri Azərbaycan və qırğız xalqları arasında mənəvi bağları daha da gücləndirir. Həmrəyliyimizin ən gözəl nümunələrindən biri kimi Ağdamda Qırğızıstanın dəstəyi ilə məktəb tikilib. Bakıda Çingiz Aytmatovun abidəsi ucaldılıb, onun adını daşıyan park salınıb. Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkı yaradılıb.

İndi isə gözəl İssık-Kulun sahilində Azərbaycan tərəfindən inşa olunan və zəngin irsimizi əks etdirən "Bakı" oteli fəaliyyətə başlayır. Bütün bu təşəbbüslər Azərbaycan və qırğız xalqlarının bir-birinə daha da doğmalaşmasına, ortaq dəyərlər ətrafında daha sıx birləşməsinə imkan yaradır.

Səfər zamanı Şuşa ilə Çolpon-Ata şəhərlərinin qardaşlıq münasibətlərinin yaradılmasına diqqət çəkən Günay Əfəndiyeva bildirib: “Çolpon-Ata İssık-Kulun sahilində yerləşir və Türk Dünyasının ən gözəl şəhərlərindəndir. Mən orada dəfələrlə olmuşam. Şəhərin ev sahibliyi etdiyi Türk Dünyasını birləşdirən müxtəlif beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən 2016-cı ildə II Dünya Köçəri Oyunlarında, 2018-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə Görüşündə, 2022-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 11-ci plenar iclasında iştirak etmişəm. Şəhər təbii mənzərəsi, dağları, ab-havası ilə insanı heyran edir.  Təsadüfi deyil ki, Cıdır düzü, İsa bulağı ilə, sıldırım qayaları, çəmənləri, meşələri ilə öz ziyarətçilərini valeh edən bizim gözəl Şuşamız Çolpon-Ata ilə qardaşlaşır. Hər iki şəhər həm öz təbiəti, həm də mədəni mühiti ilə seçilir. 

Çox şadam ki, digər qədim tarixi şəhərlərimizin, o cümlədən Qəbələ ilə Karakolun, Gəncə ilə Oşun da qardaşlıq əlaqələri qurulur”.

Deputat bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə təqdim etdiyi I dərəcəli "Manas" ordeni, eyni zamanda Azərbaycan Prezidentinin Sadır Japarovu "Heydər Əliyev" ordeni ilə təltif etməsi dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin siyasi ifadəsi kimi böyük əhəmiyyət daşıyır.

Günay Əfəndiyeva Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşünün keçirilməsinə diqqət çəkərək, bildirib ki, “Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin yürütdüyü ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində ölkəmiz ilə Mərkəzi Asiya arasında yeni strateji körpülər qurulub. Keçən il Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın ilk dəfə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi təmsil olunması tarixi hadisə idi. “Mərkəzi Asiya + Azərbaycan” formatının artıq özünü doğrultduğunu görürük. Bu, yeni olsa da, çoxtərəfli əməkdaşlıq, həmçinin, gələcək üçün böyük perspektivlər vəd edən bir platformadır. 

 “Bu baxımdan Azərbaycan–Qırğızıstan tərəfdaşlığı həm də regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”, - deyə millət vəkili vurğulayıb.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!