27 Mart 2026 11:42
1177
Elm və texnika
A- A+
Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün ölkəmizdə elmin inkişafına, alimlərin cəmiyyətdəki nüfuzunun artırılmasına və bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Ötən il ölkəmizdə AMEA-nın yaradılmasının 80 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması, elm və təhsilin inteqrasiyası istiqamətində atılan addımlar 2026-cı ildə Azərbaycan elminin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını şərtləndirib. Yubiley yığıncağında dövlətimizin başçısı tərəfindən müəyyən edilən hədəflər çərçivəsində, elmi fəaliyyətin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tədqiqat proseslərinə inteqrasiyası 2026-cı ilin əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilib.


Tarixi irs və Heydər Əliyev strategiyası

Ötən əsrdə Azərbaycan elminin sistemli şəkildə formalaşması və beynəlxalq miqyasda tanınması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər elmi xalqın milli sərvəti hesab edərək, akademiyanın müstəqil dövlətçilik maraqlarına xidmət edən bir qurum kimi inkişafına nail olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan elmi təkcə fundamental araşdırmalarla məhdudlaşmır, həm də ölkənin iqtisadi və hərbi qüdrətinin artırılmasına birbaşa töhfə verir.


Azad Qarabağda elm və təhsilin təntənəsi

İşğaldan azad edilmiş ərazilərdə elmi potensialın bərpası 2026-cı ilin əsas hədəfləri sırasındadır. Bu istiqamətdə mühüm addım kimi, 2025-ci ilin sonunda Botanika İnstitutu tərəfindən son onilliklərin fundamental əsərlərindən olan “Qarabağ florası” kitabı nəşr edilib. Bu nəşr azad edilmiş torpaqların təbii resurslarının elmi inventarlaşdırılması və ekoloji bərpası üçün mühüm elmi baza rolunu oynayır. Eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətinin genişlənməsi və Xankəndidə elmi mərkəzlərin qurulması regionun intellektual mərkəzə çevrilməsini təmin edir. Şərqi Zəngəzur və Qarabağda aparılan arxeoloji, ekoloji və seysmoloji tədqiqatlar dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir.


Türk dünyasının intellektual mərkəzi: 100 illik tarixi yol

2026-cı ilin elmi təqvimi həm də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Bir əsr əvvəl Bakıda keçirilmiş bu Qurultay türk xalqlarının elmi-mədəni birliyi, ortaq əlifba və terminologiya məsələlərində mühüm strateji qərarların qəbul edildiyi mərkəz rolunu oynayıb. Yubiley çərçivəsində Bakıda keçirilən elmi forum və sessiyalar Azərbaycanın Türk dünyasında elmi-humanitar mərkəz statusunu möhkəmləndirib. Bu tədbirlər həm fundamental türkoloji tədqiqatlar, həm də müasir humanitar elmlər sahəsində ölkəmizin elmi potensialını və mövqeyini təsdiq edir.


Beynəlxalq əməkdaşlıq və gənc alimlər

Bu gün Azərbaycan alimləri dünyanın nüfuzlu “Web of Science”, “Scopus” elmi bazalarında yüksək istinad indeksləri ilə təmsil olunurlar. Dövlətin yaratdığı imkanlar sayəsində gənc tədqiqatçıların beynəlxalq laboratoriyalarda təcrübə keçməsi, birgə qrant layihələrinin icrası Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirir.

2022-ci ildə Elm və Təhsil Nazirliyinin yaradılması və onun yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə elmi fəaliyyətin idarəetmə mexanizmi təkmilləşdirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilində bu islahatların nəticələri özünü elmi nəticələrin kommersiyalaşdırılması və universitet-sənaye iş birliyinin genişlənməsində göstərir.

Elm Günü həm də bir hesabat günüdür. Azərbaycan dövləti elmə əsaslanan inkişaf yolunu seçməklə öz gələcəyini daha dayanıqlı və rəqabətədavamlı edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!