11 Sentyabr 2026 18:15
1472
Mədəniyyət
A- A+
Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?


AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.

GPS və elektron naviqasiya sistemləri meydana çıxmazdan çox əvvəl dənizçilər açıq dənizdə öz yerlərini Günəşə, ulduzlara və üfüqə əsaslanaraq müəyyən edirdilər. Onlara bu işdə kömək edən cihazlardan biri XVIII əsrə aid və hazırda “Suraxanı” gəmi-muzeyində nümayiş etdirilən Devis kvadrantı olub.

Devis kvadrantından səma cisimlərinin, ilk növbədə isə Günəşin üfüq üzərindəki hündürlüyünü ölçmək üçün istifadə olunurdu. Əldə olunan məlumatlar əsasında dənizçilər coğrafi enliyi müəyyənləşdirə və gəminin dənizdəki yerini dəqiqləşdirə bilirdilər.

Nümayiş etdirilən eksponat günümüzədək qorunub saxlanılan iki Devis kvadrantından biridir. Digəri Böyük Britaniyanın Qrinviç şəhərindəki Milli Dəniz Muzeyində saxlanılır.

Cihazın xüsusiyyəti ondan ibarət idi ki, dənizçi birbaşa Günəşə baxmalı olmurdu. O, Günəşə arxasını çevirərək kvadrantın xüsusi konstruksiyasının köməyi ilə ölçmə aparır, səma cisminin mövqeyini üfüq xətti ilə üst-üstə salırdı. Belə prinsip açıq dəniz şəraitində xüsusilə əhəmiyyətli idi, çünki naviqasiya hesablamalarının dəqiqliyi həlledici rol oynaya bilərdi.

Bu tip cihazın yaradılması XVI əsrin sonunda onu hazırlamış ingilis dənizçi və naviqator Con Devisin adı ilə bağlıdır. XVII–XVIII əsrlərdə Devis kvadrantı geniş yayılaraq dəniz naviqasiyasının mühüm alətlərindən birinə çevrilib. Sonralar onu tədricən daha dəqiq cihazlar – oktantlar və sekstantlar əvəz edib.

“Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və kommunikasiya” zalında nümayiş etdirilən eksponat 1740-cı ildə Niderlandda hazırlanıb. Cihaz fil sümüyündən, dəmir və armud ağacından, dəmirdən və misdən hazırlanmış elementlərdən ibarətdir. Onun ölçüləri 36,5 × 63,5 santimetrdir. Tərtibatında ulduzlar və kral zanbağı formasında dekorativ motivlərdən istifadə olunub.

Eksponatın öz tarixçəsi də diqqətəlayiqdir. Onun üzərində uzun müddət istifadə edildiyini göstərən izlər qorunub saxlanılıb: üfüqi lələk orijinaldır, göz və kölgə hissələrinin ayrı-ayrı bölmələrinin dəmir örtüyü isə daha sonrakı dövrə, ehtimal ki, XIX və ya XX əsrə aiddir. Bu, cihazın ayrı-ayrı detallarının zaman keçdikcə dəyişdirildiyini göstərir.

Bu gün Devis kvadrantı keçmişdə dənizçiliyin səmanı müşahidə etməklə nə qədər sıx bağlı olduğunu görməyə imkan verir. Müasir insan üçün gəminin yeri və istiqaməti elektron sistemlər vasitəsilə demək olar ki, ani şəkildə müəyyən edilir, bir vaxtlar isə dənizçiyə bunun üçün Günəş, üfüq və dəqiq ölçü cihazı lazım idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!