03 Fevral 2026 15:49
1196
Elm və texnika
A- A+
Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  


Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib. Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Hadisə yerində püskürmənin miqyasını qiymətləndirmək məqsədilə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları – baş elmi işçi, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, həmçinin mühəndislər Elmar Səmədov və Orxan Mehdiyev tədqiqatlar aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən olunub ki, püskürmənin aktiv fazası qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi yaranıb.

Tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən olunub ki, yer səthinə atılan palçığın orta qalınlığı təxminən 0,9 metr, ümumi yayılma sahəsi isə 14 hektar təşkil edir. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 kubmetr həcmində qiymətləndirilir. Püskürmə hadisəsi vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət olunub, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar formalaşıb.

Bu hadisə Durandağ vulkanının 7-ci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş verib.

Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə, püskürmə nəticəsində yer səthinə çıxarılan süxur nümunələrinin laborator şəraitdə analitik tədqiqatları aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanın xarici işlər naziri Azərbaycana qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı narahatlığını ifadə edib  

16:44
05 Mart

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür  

16:16
05 Mart

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib  

16:11
05 Mart

Səudiyyə Ərəbistanı XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını kəskin şəkildə qınayıb  

15:01
05 Mart

Qətər XİN Naxçıvan aeroportunun İran PUA-ları ilə hədəf alınmasını qətiyyətlə pisləyib

14:59
05 Mart

BMT yeni qaçqın dalğası təhlükəsi ilə bağlı xəbərdarlıq edib

14:53
05 Mart

WUF13 çərçivəsində “Təmiz Şəhər” ASC ilə memorandum imzalanıb  

14:52
05 Mart

Dövlət dəstəyi alan mebel ustası: Yeni avadanlıqlar işimizin sürətini və keyfiyyətini artırıb 

14:39
05 Mart

İrandan Azərbaycan vasitəsilə təxliyə - müxtəlif ölkələrin 17 vətəndaşı sərhədi keçib 

14:38
05 Mart

Vladimir Putin: Rusiya Avropaya enerji tədarükünü dayandıra və onu Asiyaya yönəldə bilər  

14:32
05 Mart

Nazir: Azərbaycanın ərazisinə qarşı hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır  

14:23
05 Mart

Böyük Qayıdış: 346 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:22
05 Mart

Naxçıvan xəstəxanası: Dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib 

14:21
05 Mart

Avropa İran ətrafında gərginlik fonunda qaz çatışmazlığı ilə üzləşir

14:18
05 Mart

Azərbaycanın Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına üzvlüyü ilə bağlı proses tamamlanır

14:03
05 Mart

Sabah hava əsasən yağmursuz olacaq, temperatur yüksələcək

13:49
05 Mart

Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları - FOTOLAR

13:48
05 Mart

XİN: İran tərəfindən bu məsələyə aydınlıq gətirilməsini, izahat verməsini tələb edirik

13:47
05 Mart

Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti barədə RƏSMİ AÇIQLAMA 

13:37
05 Mart

Müdafiə Nazirliyi: İran silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyirik 

13:33
05 Mart

Dövlət Vergi Xidmətinin rəisi: Aktiv vergi ödəyicilərinin sayı 860 minə çatır

13:25
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!