15 Aprel 2026 08:45
980
Səhiyyə
A- A+
"Reklam həkim"

"Reklam həkim"


Azərbaycan xalqı hər zaman həkimlərə böyük etimad göstərib, onları mənəvi keyfiyyətlərinə görə yüksək qiymətləndirib. Həkim adı sağlamlıqdan savayı bilik, savad, etika və fədakarlığın simvolu kimi qəbul olunub. Çünki o, xəstəni yalnız müalicə etmir, həm də ona ümid və inam verir. Məhz fədakarlıq və əxlaqi məsuliyyət, necə deyərlər, ömürlərə ömür calayan bu peşə sahiblərini cəmiyyət qarşısında nüfuzlu və şərəfli edir.

Lakin son illər həmin nüfuzun  xeyli  zədələndiyini görürük. Səbəb televiziya verilişlərində, xüsusən də adlarını "sosial" qoyan proqramlarda  həkimlərə  geninə-boluna meydan verilməsidir. Onlar bir çox halda bu cür şoulara, yəni tamaşalara biliklərini paylaşmaq və tibbi  maarifləndirmə məqsədilə deyil, pasiyent (bəlkə də müştəri) cəlb etmək üçün çıxırlar. Bu da təbii ki, həkimin peşəkar nüfuzuna xələl gətirir və o, cəmiyyətin gözündə etibarını azaldır. Ona görə  də bu cür verilişlərdə həkimlərdən istifadə olunması ayrıca diqqət çəkir.

Nə yazıq ki, bir müddət əvvəl haqlı olaraq ARB  kanalında fəaliyyətləri dayandırılan "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur",  ATV-də yayımlanan "Bizimləsən" və "Rəngarəng" kimi ziyanlı verilişlər həm də və daha çox həkimlərin hesabına geniş izləyici auditoriyasına malik idi. İnsanlar buradakı həkimlərin qəbuluna düşmək üçün günlərlə, həftələrlə telekanalların qapısında gözləməli olurdular. O ayrı mövzu ki, həmin verilişlərə düşmək də əzab və işgəncə idi. Dərdinə dərman axtaranların kimisinin bəxti gətirirdi, kimisi də ekspertlər vasitəsilə həmin həkimlərin qəbuluna düşə bilirdi. "Həkim, səni deyib gəlmişəm" deyə onun  qarşısına çıxan xəstə üçün bu, bir ümid, bir çıxış yolu idi. Lakin verilişin formatı, sensasiya məqsədli təqdimatı, eləcə də müzakirə olunacaq mövzunun həftələrlə, aylarla uzadılması səbəbindən həkim  özü etik və praktiki çətinliklərlə üzləşir, verilişin formatına  uyğun  şou göstərməli olurdu. Məsələnin daha bir ağrılı tərəfi o olurdu ki, həkim bəzən müxtəlif məsələlərə münasibət bildirərək ekspert qismində çıxış edirdi və bu "ekspert rəyi" çox vaxt verilişin "dramaturji xətti"nə uyğun olurdu. Bu zaman ağ xalatın simvolizə etdiyi peşə etikası ilə mavi ekranın tələb etdiyi reytinq oyunu arasında ciddi ziddiyyət yaranırdı. Həkim bir tərəfdən qarşısında "səni deyib gəlmişəm" ümidi ilə dayanan insanın etibarını doğrultmağa çalışır, digər tərəfdən isə verilişin ssenarisinə uyğun emosional, şişirdilmiş reaksiyalar verməyə məcbur olurdu. Nəticədə tibbi maarifləndirmə kölgədə qalır, həkimlik peşəsinin nüfuzu şou elementlərinin içində tədricən aşınmağa başlayırdı. Müğənni belə verilişlərlə toy tutduğu kimi, həkim də xəstə toplayırdı. Amma bu "toplama" artıq bilik və təcrübədən çox efir üçün hazırlanan səhnə kimi görünür, verilişin ucuz və məzmunsuz formatına uyğun şouya çevrilirdi. Qısası, bu verilişlər milli-mənəvi dəyərləri tapdalayır, cəmiyyətin gözləntilərini, ənənələrini və etik normalarını görməzdən gəldiyi üçün sosial layihədən çox şou xarakteri daşıyırdı. Həkimlərin bu ucuz şou proqramlarında birbaşa iştirak etməsi isə həm peşə məsuliyyətindən uzaqlaşmaq, həm də pasiyent qazanmaq istəyindən irəli gəlirdi. 

Buna baxmayaraq, əlacı kəsilmiş insanlar  həkimin hər sözünü diqqətlə dinləyir, ondan həyatını dəyişəcək bir çıxış yolu gözləyirdilər. Həkimlər isə bu insanlara "təcrübə dovşanı" kimi baxır, onları ekran üçün "nümayiş obyekti" olaraq qəbul edirdilər. Pulsuz müalicə adı altında aparılan bu təqdimatlar, əslində, həm ciddi tibbi prosesləri sadələşdirir, həm də peşəkar etikanı zədələyirdi. Xəstələr ümidlə gəlirdi, amma verilişin  tempi, sensasiya və reytinq məqsədi bu ümidləri çox zaman puça çıxarırdı. 

Məsələ ondadır ki, həmin verilişlərdə sözün birbaşa mənasında reklam olunan həkimlərə müraciət edən sadə, imkansız, aztəminatlı insanlar onlara az qala pir kimi baxırdılar. Bəli,  "reklam" sözünü əbəs yerə işlətmədik. Çünki 2-3 saatlıq verilişin yarısı kardioloq, onkoloq, ginekoloq, uroloq, oftolmoloq, pulmanoloq və digər "uzman"ların  reklamına həsr olunurdu. Aparıcılar həkimi elə təqdim edirdilər ki, guya onlar çox peşəkar, az qala əlçatmaz loğmandırlar. Amma reallıq tam fərqli mənzərəni diktə edirdi: həkim bu cür verilişlərə xəstələrin dərdlərini həll etmək deyil, tamaşaçıların diqqətini çəkmək və verilişin reytinqini artırmaq üçün çıxırdı. Verilişdə iştirak edən "reklam həkim" real tibbi yardımı ilə deyil, şou performansı ilə yadda qalırdı.  Ona  görə də toplumun elmli, savadlı kəsimi ekrandan boy göstərən bu həkimlərə inanmırdı. Bu gün də insanlar arasında belə  deyim formlaşıb: əgər həkim özünü reklam edirsə, deməli, yaxşı həkim deyil. Savadlı həkim televiziyada görünməyə həvəs göstərməz, sakitcə başını aşağı salıb işi ilə məşğul olar. 

Hələ bu harasıdır? Həkimlər öz adları ilə yanaşı, fəaliyyət göstərdikləri səhiyyə müəssisələrini, qəbul saatlarını, ödəniləcək vəsaitin məbləğini də ekrandan səsləndirirdilər, baxmayaraq ki, artıq neçə zamandır ölkəmizdə mülkiyyət formasından asılı olmayaraq bütün klinikalarda icbari tibbi sığorta tətbiq olunur. Yeri gəlmişkən, həkimlərin bir çox halda aparıcıları özləri ilə regionlara aparması hansı mətləbdən xəbər verir? Gün kimi aydındır ki, aparıcının şəxsi marağı, həkimlərlə ortaq olması onları bu addımı atmağa sövq edir. Proses təkcə tibbi xidmətin təqdimatı deyil, eyni zamanda qarşılıqlı maraqların olduğu bir əməkdaşlıq xarakteri daşıyırdı. Sadalanan bu neqativ hallar digər məsuliyyətli, savadlı həkimlərin peşə nüfuzunu zədələyir və cəmiyyətin onlara olan etimadını sarsıdırdı. Onların illərlə formalaşmış nüfuzu bu cür  şouların kölgəsində qalırdı. Səriştəsizliklərini məharətlə maskalayan, estetik cərrahiyyənin elmindən xəbərsiz "plastik cərrahlar"ın belə tamaşalarda iştirakı isə ziddiyyəti bir qədər də dərinləşdirirdi. Bu, tamaşaçını cəlb etdiyi qədər də heyrətləndirirdi. Və hər kəsi  bir sual narahat edirdi: "Həqiqətən bu insanlar savadlı və peşəkar cərrahlardır, yoxsa, sadəcə, efir vasitəsilə müştəri toplamağa çalışırlar?". Əslində, bu cür yollarla  özünə "müştəri toplayan" saxtakarları tanıyanlar da var idi. Amma efirə əlləri çatmırdı ki, onların kimliyini xalqa söyləsin. 

Nə yaxşı ki, "sosial" yarlığı ilə efirdə şou göstərən bu cür verilişlərin fəaliyyəti dayandırıldı. Çünki belə getsəydi, bu xəmir hələ çox su aparacaqdı. O verilişlər cəmiyyəti zəhərləyir, gənclərin və yeniyetmələrin dünyagörüşünü, əxlaqi dəyərlərini pozurdu. İnsanlarda zahiri görünüşə, ilğım və cazibəyə aldanmaq vərdişi formalaşdırır, əsl peşəkarlıq və biliyin qiymətini ucuzlaşdırırdı. Həkimlərin bu cür səviyyəsiz şoularda dəyərdən düşməsi illərlə davam etsə də, "ziyanın yarısından qayıtmaq da faydalıdır"  prinsipinə söykənərək indi bir qədər sevinmək olar. Həmin sosial şouların bağlanması, ümumiyyətlə, bir çox müsbət nəticə ilə yanaşı, tibbin və səhiyyənin nüfuzunun bərpasına və həkimlərin peşəkar dəyərinin yenidən tanınmasına da xidmət edir. 

Bütün bu reallıq fonunda ortaya çıxan sual isə budur: səhiyyə sisteminə rəhbərlik edənlər bu vəziyyətə niyə göz yumublar? İllərlə davam edən bu hal Səhiyyə Nazirliyini, TƏBİB-i, həmin həkimlərin çalışdıqları klinikaların rəhbərliyini  doğrudanmı narahat etməyib? Niyə bu qədər susqunluq hökm sürüb, həkim peşəsinin nüfuzuna xələl gətirən hallara vaxtında müdaxilə olunmayıb? Bu suallar yalnız keçmişin hesabatını tələb etmir, həm də səhiyyə sistemi ilə cəmiyyət arasındakı etimadı gücləndirmək üçün səlahiyyət sahiblərinin üzərinə gələcəyə hesablanan məsuliyyət qoyur. Bu mənada bəhs olunan şouların bağlanması müəyyən ümid yaratsa da, əsas məsələ bundan sonra atılacaq addımlardır - peşəkar dəyərləri etibarlı qorumaq və belə halların bir daha təkrarlanmamasını təmin etmək.

Bu şübhəmiz əbəs deyil. SPACE-də "Gəl, danışaq", "Xəzər"də isə "Təsir dairəsi" hələ də "gəlib danışan" tamaşaçıları öz "təsir dairəsi"ində saxlayır. Eyni süjet, eyni təqdimat, eyni məqsəd,  həkimlərin də reklamları öz yerində. Bu yerdə yazmağa sözümüz qalmır. Bircə o qalır yazaq ki, televiziyaların  reklam və maarifləndirmə prinsipləri daha ciddi qaydalarla tənzimlənməli, həkimlərin peşə davranışına nəzarət gücləndirilməli və sosial verilişlərin əsas missiyası təmin olunmalıdır. 


Züleyxa  ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan RespublikasıPrezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:42
14 May

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:40
14 May

Bildiriş

01:38
14 May

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

22:47
13 May

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib  

22:36
13 May

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:22
13 May

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub  

22:05
13 May

Moldova Xarici İşlər Nazirliyi hava məkanının pozulmasını pisləyir

21:42
13 May

Moskvada PUA hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə cərimələr tətbiq edilir

21:35
13 May

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

20:37
13 May

Zakarpatye müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hücumuna məruz qalıb

20:27
13 May

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb  

20:01
13 May

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB

19:54
13 May

Azərbaycanın və Belarusun hərbi informasiya sahəsində nümayəndələri əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar  

19:45
13 May

Birinci rübdə 44,6 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

19:26
13 May

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

19:17
13 May

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib  

19:16
13 May

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

19:15
13 May

Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

19:14
13 May

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans  

19:13
13 May

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

19:11
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!